Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2023

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə Özbəkistan-Azərbaycan münasibətlərinə dair
beynəlxalq elmi-praktiki konfrans keçirilib.


Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetində Özbəkistan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Beynəlxalq Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsi və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və iştirakı ilə “Özbəkistan-Azərbaycan dövlətləri arasında inkişaf tarixi, yeni dövr və əməkdaşlıq perspektivləri” beynəlxalq elmi-praktiki konfrans keçirilib.

İlk öncə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılmış Füzuli adına Mədəniyyət və Tədqiqat Mərkəzi ilə tanış olublar.

Universitetin tədbirlər zalında keçirilən konfransı giriş sözü ilə açan Beynəlxalq Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin sədri Rustambek Qurbanov iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərindən söz açaraq bu münasibətlərin ölkə rəhbərliyi səviyyəsində çox yüksək dəyərləndirildiyini qeyd edərək mövcud əlaqələrin möhkəmlənməsində və inkişafında hər iki ölkənin dövlət qurumlarının, diasporaların dəstəyinin vacibliyini də vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanla Özbəkistan arasındakı dostluğun əbədi olduğunu qeyd edərək bu əbədi əməkdaşlığın təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. Heydər Əliyevin müstəqil Azərbaycanın banisi olduğunu qeyd edən Fuad Muradov Ulu Öndəri Azərbaycan mədəniyyətinin, dilinin, tarixinin, milli-mənəvi dəyərlərinin qoruyucusu olduğunu vurğulayıb. İki qardaş ölkə arasında əlaqələrinin möhkəmləndirilməsində diasporların və bu sahə üzrə cavabdeh olan dövlət təşkilatlarının xidmətlərinin əhəmiyyətindən söz açan Fuad Muradov gələcəkdə bu sahədə mühüm addımların atılmasının zəruriliyini qeyd edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qədim köklərə malik Azərbaycan və özbək xalqları arasındakı dostluq, qardaşlıq münasibətlərinin ən gözəl nümunələri kimi liderlərimiz Heydər Əliyev və Şərəf Rəşidov, Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli kimi dahi şairlərimiz tərəfindən yaradılmış ədəbi dostluq əlaqələrini qeyd edib. Tarixi sınaqlardan uğurla keçmiş Azərbaycan-Özbəkistan dostluğu Vətən müharibəsi zamanı qardaş özbək xalqının, Özbəkistan dövlətinin Azərbaycanın yanında olduğunu qeyd edən Samir Abbasov böyük, tarixi qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi ilk təbrik edən ölkə başçılarından biri olduğunu söyləyib. O, dövlət başçılarımızın səyləri nəticəsində dövlətlərimizin artıq strateji müttəfiq olduqlarını vurğulayıb.

Digər çıxışçılar Özbəkistanda Azərbaycan diaspora təşkilatının sədri Mobil Məmmədov, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Erkin Nuriddinov Özbəkistanda yaşayan millətlər, o cümlədən soydaşlarımız üçün hər bir şəraitin yaradıldığını qeyd edərək burada yaşayan azərbaycanlıların Özbəkistanın ictimai-siyasi həyatında da yaxından iştirak etdiklərini vurğulayıblar.

AMEA Tarix İnstitutunun icraçı direktoru dosent İlqar Niftəliyev, Özbəkistan Yazıçılar Birliyinin üzvü, professor Babaxan Şərif, Özbəkistanın Mənəviyyat və maarifləndirmə Mərkəzinin eksperti, professor Cəmilə Şermuhammedova, Dövlət Komitəsinin eksperti, fəlsəfə doktoru İsmayıl Xocaxanov, Özbəkistan Dövlət Dünya dilləri Universitetinin dosenti Tahir Qahhar və Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Unuversitetinin dosenti Gülbahar Aşurova öz çıxışlarında Özbəkistan-Azərbaycan dostluq, qardaşlıq münasibətlərinin tarixindən, perspektivlərindən söz açaraq müxtəlif sahələr üzrə iki qardaş ölkə arasında əməkdaşlığın, qarşılıqlı münasibətlərin inkişafının əhəmiyyətini vurğulayıblar.

25.05.2023

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası