Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2023

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda “Renessans” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib.


Özbəkistan Milli Media Assosiasiyasının 20 illiyi ilə bağlı Daşkənddəki ZorTV telekanalının tədbirlər sarayında təmtəraqlı mərasim keçirilmiş və bu münasibətlə media sahəsində “Renessans” Milli Mükafatı təqdim edilib.

Qeyd edək ki, Özbəkistanın Milli Media Assosiasiyasının hazırda 100-ə yaxın üzvü, o cümlədən Özbəkistan kabel televiziyasına daxil olan 22 telekanal, 19 radio kanalı və 50-dən çox elektron KİV-i öz əhatəsində birləşdirib.

Gənc jurnalistləri yeni ideya və yaradıcılıq layihələrini həyata keçirməyə, gələcək fəaliyyətlərində yüksək məqsədlərə nail olmağa, Assosiasiya üzvlərinə hərtərəfli dəstək göstərməyə həvəsləndirmək məqsədilə ilk dəfə olaraq “Renessans” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib.

Mərasimdə dövlət və hökumət təmsilçiləri, ictimaiyyət nümayəndələri, diplomatik nümayəndəliklər, media təmsilçiləri, jurnalistlər iştirak ediblər.

Təntənəli tədbirdə Özbəkistan Respublikası Prezidentinin mətbuat katibi Şerzod Əsədov giriş sözü ilə çıxış edərək Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə ölkədə söz azadlığı və media sahəsinin inkişafı sahəsində həyata keçirilən işlər barədə məlumat verib. O, dövlət başçısının sözlərindən sitat gətirərək vurğulayıb ki, kütləvi informasiya vasitələri və jurnalistlər xalqın səsini və fikrini geniş ictimaiyyətə və dövlət orqanlarının diqqətinə çatdıran qüvvədir.

Digər çıxış edənlər Özbəkistanın Baş nazirinin müavini Zulaixo Makhkamova, Özbəkistan milli media Assosiasiyasının İdarə Heyətinin sədri, professor Şerzodhan Kudrathoja Özbəkistanda kütləvi informasiya vasitələrinə dövlət dəstəyi və qayğısı, media sahəsinin inkişafı barədə məlumat vermiş, ölkədə baş verən islahatlar və demokratik proseslərin xalqa çatdırılmasında onların rolu barədə danışıblar.

Özbəkistanda ilin “Ən yaxşı ictimai-siyasi televiziya jurnalisti” nominasiyası üzrə “Mənim yurdum” kanalının telejurnalisti Yulduz Olimova, “Ən yaxşı xəbər televiziyası jurnalisti” nominasiyasında “Sevimli TV” kanalının jurnalisti Cahongirxon Olimova, “Mədəni-maarif televiziya proqramının ən yaxşı jurnalisti” nominasiyasında “ZorTV” telekanalın telejurnalisti Asrorxoca Abrorxocayev, “Ekologiya mövzusunda ən yaxşı jurnalist” nominasiyasında “Renessans” telekanalının jurnalisti Sardorbek İsrailov, “Televiziyada regional məsələləri işıqlandıran ən yaxşı jurnalist" nominasiyasında "VodiyTV” telekanalının jurnalisti Zafarjon Jarqinov və başqaları “Renessans” Milli Mükafata layıq görülüblər.

Mərasimdə Özbəkistanda Türkiyə, Çin Xalq Respublikası və digər Səfirliklər tərəfindən jurnalistlərə xüsusi nominasiyalarla mükafatlar təqdim edilib.

Azərbaycanı təmsil edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi öz mükafatını Xarəzm vilayətinin “S-İqbol ” telekanalının jurnalisti Sevara Raxmagullaevaya təqdim edib.

Mükafatlandırma mərasimində çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanın Milli Media Assosiasiyasını 20 illik yubileyi münasibətilə təbrik edərək rəhbərlik etdiyi Mərkəzin uzun illərdir ki, Özbəkistan mediası ilə sıx əməkdaşlıq etdiyini, bununla bağlı hər il ölkənin televiziya kanalları, internet saytları və radio kanalları jurnalistləri üçün Azərbaycana media turlarının təşkil edildiyini qeyd edib. O, məhz bu əməkdaşlığın nəticəsi olaraq hər il Özbək mətbuatında Azərbaycanla bağlı qardaş ölkədə çoxsaylı materiallar, televiziya verilişləri, məqalələrin yayımlandığını söyləyib.

Qeyd edək ki, Azərbaycan tərəfi “Türk dövlətləri arasında mədəniyyət sahəsində dostluq əlaqələrinin işıqlandırılmasına görə” nominasiyası üzrə Özbək jurnalist Sevara Rahmaqullayevaya Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə gələn il Azərbaycana reallaşdırılıacaq Media-turda iştirak etmək hüququ verən Fəxri Diplom, xüsusi Statuet və pul mükafatı təqdim edib.

Tədbir tanınmış ifaçıların mahnıları ilə davam edib və xüsusi hazırlanmış himn ilə yekunlaşıb.

16.12.2023

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası