Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2023

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
  • bg15
  • bg16
  • bg17
  • bg24
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18
html5 slider by WOWSlider.com v8.8

“Şuşa günləri” çərçivəsində Özbəkistanda Qarabağ geyimlərinin moda sərgisi, Türk dövlətlərini təmsil edən Yeddi gözəl musiqi qrupunun konserti keçirilib.


Özbəkistanda keçirilən “Şuşa günləri” çərçivəsində Daşkənddə Dövlət Sənət və Mədəniyyət İnstitutunda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihəsi əsasında Qarabağ geyimlərinin moda sərgisi, Türk dövlətlərini təmsil edən Yeddi gözəl musiqi qrupunun konserti keçirilib.

Tədbir iştirakçıları öncə Daşkənd Dövlət Sənət və Mədəniyyət İnstitutunda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılmış Azərbaycan mədəniyyəti və incəsənəti auditoriyası ilə tanış olublar.

Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun konsert zalında davam edən tədbirdə giriş sözü çıxış edən İnstitutun rektoru Eldor Şermanov Türk dövlətləri, Azərbaycan və Özbəkistan arasında yüksələn xətlə inkişaf edən əlaqələrimiz, tarixi münasibətlər haqqında danışaraq, “Şuşa günləri”nə həsr olunmuş növbəti tədbirin Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunda keçirilməsinin bu təhsil ocağının tarixində mühüm hadisə kimi qiymətləndirib.

Azərbaycanın mədəniyyəti, ədəbiyyatı və incəsənətinə böyük şəxslər bəxş etmiş Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı seçilməsini qeyd edən rektor şəhərin zəngin incəsənətinin öyrənilməsi və təbliğinin Özbəkistan üçün də maraq kəsb etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk dövlətləri arasında əməkdaşlıq, mədəni əlaqələrin inkişafı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti və layihələri haqqında məlumat verib. O, çoxsaylı tarixi abidələrlə məşhur, dahi şairlərin, mütəfəkkirlərin vətəni Şuşanın Azərbaycan və Türk dünyası mədəni həyatında rolu və yeri haqqında danışıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanda ilk dəfə keçirilən Şuşa günləri haqqında məlumat verib, Azərbaycanda xalçaçılıq, dekorativ sənət, rəssamlıq, teatr sənəti, kitabxana, nəşriyyat, ilk dünyəvi məktəbin yaranmasının Şuşanın adı ilə bağlı olduğunu qeyd edib. O, şəhərin “Şərqin konservatoriyası” adlandırılan şəhərin erməni işğalından azad edildikdən sonra əvvəlki şöhrətinin qaytarıldığını, sovetlər dövründə Şuşada keçirilən “Xarı Bülbül” Beynəlxalq Musiqi Festivalı və “Vaqif poeziya günləri” tədbirlərinin bərpa olunduğunu, Şuşanın nəinki Azərbaycanın, bütün Türk dünyası insanları üçün mühüm və müqəddəs bir məkana çevriləcəyini bildirib.

Tədbirdə çıxış Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfiri Hüseyn Quliyev Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünün tarixindən söz açıb. Azərbaycan ordusu tərəfindən aparılmış 44 günük Vətən müharibəsi, Özbəkistan dövlətinin və özbək xalqının Azərbaycanın yanında olması, Vətən Müharibəsi zamanı bu dəstəyi daha yaxından hiss etdiklərini qeyd edib, Şuşa şəhərinin ölkəmiz üçün əhəmiyyətindən danışıb.

Azərbaycan Milli Məclisinin deputatı Vüqar İsgəndərov, Özbəkistan Ali Məclisi deputatı, şair İqbal Mirzə, Türk dövlətləri Parlament Assambleyasının baş katibi Mehmet Sureyya Er Türk dövlətləri, Azərbaycan və Özbəkistan dövlət başçılarının görüşləri barədə danışaraq, qardaş xalqların tarixin bütün sınaqlarından birgə keçdiklərini, eyni sevinci və kədəri paylaşdıqlarını, bu gün də bütün sferalarda istər dövlət olaraq, istərsə də xalq olaraq həmrəylik nümayiş etdirdiklərini vurğulayıblar.

Tədbirin bədii hissəsində tanınmış Azərbaycanlı modelyer Gülnarə Xəlilovanın müəllifi olduğu “Qarabağ” Milli Geyim Kolleksiyasının moda nümayişi keçirilib. Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun tələbələri tərəfindən nümayiş etdirilən Qarabağ geyimləri iştirakçıların alqışları ilə qarşılanıb.

Konsert proqramda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən yaradılan Türk dövlətlərini təmsil edən Yeddi gözəl musiqi qrupunun konserti təqdim olunub. Musiqi qrupu Azərbaycan, Türk, Macar əsərləri, həm də Xocalı soyqırımına aid əsərlər ifa ediblər.

Azərbaycanlı musiqiçilər Nisbət Sərdayeva, Rüstəm Müslümov, Elnur Salahovdan ibarət muğam triosunun ifasında Qarabağa dair musiqilər səsləndirilib.

Sonda Özbəkistanda “Şuşa Günləri” münasibətilə rəsmi qonaqlara və təşkilatçılara xatirə hədiyyələri təqdim edilib.

14.04.2023

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası