XƏBƏRLƏR 2023
Özbəkistan mətbuatında Ermənistanın Azərbaycana qarşı
son təxribatına aid məqalələr yer alıb.
Özbəkistanın nüfuzlu www.xabar.uz, daryo.uz, azon.uz, www.qalampir.uz, zamin.uz saytlarında Ermənistanın Azərbaycana son tərtibatına aid məqalələr yer alıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə yayımlanan məqalələrdə Azərbaycan tərəfinin Laçın yolundan yab keçməklə, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması və erməni separatçılarının silahlandırılmasının həyata keçirilməsi və bu daşınmaların Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd edilərkən atəş açılması nəticədə yaranmış silahlı insident haqqında söz açılır.
Məqalələrdə vurğulanır ki, daşınan yüklər haqqında məlumatların dəqiqləşdirilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən qanunsuz hərbi daşıma həyata keçirən avtomobillərin saxlanılaraq yoxlanılması həyata keçirilib və nəticədə qarşı tərəfdən Azərbaycan əskərlərinə odlu silahlardan atəş açılıb, atışma nəticəsində hər iki tərəfdən itki və yaralılar var.
Məqalələrdə qeyd olunub ki, üçtərəfli Bəyanata əsasən, Ermənistanı Azərbaycanın Xankəndi şəhərilə əlaqəni təmin edən yeganə yol Laçın yoludur ki, bu da sırf humanitar məqsədlərə xidmət etməlidir. Azərbaycan da məhz bunun üçün bu yol boyu təhlükəsizliyə zəmanət verməyi öhdəsinə götürüb. Lakin Ermənistan Azərbaycana qarşı təcavüzkar işğalçılıq siyasətini dayandırmır, Azərbaycan ərazisindəki erməni silahlı birləşmələrini qaçaqmalçılıq yolu ilə, Laçın yolundan yan keçən torpaq yolla separatçıları “qidalandırmaq”da davam edir, nəticədə baş vermiş insident zamanı Azərbaycan ordusunun hərbçiləri həlak olub.
Məqalələrdə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına yer verilir. Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, təminat və digər hərbi vasitələrin daşınmasının davam etdirilməsi, eləcə də şəxsi heyətin rotasiyasının həyata keçirilməsi kimi faktların qəbuledilməz olduğu və Azərbaycan tərəfinin bu kimi halların qarşısının dərhal alınması məqsədilə Rusiya sülhməramlı kontingenti üzərinə düşən vəzifələri yerinə yetirməsinə çağırışı işıqlandırılır.
07.03.2023