Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2023

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
  • bg15
  • bg16
  • bg17
  • bg24
  • bg1
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19
html5 slider by WOWSlider.com v8.8

“Özbəkistanda Azərbaycan musiqisi günləri” çərçivəsində
möhtəşəm konsert proqramı təqdim olunub.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə Daşkənd və Səmərqənd şəhərlərində Azərbaycan musiqisi günləri keçirilir.

Özbəkistan Dövlət Konservatoriyasında baş tutan tədbirdə dövlət və hökumət nümayəndələri, diplomatlar, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar və özbəklər iştirak etmişlər.

İlk öncə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanın zəngin mədəniyyəti, dünya sivilizasiyasına verdiyi töhfələr, milli musiqimiz, muğam sənətimiz haqqında məlumat verərək Azərbaycan və özbək xalqlarının tarixi yaxınlığı, dövlətlərimiz arasında günü-gündən inkişaf edən münasibətlərdən danışıb. Samir Abbasov "Özbəkistanda Azərbaycan musiqisi günləri"ni Azərbaycan mədəniyyətinin böyük hamisi Ümummilli Lider Heydər Əliyevə həsr edildiyini bildirib.

Özbəkistan-Azərbaycan Dostluq cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Özbəkistanla Azərbaycan arasındakı əlaqələrin inkişafındakı müstəsna xidmətləri barədə söz açaraq Ulu Öndərin 100 illik yubileyinin yalnız, Azərbaycanda deyil, Türk dünyasının müxtəlif ölkələrində, o cümlədən Özbəkistanda da geniş qeyd olunduğunu diqqətə çatdırıb. Böyük insanların daim mədəniyyətə, incəsənətə qayğı göstərdiyini bildirən Erkin Nuriddinov məhz Heydər Əliyevin xidmətləri nəticəsində sovet dövründə Azərbaycan mədəniyyəti və ədəbiyyatının öz intibah dövrünü yaşadığını bildirib.

Daha sonra "Özbəkistanda Azərbaycan musiqisi günləri" çərçivəsində Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova və Qız qalası instrumental ansamblı "Can Azərbaycandan can Özbəkistana sevgilərlə" adlı konsert proqramı ilə çıxış etdi. Azərbaycan və özbək mahnılarının ifa edən vokalist Gülyanaq Məmmədova xalq mahnılarımızı, muğamlarımızı səsləndirərək tamaşaçıların çoxsaylı alqışları ilə qarşılandı.

Konsertdə özbək estradasının ulduzu, əfsanəvi "Yalla" qrupunun solisti, xalq artisti Fərrux Zakirov səhnəyə çıxaraq Gülyanaq Məmmədova ilə birgə duetdə Azərbaycan və özbək mahnılarını ifa etdi. Fərrux Zakirov "Küçələrə su səpmişəm" Azərbaycan xalq mahnısını özünəməxsus stildə ifa edib.

Özbəkistandakı tanınmış azərbaycanlı saz ustası İlham Abdullayev sazda milli oyun havalarımızı səsləndirib.

Böyük anşlaqla keçən konsert proqramında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs kollektivi milli rəqslərimizi ifa ediblər.

01.06.2023

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası