Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2023

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
  • bg15
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15
html5 slider by WOWSlider.com v8.8

Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində Özbək uşaq və yeniyetmələri üçün «Azərbaycanı tanıyaq» layihəsinin təqdimatı keçirilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə qardaş ölkədə Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, turizminin tanıdılması və təbliği istiqamətində layihələr və tədbirlər həyata keçirilir.

Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Daşkənd şəhərində fəaliyyət göstərən və verdiyi təhsil səviyyəsinə görə xüsusi fərqlənən, çoxsaylı xarici vətəndaşların təhsil aldığı “British School” beynəlxalq məktəbinin müəllim və şagird kollektivi üçün «Azərbaycanı tanıyaq» layihəsi təqdim edilib.

Bununla əlaqədar Daşkənddəki Britaniya məktəbinin müəllim və şagird kollektivi Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib, qonaqlara Azərbaycan Mədəniyyət Mərkəzi, onun fəaliyyəti, Mərkəzdə yaradılmış Heydər Əliyev, Azərbaycan tarixi və Azərbaycan-Özbəkistan Dostluq muzeyləri haqqında məlumat verilib. Müəllim və şagirdlər Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, xalq sənətkarlığı, musiqisi, adət-ənənələri, tarixi abidələrimizi əks etdirən çox sayda guşələr, eksponat və maketlərlə tanış olublar.

Daha sonra Mədəniyyət Mərkəzinin konfrans zalında davam edən tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək qonaqları baharın gəlişi və xalqlarımızın milli bayramı - Novruz bayramı münasibəti ilə təbrik edib. O, Azərbaycan-Özbəkistan dostluğu, habelə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, poeziyası, incəsənəti, dövlətimizin qazandığı nailiyyətlər haqqında danışıb.

Diplomat Azərbaycanın qədim yaşayış məskəni Qobustan və Azıx mağarası, xalqımızın zəngin mədəni irsə, tarixi abidələrə, milli mətbəxə malik olduğunu qeyd edərək, həm maraqlı tarix, mədəniyyət, həm də gözəl və füsunkar təbiətlə ölkəmizin hər bir xarici turist üçün cəlbedici olduğunu bildirib. O, Azərbaycan ordusunun rəşadəti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində Ermənistan işğalından azad edilən tarixi şəhərimiz, mədəniyyət paytaxtımız Şuşa haqqında məlumat vermiş, bu tarixi şəhərin, yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət paytaxtı seçildiyini qeyd edib.

Tədbir iştirakçılarına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış “Azərbaycanı kəşf et” adlı sənədli film təqdim edilib. Sənədli filmdə müstəqillik illərində Azərbaycanın qazandığı nailiyyətlər, ölkəmizin paytaxtı Bakı ilə yanaşı, Qəbələ, Şəki, Gəncə, Naxçıvan və Şuşanın görməli yerləri, turizm imkanları, tarixi abidələri, mətbəx mədəniyyəti, habelə işğaldan azad olan ərazilərimizə mədəniyyətin qayıdışı, keçirilən möhtəşəm tədbirlər öz əksini tapıb.

Sonda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış bədii proqram təqdim edilib.

Mədəniyyət Mərkəzinin Rəqs Ansamblı milli rəqslərimizi ifa etmiş, Özbəkistanın dünyaca məşhur «Özbəyim yoşları » musiqi qrupu, tanınmış saz ustası İlham Abdullayev Azərbaycan musiqilərini səsləndiriblər.

29.03.2023

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası