Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

html5 slider by WOWSlider.com v8.8

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti Azərbaycanın dövlət sərhədində törədilən təxribatı sərt qınayıb


Hesab edirik ki, Ermənistan tərəfi Rusiya Federasiyası-Ermənistan və Azərbaycan dövlət başçılarının 2020-ci il 9 noyabr üçtərəfli Bəyanatında nəzərdə tutulmuş müddəaların yerinə yetirilməsini təmin etməli, hərbi avantüra, təxribatlara son qoymalı, Ermənistana məxsus Azərbaycanın dünya səviyyəsində tanınmış Qarabağ iqtisadi rayonundan öz hərbi birləşmələrini dərhal çıxarmalı, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə təcili başlamalıdır.

30 ildən sonra Ermənistan işğalından azad edilən Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinə dinc azərbaycanlı əhalinin qayıdışına və burada vəhşicəsinə dağıdılmış, minalanmış ərazilərdə bərpa işlərinin aparılmasına mane olmamalıdır.

İnanırıq ki, Ermənistan imzalanan sənədlərə, beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşacaqdır.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti bir daha haqq və ədalətli işində Azərbaycan xalqının yanında olduğunu və tezliklə regionda sülhün bərpa olunacağına ümidini ifadə edir.

Bu barədə “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə göndərdiyi məktubda bildirilib.

14.09.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası