Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2023

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
  • bg15
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda 28 May – Müstəqillik Günü münasibətilə
rəsmi qəbul, bayram tədbiri keçirilib.


Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü münasibətilə “Wyndham Tashkent” otelində rəsmi qəbul, bayram tədbiri keçirilib.

Tədbirdə Özbəkistan Respublikası baş nazirinin müavini Cəmşid Xocayev, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, dövlət və hökumət nümayəndələri, çoxsaylı səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, soydaşlarımız, jurnalistlər iştirak ediblər.

Tədbirdə ilk öncə «Azad və çiçəklənən Azərbaycan» adlı foto sərgi təqdim olunub. Sərgidə müstəqil Azərbaycanın nailiyyətləri, Ulu Öndər Heydər Əliyev və ölkəmizin turizm imkanlarına dair fotoşəkillər yer alıb.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, onun qısa müddətdə gördüyü işlərdən danışıb. O, bildirib ki, çətin ictimai-siyasi şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti Avropa və Amerikanın 20-dən çox dövləti ilə diplomatik münasibətlər qurub, qısa zamanda xalqımızın tarixində silinməz iz buraxıb. Səfir Cümhuriyyət dövründə Azərbaycanın bayrağı, himninin qəbul edildiyini, ilk parlament və hökumət, dövlət aparatının təşkil edildiyini və Azərbaycan dilinin dövlət dili elan olunduğunu qeyd edib.

Hüseyn Quliyev 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra özünü 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu elan etdiyini söyləyib. O, müstəqil Azərbaycanın qazandığı uğurlardan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən layihələrdən danışıb. Diplomat Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri nəticəsində ölkəmiz öz müstəqilliyini qoruyub saxladığını və inkişaf etdirdiyini bildirib.

Səfir Hüseyn Quliyev Heydər Əliyev siyasi kursunu davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin apardığı islahatların öz uğurlu nəticəsini verdiyini və 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərlə Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarının şanlı Ordumuz tərəfindən azad edildiyini bildirib. O, Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu fəxrlə qeyd edərək, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı göstərdiyi dəstəyə görə Özbəkistan rəhbərliyinə təşəkkürünü bildirib.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Özbəkistanın Azərbaycan üçün dost-qardaş ölkə kimi xarakterizə edərək, regionda və beynəlxalq arenada daim dövlətlərimizin bir-birini yaxından dəstəklədiyini vurğulayıb. O, ölkə başçılarımızın səyləri nəticəsində dövlətlərimiz arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini bildirib.

Fuad Muradov Özbəkistanda qırx mindən çox soydaşımızın yaşadığını bildirərək soydaşlarımızın qardaş ölkədə çox rahat şəkildə yaşayaraq ölkənin ictimai həyatında yaxından iştirak etdiklərini vurğulayıb.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs ansamblı «Azərbaycan suitasını» ifa etmiş, Özbəkistanın Xalq artisti tanınmış müğənni Fərrux Zakirov Azərbaycan və özbək dillərində mahnılar səsləndirib.

Sonra qonaqlara ziyafət verilib, Azərbaycan milli mətbəxinin təamları təqdim edilib.

26.05.2023

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası