Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2023

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
1 2 3 4 5 6
html5 slider by WOWSlider.com v8.8

Özbəkistan mətbuatında 20 yanvar faciəsi ilə bağlı silsilə məqalələr yer alıb.


Özbəkistanın nüfuzlu www.xabar.uz, darakchi.uz, azon.uz, marifat.uz, human.uz saytlarında 20 Yanvar faciəsinin 33-cü ildönümünə ilə əlaqədar silsilə məqalələr yer alıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə yayımlanan məqalələrdə Azərbaycan xalqının azadlıq, istiqlaliyyətə gedən yolda şanlı səhifəsi kimi qəbul olunan 20 yanvarın həm faciəli, ağır bir gün kimi, həm də şanlı, qürurlu bir hadisə kimi anıldığı qeyd olunur.

Məqalələrdə vurğulanır ki, Sovet ordusunun ermənilərin qədim Azərbaycan torpaqlarına ərazi iddialarına etiraz olaraq Bakı şəhərinin küçələrinə çıxan dinc azərbaycanlılara qarşı hərbi güc tətbiq etməsi, qoşunların Bakıya daxil olması nəticəsində günahsız dinc əhaliyə silah tətbiq edilməsi, onların amansızcasına qətlə yetirilməsi və etirazların silah gücünə yatırılması qəbulolunmazdır və bu hadisələr bir daha Azərbaycan xalqının birləşməsinə, öz azadlığı üçün daha səylə, əzmlə mübarizə aparmasına səbəb oldu və müstəqil Azərbaycan dövləti yarandı.

Məqalələrdə 20 Yanvar tarixinin azadlıq, müstəqillik və Azərbaycan xalqının birlik rəmzi olduğu qeyd olunur, Vətənin azadlığı və suverenliyi uğrunda şəhid olanların xatirəsinin Azərbaycanda daim əziz tutulduğu vurğulanır.

27.01.2023

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası