Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
1 2 3 4 5 6 7 8 9
html5 slider by WOWSlider.com v8.8

Bakı Dövlət Universiteti ilə Özbəkistan Universitetləri arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub.


Özbəkistanda səfərdə olan Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət etmiş, Mərkəzin direktoru Samir Abbasovla görüş keçirmişdir.

İlk öncə Mədəniyyət Mərkəzindəki Heydər Əliyevin büstü, Şəhidlər abidə kompleksi üzərinə gül-çiçəklər qoyulub.

Rektor Elçin Babayev Azərbaycanın təbliği ilə bağlı Azərbaycan Mədəniyyət Mərkəzində yaradılan muzeylər, sərgi və stendlərlə tanış olmuşdur.

Direktor Samir Abbasov Mərkəzin fəaliyyəti, onun iki ölkə arasında mədəniyyət, turizm, təhsil, elm, mətbuat sahəsində əməkdaşlığın inkişafında həyata keçirdiyi işlər barədə məlumat verib. O, milli mədəniyyətimizin, Azərbaycan tarixinin, ədəbiyyatının tanıdılması və təbliği məqsədi ilə muzeylərdə yaradılan guşələr, Özbək dilinə tərcümə olunaraq nəşr edilən kitablar haqqında rektoru məlumatlandırıb.

Diplomat Nizami ili çərçivəsində Mərkəzin layihəsi ilə ilk dəfə olaraq Özbək dilinə tərcümə edilən dahi Nizami Gəncəvinin «Xəmsə»sini rektora hədiyyə edib.

Daha sonra tərəflər arasında Bakı Dövlət Universiteti ilə Özbəkistan Universitetləri arasında əlaqələrin daha da genişləndirilməsi müzakirə olunub. Bakı Dövlət Universitetinin Özbəkistanın bir sıra universitetləri, elmi müəssisələri ilə əməkdaşlıq əlaqələri yaratdığını bildirən rektor Elçin Babayev qardaş ölkə ilə münasibətlərin inkişafında xüsusi ilə maraqlı olduqlarını vurğulayıb.

Azərbaycan Mədəniyyət Mərkəzi Bakı Dövlət Universiteti ilə Özbəkistan Universitetləri, xüsusi ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi, gələcəkdə sözügedən Universitetlərin bazasında Azərbaycan dili və ədəbiyyatı fakültəsinin yaradılması təklifi ilə çıxış edib.

Rektor Elçin Babayev bu sahədə təşəbbüsləri dəstəkləməyə hazır olduqlarını qeyd edərək Özbəkistan Universitetləri ilə əməkdaşlıq, ikili, üçlü diplomların verilməsi, birgə layihələrin həyata keçirilməsi, mübadilə proqramlarının reallaşdırılması sahəsində aparılan işlər və gələcək planlar barədə fikirlərini bölüşüb.

Görüşdə gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsi və birgə layihələrə dair fikir mübadiləsi aparılıb.

Sonda rektor Elçin Babayev Bakı Dövlət Universitetinin layihəsi ilə reallaşdırılan iki cildlik Azərbaycan tarixi (müstəqillik dövrü) kitabını Azərbaycan Mədəniyyət Mərkəzinə hədiyyə edib.

06.09.2022

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası