Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2023

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
1 2 3 4 5 6 7 8 9 10 11
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi”
çərçivəsində tədbir keçirilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə cari il 23-26 oktyabr tarixlərində Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” çərçivəsində Azərbaycanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində “Müasir dövr Azərbaycan-Özbəkistan ədəbi əlaqələri” mövzulu tədbir və xalq şairi Vahid Əzizlə görüş keçirilmişdir.

Tədbir iştirakçıları ilk öncə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində yaradılmış Məhəmməd Füzuli adına Azərbaycan dili və ədəbiyyatı Elmi-tədqiqat Mərkəzini ziyarət ediblər.

Sözügedən universitetin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə açan Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin professoru Nurbay Cabbarov qonaqları salamlayaraq belə bir tarixi hadisənin təkcə Azərbaycan ədəbiyyatı üçün deyil Özbəkistan ədəbiyyatı üçün də böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Tarixi kökləri Nizami Gəncəvi, Əlişir Nəvai, Agahi, Xətayi, Nəsimi,Təbibi kimi klassiklərimizdən başlayaraq, Qafur Qulam, Çolpan, Hüseyn Cavid, Maqsud Şeyxzadə, Abdulla Aripov, Xəlil Rza, Bəxtiyar Vahabzadə kimi söz ustadlarının ilə davam edərək günümüzdə ən çiçəklənən çağını yaşadığını qeyd edən N.Cabbarov günümüzdə də bu əlaqələrin daha sıx olduğunu qeyd etdi.

Daha sonra çıxış edən Azərbaycanın xalq şairi Vahid Əziz Özbəkistan-Azərbaycan ədəbi əlaqələrində daha çox poeziyanın qarşılıqlı təsirlərindən söz açaraq ədəbiyyat sahəsində əlaqələrin əsasını şairlərin yaradıcılığının təşkil etdiyini və bunun da hər iki xalqın oxşar ədəbi zövqə sahib olması ilə qaynaqlandığını vurğulayıb. Xalq Şairi Vahid Əziz çıxışının sonunda qələmə aldığı bir neçə məşhur şeirini də səsləndirib.

Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan-Özbəkistan mədəni əlaqlərinin möhkəmləməsindəki rolundan söz açaraq bu sahədə həyata keçirilən layihələri qeyd edib. Azərbaycan Mədəniyyət Mərkəzinin layihələrindən söz açan K.Məmmədzadə bu layihələr arasında Özbəkistan-Azərbaycan şairlərinin birgə iştirak ilə “Məclisi-fəramuşan” şairlər məclisinin yaradıldığını və 2022-ci ildə “Məclisi-fəramuşan” üzvlərinin Şuça şəhərində keçirilmiş toplantısını, hər ay iki ölkə şairlərinin iştirakı ilə onlayn formada toplantıların keçirildiyini, qarşılıqlı olaraq şairlərinin, əlxüsus da klassiklərinin və yazıçıların əsərlərinin tərcümə edilərək nəşrlərini, şeir antalogiyalarnın çapını nümunə olaraq qeyd etdi. Bütün bunların Azərbaycan-Özbəkistna ədəbi əlaqələrinə müsbət təsir etdiyini deyən natiq, gələcəkdə də Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bu sahəyə aid bir çox layihələrin nəzərdə tutulduğunu bildirdi.

Daha sonra çıxış edən yazıçı, tərcüməçi Babaxan Şərif zəngin Azərbaycan ədəbiyyatından, poeziyasından söz açaraq Qarabağ, ələxüsus da Şuşa ədəbi mühitinin, söz sənət ustadlarının Azərbaycan ədəbiyyatında, poeziyasında xüsusi yerə malik olduğunu vurğulayıb.

Çıxış edənlər, professor Saodat Muhammedova və özbək şairə Faroqat Xudoyqulova iki xalqın zəngin ədəbi ənənələrindən söz açaraq qarşılıqlı görüşlərin, konfrans və simpoziumların, tərcümələrin, nəşrlərin ədəbiyyatın inkişafı, tanışlıq baxımından çox böyük əhəmiyyətə malik olduğunu vurğuladılar.

Daha sonra çıxış edən Məhəmməd Füzuli adına Azərbaycan dili və ədəbiyyatı Elmi-tədqiqat Mərkəzinin rəhbəri dosent Gülbahar Aşurova Özbəkistan–Azərbaycan ədəbi əlaqələrinin inkişafında rəhbərlik etdiyi mərkəzin də rolundan söz açdı. Gülbahar Aşurova sözügedən mərkəzdə Azərbaycan ədəbiyyatı ilə bağlı materialların toplanıldığını, bu sahədə aparılan tədqiqat işlərinə istiqamət verildiyini, Azərbaycan ədəbiyyatı ilə bağlı seminar və müzakirələrin, poeziya saatlarının keçirildiyini qeyd edib.

Tədbirin sonunda Məhəmməd Füzuli adına Azərbaycan dili və ədəbiyyatı Elmi-tədqiqat Mərkəzinin nəzdində fəaliyyət göstərən “Füzuli dilbəndləri” qiraət qrupunun ifasında xalq şairi Vahid Əziz və digər Azərbaycan şairlərindən poetik nümunələr səsləndirilib.

24.10.2023

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası