Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2023

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
1 2 3 4 5 6 7
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirova həsr olunmuş möhtəşəm konsert proqramı keçirilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Daşkənddəki Dövlət Konservatoriyasının böyük zalında görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, dünya şöhrətli bəstəkar Fikrət Əmirova həsr olunmuş “Sevgimizin səması” adlı simfonik konsert keçirilib.

Konsertdə Azərbaycan Mədəniyyət Mərkəzinin, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərliyi, mədəniyyət və incəsənət xadimləri, Daşkənddəki ali məktəblərin müəllim və tələbə heyəti iştirak ediblər.

İlk öncə konsertin rejissoru Özbəkistan Respublikasının əməkdar incəsənət xadimi Andrey Slonim Fikrət Əmirovun yaradıcılığı haqqında danışmış, onun irsinin musiqi sənəti üçün milli sərvət olduğunu qeyd edib. O, dahi bəstəkarın sənətə və insanlara fədakar xidmətini, yaratdığı misilsiz əsərlərin musiqi irsinin zəngin xəzinəsini bəzədiyini vurğulayıb. Rejissor Fikrət Əmirovun simfonik muğam janrının əsasını qoyduğunu, bütün dünyada şöhrət qazanmış unudulmaz musiqi əsərləri yaratdığını vurğulayaraq, Azərbaycan Mədəniyyət Mərkəzinə konsertinin keçirilməsində göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Konsert Fikrət Əmirovun məşhur "Şur" simfonik muğamı ilə başlayıb. Beynəlxalq müsabiqələr laureatı Bobomurod Xudoykulovun rəhbərliyi ilə Özbəkistan Dövlət Konservatoriyasının nəzdindəki teatr — studiyasının simfonik orkestrinin ifasında Fikrət Əmirova şöhrət gətirən əsərlər ifa olunub.

Gecənin əsas kompozisiyasını solo hissəni Özbəkistanın əməkdar artisti Adiba Şaripovanın ifa etdiyi ərəb mövzularında fortepiano və orkestr üçün konsert təşkil edib. Adiba Şaripova ifaçılıq palitrasının bütün müxtəlifliyindən istifadə edərək orkestrlə birlikdə Şərqin böyük mədəniyyətinin rəngarəngliyini və çox tərəfliliyini əks etdirən güclü, möhtəşəm əsər təqdim edib.

Qeyd edək ki, tamaşaçılara ifa olunan hər bir musiqi əsərinə uyğun səhnələrdən ibarət video çarxlar təqdim olunub. Konsertə maraq böyük olub və görkəmli bəstəkarın təkrarsız əsərləri ifa olunduqca tamaşaçıların çoxsaylı alqışları ilə qarşılanıb.

04.04.2023

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası