Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2023

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
1 2 3 4 5 6 7 8
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə səfərdə olan Azərbaycan media qurumları ilə işlər üzrə dövlət təşkilatlarının rəsmiləri Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər.


Özbəkistanda rəsmi səfərdə olan Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şurasının sədri İsmət Səttarov, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nın sədr müavini Rafiq Həşimov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmsal media ilə iş sektorunun müdiri Elmir Vəlizadə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun böyük məsləhətçisi Rahu Şirinovadan ibarət nümayəndə heyəti Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər.

Qonaqlar ilk öncə Mədəniyyət Mərkəzinin önündə ucaldılmış Ümummilli Lider Heydər Əliyevin büstü qarşısına tər gül-çiçək dəstləri qoyduqdan sonra Mərkəzin həyətində yaradılmış Şəhidlər xatirə kompleksini ziyarət ediblər.

Qonaqlara Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə bağlı geniş məlumat verən Mərkəzin direktoru Samir Abbasov Ümummilli Lider Heydər Əliyevin adını daşıyan bu Mədəniyyət Mərkəzinin Azərbaycan-Özbəkistan dostluq və mədəni əlaqələrin inkişafında mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Qonaqlar daha sonra Mədəniyyət Mərkəzində yaradılmış Azərbaycan-Özbəkistan Dostluq Muzeyi, Heydər Əliyev, Azərbaycan tarixi və dövlətçiliyi muzeyi və Xalça muzeyləri ilə tanış olublar.

Azərbaycan-Özbəkistan Dostluq Muzeyini ziyarət edən qonaqlara məlumat verilib ki, Azərbaycan və Özbəkistan xalqlarının ortaq dəyərlərini, ortaq tarixi köklərini, mədəniyyətlərini əks etdirən Dostluq Muzeyi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə açılmış və bu muzeydə Azərbaycan Özbəkistan tarixi əlaqələrini əks etdirən çox sayda eksponat, maket, suvenir, sənətkarlıq nümunələri və s. nümayiş ertdirilir.

Mədəniyyət Mərkəzində yaradılmış Heydər Əliyev muzeyini ziyarət edən qonaqlar burada Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasini fəaliyyətini əks etdirən fotolarla, nəşrlərlə tanış olublar.

Azərbaycan tarixi muzeyini ziyarət edən qonaqlar burada Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, xalq sənətkarlığı, musiqisi, adət-ənənələri, tarixi abidələrini əks etdirən çox sayda guşələr, eksponat və maketlərlə tanış olublar. Xalça muzeyinə ziyarət zamanı qonaqlara burada nümayiş etdirilən tarixi Azərbaycan xalçaları haqqında məlumatlar verilib.

Sonda Mədəniyyət Mərkəzini ziyarət edən nümayəndə heyəti ilə birgə xatirə fotosu çəkilib.

03.04.2023

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası