Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2024

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
1 2 3 4 5
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın “Sevimli TV” populyar telekanalında Azərbaycan torpaqlarının işğalının ağır nəticələrinə dair verilişlər nümayiş olunub.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın “Sevimli TV” telekanalı nümayəndələrinin Azərbaycana Media-turu təşkil olunub.

Media-tur çərçivəsində “Sevimli TV” telekanalının jurnalistləri Azərbaycanın Qarabağ bölgəsinin Ağdam rayonu və Xocalı rayonunun Əsgəran qəsəbəsində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının ağır nəticələrinə dair veriliş yayımlayıb.

Verilişdə tanınmış jurnalist Niqora Elmuradova “Qafqazın Xirosiması” adlandırılan Ağdamın görüntülərini nümayiş etdirərək Ermənistanın bu əraziləri otuz ilə yaxın işğal altında saxladığını və bölgəni tamamilə xarabalığa çevirdiyini, şəhərdə bütün infrastrukturun barbarcasına məhv etdiyini vurğulayıb. Müəllif bir vaxtlar Qafqazın çiçəklənmiş şəhəri olan Ağdamın görüntülərini acı və insanı dəhşətə gətirdiyini qeyd edir. Verilişdə Azərbaycan hökumətinin Qarabağın sürətlə bərpası və insanların əvvəlki həyatına qaytarılmasına diqqət yetirdiyini, həyata keçirilən quruculuq işləri barədə məlumat verilir.

Qeyd olunur ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan bütün bölgələrdə mədəni irsinin erməni separatçıları tərəfindən dağıdıldığı, məscidlərin, müqəddəs yerlərin təhqir edilib.

Ekran əsərində hazırda Azərbaycan dövlətinin apardığı geniş bərpa işləri, ərazilərin partlamamış minalardan təmizlənməsi üzrə həyata keçirilən tədbirlər barədə qonaqlara məlumat verilib.

“Sevimli TV” telekanalında yayılan ikinci verilişdə isə Xocalı soyqırımının qurbanlarının daha bir kütləvi məzarlığın aşkarlanmasına həsr olunub. Verilişdə aşkar olunmuş kütləvi məzarlıqda birinci Qarabağ müharibəsi zamanı erməni hərbi cinayətkarlarının vəhşicəsizinə qətlə yetirdiyi mülki azərbaycanlılara məxsus olduğu qeyd olunur.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun üzvü Zaur İsmayılov “Sevimli TV” telekanalına müsahibəsində bildirir ki, aparılan istintaq-əməliyyat tədbirləri zamanı aşkar olunmuş kütləvi məzarlıqda cəsədlərin mülki şəxslər aid olduğu müəyyən edildiyini bildirib.

Qeyd olunur ki, Xocalıdan Ağdama gedən yolda Əsgəran qalası yaxınlığında pusquya salınaraq öldürülmüş, cəsədləri bu qalanın yaxınlığında kütləvi olaraq dəfn edilmişdir.

Verilişdə vurğulanır ki, Əsgəranda aşkar olunan kütləvi məzarlıq aşkar olunan ilk məzarlıq deyil. 30 ildən sonra Ermənistan işğalından azad edilmiş Azərbaycan torpaqlarında Ermənistan silahlıları tərəfindən qətlə yetirilmiş dinc əhalinin dəfn edildiyi çoxsaylı aşkar olunmuş və olunmamış məzarlıqlar mövcuddur.

14.02.2024

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası