XƏBƏRLƏR 2024
Özbəkistanın dünya şöhrətli “Özbegim Yoshları” musiqi qrupunun 20 illik konsertində Azərbaycanda təmsil olundu.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Daşkənddə “Türkiston” konsert sarayında Özbəkistanın dünyada tanınmış məşhur “Özbegim Yoshları” musiqi qrupunun 20 illiyi ilə əlaqədar böyük konsert proqramı keçirilib.
Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və əməkdaşları, tələbələr, jurnalistlər iştirak edib.
Tədbirdə Özbəkistan musiqiləri ilə yanaşı Azərbaycan musiqiləri də ifa edilib. Özbəkistanın xalq artisti Jenisbek Piyazov böyük Azərbaycan baritonu, Azərbaycan və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin repertuarından, beynəlxalq mükafatlar laureatı Sarvinoz Kamalova Azərbaycan, SSRİ, həm də Özbəkistanın xalq artisti Zeynəb Xanlarovanın mahnılarından ifa ediblər.
Konsert proqramında Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” rəqs ansamblı milli rəqslərimizi ifa ediblər.
Qeyd edək ki, “Özbegim Yoshları” musiqi qrupu dünyanın 30-dən çox ölkəsində - Azərbaycan, Amerika, Fransa, Almaniya, Belçika, Çin, Malayziya, Nikaraqua, İtaliya, Yaponiya, Meksika, Rusiya və s. ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirak etmiş və çoxsaylı mükafatlara layiq görülüb. Musiqi qrupunun Özbək mədəniyyəti, musiqisinə dair möhtəşəm təqdimatlar keçirdir və qrupda özbək musiqisinin bütün sahələrinin vokal, estrada, makom, şərq rəqslərinin əhatə olunur.
Tədbirin sonunda Özbegim Yoshları” musiqi kollektivinin rəhbəri Lutviyə Ruzibayevaya Azərbaycan Mədəniyyət Mərkəzindən xüsusi hədiyyələr təqdim olunub.
15.11.2024