Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2023

  • bg1
  • bg2
  • bg3
  • bg4
1 2 3 4
html5 slider by WOWSlider.com v8.8

Azərbaycan alimləri Özbəkistanın ali məktəblərində Azərbaycanın tarixi və ədəbiyyatı ilə bağlı mühazirələr oxuyublar.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı və tarixinə aid mövzuların Özbəkistan ali məktəblərinin tədris proqramlarına salınması layihəsi çərçivəsində AMEA-nın həqiq üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərov və Bakı Dövlət Universitetinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, dosent Kərəm Məmmədov Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin tələbələrinə Azərbaycan və rus dillərində mühazirələr oxuyublar.

Mühazirədən əvvəl tarix və filogiya fakültələrində olan azərbaycanlı alimlər fakültələrdə tədrisin təşkili ilə tanış olub, müəllim heyəti ilə görüşüb, müzakirə və fikir mübadiləsi həyata keçiriblər. Fakültə rəhbərləri universitettdə təhsil alan tələbələrin Azərbaycan ədəbiyyatı, mədəniyyəti, adət-ənənələri ilə dərindən maraqlandıqlarını diqqətə çatdırıblar.

Azərbaycanlı alimlər də çalışdıqları ali təhsil ocaqları haqqında söhbət açıb, gənclərin tarixlə elmə, biliyə olan münasibətlərini müsbət hal kimi dəyərləndiriblər.

Daha sonra Azərbaycanlı alimlər akademik Nizami Cəfərov və dossent Kərəm Məmmədov tələbələr qarşısında Azərbaycan ədəbiyyatı və tarixi ilə bağlı ilk mühazirələrini oxuyublar.

Universiteti filologiya fakültəsinin tələbələri qarşısında mühazirə deyən Nizami Cəfərov mühazirələrində Azərbaycan ədəbiyyatı tarixi haqqında ətraflı məlumat verərək Azərbaycan ədəbiyyatının tarixi barədə tələbələrdə ümumi təsəvvür yaratmağa çalışan akademik, Dədə Qorquddan Koroğluya, XX əsrin əvvəllərinə qədər olan mərhələdə Azərbaycan ədəbiyyatının, Azərbaycan dilinin tarixi, üzərində qurdu. Mühazirələrindədə Türk xalqlarının ədəbiyyat tarixi, ümumi Şərq ədəbiyyatının və ümumdünya ədəbiyyatından qaynaqlanan ortaq dəyərlərin tarixi, ədəbiyyatı haqqında da söhbət açan akademik Azərbaycan ədəbiyyatının özbək ədəbiyyatı ilə müqayisəli şəkildə təhlil edib.

Özbəkistan ali məktəvlərində Azərbaycan ədəbiyyatı, tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı mühazirlərin tədris proqramına salınmasını alqışlayana Nizami cəfərov bu mühazirələrin müntəzəm olaraq keçirilməsinin daha da effektiv olacağını vurğulayaraq Azərbaycan alimlərinin Özbəkistanın ali məktəblərində, özbək alimlərin isə Azərbaycan universitetlərində müxtəlif mövzularda mühazirələr oxumasının ancaq ümumi işin xeyrinə olacağıbı qeyd edib.

Universitetin tarix fakültəsində tələbələr mühazirə oxuyan dossent Kərəm Məmmədov iki tələbələrə Azərbaycan xalqının, Azərbaycan dövlətinin tarixi ilə bağlı məlumat verib. O, çıxışında bütövlükdə Türk xalqları arasında maddi və mənəvi mədəniyyətin səviyyəsi haqqında danışıb, etnoqrafik səpkili məlümatlar verib, türk xalqlarının azman soy ağacının budaqları olduğunu diqqətə çatdırıb, Azərbaycan və özbək xalqları arasındakı qədim tarixi bağlar, qədim mənəvi dəyərlər haqqında söhbət açıb.

Azərbaycanlı alimlərin Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetindəki mühazirələri iki gün davam edib.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı və tarixinə aid mövzuların Özbəkistan ali məktəblərinin tədris proqramlarına salınması və azərbaycanlı alimlərin Özbəkistan ali məktəblərində mühazirə oxuması layihəsi çərçivəsində işlərin növbəti tədris ilində də aparılması planlaşdırılır.

09.05.2023

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası