Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
1 2 3 4 5 6 7 8 9 10 11
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın müstəqilliyinin 31-ci ildönümü münasibəti ilə mərasim keçirilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın müstəqilliyinin 31-ci ildönümü münasibəti ilə bayram tədbiri keçirilib.

Şənliyə gələnlər əvvəl foyedə yaradılan "İstiqlalının 31-ci ildönümü mübarək əziz Özbəkistan" adlı kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, yerli azərbaycanlılar, Özbəkistanın mədəniyyət xadimləri, ziyalılar, ali məktəblərin müəllimləri iştirak ediblər.

Salona toplaşanları Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov salamlayıb, onları bu bayram münasibəti ilə təbrik edib. Direktor Özbəkistanın müstəqillik əldə etdiyi illərdəki uğurlarından danışıb. S.Abbasov son bir neçə ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə ölkədə siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələrdə aparılan köklü islahatlar haqqında söhbət açıb.

Direktor iyunun 21-22-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri haqqında da danışıb, Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevlə səmərəli danışıqlar aparıldığını, əməkdaşlığın dərinləşdirilməsi istiqamətində xeyli sənədlər imzalandığını diqqətə çatdırıb. O deyib ki, bununla da Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın yeni mərhələsinin əsası qoyulub.

S.Abbasov deyib: “Bu gün Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin irəli sürdüyü Yeni Özbəkistan konsepsiyası uğurla həyata keçirilir. Yeni Özbəkistan isə yeni iqtisadi münasibətlər, bu məsələlərə yeni baxış deməkdir”. Diplomat 44 günlük Vətən müharibəsi haqqında da məlumat verib, bildirib ki, Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan işğaldan azad olunan Füzuli şəhərində böyük bir orta məktəbin tikintisini öz üzərinə götürüb və təhsil ocağının tikinti layihəsi artıq Azərbaycan Hökumətinə təqdim edilib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Özbəkistan Milli Universitetinin professori Niqina Şermuxammedova ölkələrimiz arasında dostluq əlaqələrinin genişləndirilməsi, elm sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəaliyyət haqqında məlumat veriblər.

Sonra Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi, Bakıdan gələn gənc müğənni Mehdi Həsənov, həmçinin Rəna Əzizova, Yusif Əliyev, Timur Rəhmanov və Davron Kadırov Azərbaycan və Özbək mahnılarını ifa ediblər.

01.09.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası