Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2024

  • bg1
  • bg2
1 2
html5 slider by WOWSlider.com v8.8

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistanın ali məktəbi əməkdaşlıq memorandumu imzalanıb.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Daşkənd Pedaqogika və İqtisadiyyat Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Belə ki, Daşkənd Pedaqogika və İqtisadiyyat Universitetini ziyarət zamanı sözügedən universitetlə Azərbaycan Mədəniyyət Mərkəzi arasında Azərbaycan dili və ədəbiyyatının, mədəniyyətinin tədrisi, tələbə-müəllim mübadiləsi, birgə elmi konfransların, nəşrlərin təşkili və s. mövzularda əməkdaşlıq memorandumu imzalanıb.

Tədbirdə çıxış edən Daşkənd Pedaqogika və İqtisadiyyat Universitetinin rektoru professor Şakarboy Caniqulov Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlığın onlar üçün çox vacib olduğunu qeyd edib. Sözügedən təşkilatla əməkdaşlıqlarının səmərəli olduğunu bildirən rektor, artıq, Mədəniyyət Mərkəzinin yardımı ilə rəhbərlik etdiyi ali təhsil ocağı arasında Azərbaycanın bir-neçə ali məktəbi ilə əməkdaşlıq müqavilələri imzalandığını və növbəti ildən də bu əməkdaşlığın əməli fəaliyyətinə başlanılacağını vurğulayıb. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən universitetdə təşkil edilmiş tədbirləri, kitab təqdimatlarını da xatırladan rektor, əməkdaşlıq üçün Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib.

Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev iki ölkə arasında mövcud mədəni, elmi əlaqələrin möhkəmlənməsində Azərbaycan Mədəniyyət Mərkəzinin gördüyü işlərdən söz açıb. Ölkənin demək olar ki, bütün regionlarını əhatə edən universitetlərlə əməkdaşlığın qurulduğunu və artıq Özbəkistanın ondan çox ali təhsil ocağında Azərbaycan mərkəzlərinin yaradıldığını bildirən N.Əlimirzəyev növbəti Azərbaycanşünaslıq mərkəzinin də məhz indi, memorandum imzaladıqları Daşkənd Pedaqogika və İqtisadiyyat Universitetində açılacağını bildirib. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfində Özbəkistanın artıq iki ali təhsil ocağında Azərbaycan dili və ədəbiyyatının tədrisi olunduğunu bildirən N.Əlimirzəyev tezliklə Daşkənd Pedaqogika və İqtisadiyyat Universitetində də ana dilimizin tədrisinə başlanılacağını qeyd edib.

Daha sonra iki təşkilat arasında birgə əməkdaşlıq fəaliyyəti üzrə anlaşma memorandumu imzalanıb.

Qeyd edək ki, birgə əməkdaşlıq fəaliyyəti üzrə anlaşma memorandumuna əsasən Daşkənd Pedaqogika və İqtisadiyyat Universitetində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycanşünaslıq Mərkəzi yaradılacaq, Azərbaycan dili və ədəbiyyatının tədrisi təşkil ediləcək, birgə konfrans, seminar və nəşr layihələrinin, sözügedən ali təhsil ocağı ilə Azərbaycan ali məktəbləri arasında əlaqələrin qurulması, tələbə, müəllim mübadiləsi proqramlarının həyata keçirilməsinə dəstək veriləcəkdir.

28.12.2024

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası