Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2023

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda Azərbaycanın Milli Musiqi Günü münasibəti ilə
“Bəşər mədəniyyətinin incisi - Azərbaycan musiqisi” adlı tədbir keçirilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Musiqi Günü münasibəti ilə “Bəşər mədəniyyətinin incisi - Azərbaycan musiqisi” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları ilk öncə Mədəniyyət Mərkəzin foyesində təşkil edilmiş “Qafqazın konservatoriyası – azad Şuşa” və Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan foto və nəşrlərdən ibarət sərgi ilə tanış olublar.

Mərasimdə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rəhbərliyi, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin professor - müəllim heyəti, tələbələr, yerli azərbaycanlılar iştirak ediblər.

Çay süfrəsi arxasında keçən musiqi bayramında Ulu Öndər Heydər Əliyevin Üzeyir Hacıbəyovun milli mədəniyyətimizə verdiyi töhfələrə dair fikirləri, Üzeyir Hacıbəyov yaradıcılığı və Prezident İlham Əliyevin iştirakı ilə Şuşada keçirilən tədbirlər, Xarı bülbül festivalına dair videomaterial nümayiş etdirilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qonaqları salamlayaraq, Milli Musiqi Günü Azərbaycanın müasir peşəkar musiqi sənətinin və müsəlman şərqində ilk operanın müəllifi, dahi bəstəkar, musiqişünas, publisist, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin doğum günü münasibəti ilə təsis edildiyini bildirib.

O, Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 18 sentyabr - Üzeyir Hacıbəylinin anadan olduğu günün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edildiyini vurğulayıb və bəşər mədəniyyətinə misilsiz töhfələr vermiş Azərbaycanın zəngin mədəniyyəti və musiqi sənəti haqqında danışıb.

Çıxış edənlər Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsinin dosenti Davron Kadirov Özbək və Azərbaycan xalqları arasında dostluq əlaqələrindən danışaraq, dilimiz, dinimiz və adət-ənənələrimizin eyni olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan musiqisi sərhədləri aşaraq dünyada tanınıb, sevilərək daim ifa olunur. Özbəkistanda da milli musiqimizin məşhur olduğunu qeyd edən natiqlər qardaş ölkədə elə bir şənlik olmaz ki, orada Azərbaycan musiqisi səslənməsin.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki Kaykəb Əliyeva adına “Şuşa” rəqs ansamblı “Uzundərə“ milli rəqsimizi ifa ediblər.

Müğənnilər Rəna Əzizova, Davron Kadırov, Sevinc Ruzmetova, Nilufar Kuşokova, Fatima Safoyeva Azərbaycan və özbək dilində mahnılar, azərbaycanlı saz ustası İlham Abdullayev saz havalarını, yeniyetmə pianoçu Əli Abbaslı isə Dədə Qorqud dastanından əsər fortepianoda ifa edib.

Tədbirdə fəxrlə qeyd olunub ki, 30 ildən sonra tanınmış qarabağlı, dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəyovun vətəni, Azərbaycan musiqisinin beşiyi, Türk dünyasının mədəniyyət paytaxtı Şuşa Ermənistan işğalçılarından azad olunub. Bugün azad Şuşada Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində geniş bərpa və quruculuq işləri reallaşdırılır, beynəlxalq mədəniyyət tədbirləri, festivalları keçirilir, mədəniyyət paytaxtımızda dahi Üzeyir Hacıbəyovun büstü və heykəli yenidən ucaldılmışdır.

19.09.2023

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası