Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2023

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
1 2 3 4 5 6 7 8 9 10 11
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə Özbəkistanın müstəqilliyinin 32-ci ildönümü münasibəti ilə
mərasim keçirilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindəki “Azərbaycan-Özbəkistan Dostluq Muzeyi”ndə Özbəkistanın müstəqilliyinin 32-ci ildönümü münasibəti ilə mərasim keçirilib.

Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, ali məktəblərin müəllimləri, soydaşlarımız, jurnalistlər iştirak ediblər.

İlk öncə Azərbaycan və Özbəkistana prezidentlərinin qarşılıqlı səfərləri haqqında videoçarx nümayiş etdirilib.

Daha sonra çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qonaqları salamlayaraq müstəqillik illərində Azərbaycanda və Özbəkistanda həyata keçirilən böyük islahatlar haqqında söhbət açıb. Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrinin tarixən mövcud olduğunu söz açıb. S. Abbasov, ötən il Azərbaycan Prezidenti İlham Əliyevin üç dəfə Özbəkistanda səfərdə olduğunu vurğulayaraq ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəyə qalxmasında bu səfərlərin dövlətlərimiz arasında əməkdaşlığın yüksək səviyyəyə qalxmasının təzahürü olduğunu qeyd edib.

Diplomat Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində Füzuli şəhərində Özbəkistan dövlətinin vəsaiti hesabına tikilən və Azərbaycana hədiyyə edilən məktəbin acılısı haqqında da ətraflı məlumat verib.

Tədbirdə çıxış edən professor Nigina Şermuxammedova Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrinin tarixi köklərindən söz açaraq müstəqillik illərində Azərbaycanla Özbəkistan arasında bütün sahələri əhatə edən münasibətlərin daha inkişaf etdiyini vurğulayıb.

Çıxış edənlər, dosent Rano Kadirova, şairə Nərgiza Əsədova, soydaşımız, şair Əli Nəsirli və başqaları ölkələrimiz arasında mövcud əlaqələr, dostluq-qardaşlıq münasibətlərindən söz açaraq, yüksək səviyyədə olan bu münasibətlərin qorunub saxlanılması və inkişafı etdirlməsinin vacibliyini vurğulayıblar.

Tədbirdə Mədəniyyət Mərkəzinin nəzdindəki Kövkəb Əliyeva adına “Azərbaycan” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

01.09.2023

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası