Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2023

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
  • bg15
  • bg16
  • bg17
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda Azərbaycan teatr və kino sənətinin şedevrlərindən olan “Qayınana” komediyası yeni mövsümdə tamaşaya qoyulub.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrında Azərbaycan teatr və kinematoqrafiyasının şah əsərlərindən olan “Qayınana” komediyası yeni mövsümdə səhnəyə qoyulub.

İlk öncə çıxış edən Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrın direktoru, Özbəkistan və Qazaxıstanın əməkdar artisti Azim Mullaxanov Azərbaycan əsərlərinə daim Özbəkistanda böyük maraq olduğunu, “Arşın mal alan”, “Leyli və Məcnun”, “Qayınana” əsərlərinin özbək tamaşaçılar tərəfindən çox sevildiyini qeyd edib. O, Özbəkistanın teatr səhnələrində azərbaycanlı müəlliflərin pyeslərinin, dramlarının, əsərlərinin tamaşaya qoyulmasını daim mühüm hadisə kimi qarşılandığını vurğulayıb. Azim Mullaxanov əməkdaşlıq və diqqətə görə Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirərək, gələcəkdə bu ənənənin davam etdiriləcəyini qeyd edib.

Tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov xalqlarımız arasında daim dostluq, qardaşlığın tarixi haqqında danışaraq, ötən əsrin əvvəllərində azərbaycanlıların Türkistanın mədəni həyatında mühüm rol oynadıqlarını, Azərbaycan müəlliflərinin əsərlərinin Özbəkistan səhnəsində dəfələrlə nümayiş etdirildiyini bildirib. O, bu ənənənin davamı kimi Azərbaycanda məşhur olan Məcid Şamxalovun “Qayınana” əsərinin Özbəkistan səhnəsində tamaşaya qoulmasına görə Özbəkistan Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.

Daha sonra Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrının baş rejissoru Dastan Xaqverdiyevin quruluşunda "Qayınana" tamaşası nümayiş etdirilib.

Özbək aktyor və aktirasalarının repertuarında təqdim olunan “Qaynana” tamaşasında Cənnət obrazını Özbəkistan Respublikasının əməkdar artisti Muxabbat Sotvaldiyeva, Afət və Zərifə obrazlarını Gulasal Raxmanova, Ayaz obrazını Omon Yuldaşev, Sevda obrazını Arofat Erqaşova, İlqar obrazını Ravşan İbraqimov, Sədaqət obrazını Zilola Abdullayeva və başqaları canlandırıblar.

Tamaşanın musiqi tərtibatçısı Özbəkistan Respublikasının Fəxri Mədəniyyət Xadimi Karima Uzakova, dirijoru isə “Şöhrət” ordenli Akmal Turayevdir.

Özbək dilində təqdim olunan tamaşada musiqilər azərbaycanca ifa olunmuş, bir çox məşhur səhnələr tamaşaçıların alqışları ilə qarşılanmışdır.

“Qaynana” komediyasının Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrında on gün nümayişi nəzərdə tutulub.

02.05.2023

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası