Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2023

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
  • bg15
  • bg16
  • bg17
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda Ulu Öndər Heydər Əliyevin 100 illiyi
ilə bağlı böyük konsert keçirilib.


Daşkənddə Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı paytaxtdakı “Türküstan” konsert sarayında böyük konsert keçirilib.

Konsertdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistanın mədəniyyət və turizm naziri Ozadbek Nazarbekov, Özbəkistan Respublikası Millətlərarası Münasibətlər və Dostluq Əlaqələri Komitəsinin sədri Rüstəm Kurbanov, deputatlar, səfirlər, elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, ictimaiyyətin nümayəndələri, iştirak edib.

Nazir Ozadbek Nazarbekov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verərək onun özbək xalqının yaxın dostu olmasından, Özbəkistanla əməkdaşlığından danışıb, Ulu Öndərin bu ölkəyə səfərlərini xatırladıb, hələ Moskvada işlədiyi dövrdən Özbəkistana xüsusi münasibət göstərdiyini vurğulayıb. Bu gün də iki qardaş ölkə arasında sıx əlaqələrin olmasından söz açan Ozadbek Nazarbekov Azərbaycan-Özbəkistan dostluq əlaqələrinin möhkəmlənməsində Ulu Öndərin tarixi xidmətlərindən də söz açıb.

Daha sonra çıxış edən səfir Hüseyn Quliyev Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna xidmətləri haqqında məlumat verib. O, Ulu Öndərin həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi vaxtlarda əldə olunan uğurlardan danışıb. Səfir, Ulu Öndəri dünya şöhrətli siyasi xadim, böyük nüfuza malik olan dövlət xadimi kimi xarakterizə edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri olub. Səfir vurğulayıb ki, Ümummilli Liderin siyasi irsini hazırda Azərbaycan Prezidenti İlham Əliyev bu gün də böyük uğurla davam etdirir.

Dünya şöhrətli maestro Alibek Kabdurahmanovun dirijorluğunda Özbəkistan Dövlət Simfonik Orkestrinin iştirakı ilə keçən möhtəşəm konsert böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə başlayıb. Konsertin proqramına Azərbaycan və Özbəkistan bəstəkarlarının əsərlərinə üstünlük verilib. Konsertdə Özbəkistanın tanınmış vokalistlərindən Özbəkistanın xalq artistləri Mansur Tuşmatov, Jenisbek Piyazov, əməkdar artistlər və beynəlxalq mükafat laureatları İlyasa Arabov, Firuzə Açilova, Zöhrə Tursinbayeva, Umid İsrailov, Rustam Alimardanov, Damir Rahmanov və s. sənətçilərin çıxışları olub.

Anşlaqla keçən konsertdə “Arşın mal alan” musiqili komediyasından Gülçöhrənin ariyası, “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısı, Qara Qarayevin, Müslüm Maqomayevin, Tofiq Quliyevin, Andrey Babayevin, həmçinin digər Azərbaycan və özbək bəstəkarlarının əsərləri ifa olunub.

12.05.2023

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası