Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2023

html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə xatirə poçt markası buraxılıb.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və sifarişi ilə Özbəkistan Respublikasının Dövlət Poçt İdarəsi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ozarbayjon xalqining Umummilliy Lideri Haydar Aliyevning 100 yilligi” adlanan poçt markası buraxılıb.

Üzərində Ulu Öndərin portreti əks olunan poçt markası 2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar olaraq hazırlanıb.

“Ozarbayjon xalqining Umummilliy Lideri Haydar Aliyevning 100 yilligi” adlanan poçt markası xatirə üçün Azərbaycan və Özbəkistanın muzeylərinə, hər iki ölkənin dövlət və hökumət nümayəndələrinə göndərilməklə yanaşı, Özbəkistanda daxili və beynəlxalq dövriyyəyə buraxılacaqdır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən mətbuata bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Özbəkistanda silsilə tədbirlər davam edir və Mərkəz Ulu öndərin zəngin irsinin təbliği məqsədi ilə bir sıra layihələr həyata keçirir.

Qeyd olunub ki, yaxın günlərdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş Özbək dilində nəşr işıq üzü görəcək, Özbəkistanın aparıcı Universitetində Heydər Əliyev auditoriyasının açılışı nəzərdə tutulub.

17.05.2023

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası