Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2024

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda Xocalı soyqırımına həsr olunmuş tədbir və bu mövzuda yazılan “Mələklərin soyqırımı” poemasının təqdimatı olub.


Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənd şəhərindəki tarixi “Turan” Kitabxanasında Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunan anım tədbiri və azərbaycanlı mərhum şair Oqtay İsmayıllının «Mələklərin soyqırımı» poemasının təqdimatı keçirilib.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, ölkəmizin və Türkiyənin bu ölkədəki səfirliklərinin diplomatları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, alimlər, universitetlərin professor-müəllim heyəti, tələbələr və jurnalistlər iştirak ediblər.

İştirakçılar əvvəlcə Xocalı faciəsi, Qarabağ münaqişəsi ilə bağlı kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.

Alim və tərcüməçi Babaxan Şərif Xocalı faciəsi haqqında məlumat verib, soyqırımı son onilliklərdə Türk dünyasının ən böyük faciəsi kimi dəyərləndirib.

Səfir Hüseyn Quliyev çıxışında 32 il əvvəl - fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilmiş soyqırım haqqında danışaraq, Xocalı şəhərini mühasirəyə alan erməni işğalçıları şəhər əhalisini, qocalar, qadınlar, uşaqları xüsusi amansızlıqla qətlə yetirdiyini söyləyib. Səfir, o zaman Qırmızı Xaç Komitəsi və başqa beynəlxalq təşkilatlar vasitəsilə razılıq əldə edildiyini və dinc əhalinin çıxarılması üçün xüsusi dəhlizin yaradılması barədə razılığın olmasına baxmayaraq, ermənilərin bu dəhlizdən istifadəyə imkan vermədiyini və onların qocaları, qadınları, uşaqları atəşə tutduğunu söyləyib.

Hüseyn Quliyev deyib ki, britaniyalı jurnalist Tomas de Vaalın “Xocalıda nə baş verib” sualına Ermənistanın sabiq prezidenti, Xocalı canilərindən biri Serj Sarkisyan lovğalıqla belə cavab verib: “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, arxayın idilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Lakin biz bu stereotipi sındırmağı bacardıq. Bax, orada bu baş verib”.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov insanlığa qara ləkə olan XX əsrin dəhşətli soyqırımı Xocalı faciəsi haqqında danışaraq onu Xatın, Xolokost, Ruanda, Srebrenitsa kimi soyqırımlardan fərqlənmədiyini bildirib. O, bu dəhşətli insanlıq dramına dünya dövlətlərinin hüquqi qiymət verməsinin vacib olduğunu və bir sıra dövlətlərin parlamentlərinin Xocalı soyqırımını tanıması ədalətin bərqərar olmasına xidmət etdiyini söyləyib. Samir Abbasov 2002-ci il Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Xocalı soyqırımının 10-cu ildönümü münasibətilə Azərbaycan xalqına müraciətini qeyd edərək deyib: “Xocalı faciəsi 200 ilə yaxın erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı sistemli şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. O, Mədəniyyət Mərkəzinin layihəsi ilə çap olunmuş və soyqırıma həsr olunmuş mərhum Azərbaycanlı şair Oqtay İsmayıllının «Mələklərin soyqırımı» adlı poeması haqqında fikirlərini bölüşüb.

Özbək alim-dosent Adxambek Alimbekov, «Kitab dunyosi» qəzetinin baş redaktoru, şairə Xasiyyət Rüstəm, tarixçi alim Şuxrat Barlas, politologiya üzrə doktor Maxmud Yuldaşev və başqaları Xocalı soyqırımı və erməni təcavüzü barədə düşüncələrini bölüşüblər.

Çıxışçılar Ermənistanın işğalçılıq siyasətindən söhbət açaraq, şair Oqtay İsmayıllının «Mələklərin soyqırımı» adlı poemasının Azərbaycan xalqının başına gətirilən müsibətlər, Ermənistanın işğal və soyqırım siyasətinə ədəbiyyatın, poeziyanın dili ilə dünyaya çatdırılmasında mühüm əsər olduğunu vurğulayıblar.

Qeyd edək ki, poemada «Ulu mədənı̇yyət beşı̇yı̇ - Azərbaycan», «Xocalıya aparan yol», «Azərbaycanlı ananın tərbı̇yəsı̇», «Ermənı̇ ananın tərbı̇yəsı̇», «Qı̇yamətı̇n başlanğıcı», «Quzğun yığnağı», «Cənnətdə görüşəri̇k», «Məhşər», «Xocali alov i̇çi̇ndə», «Babəki̇n i̇ki̇nci̇ edami», «Zənci̇rlənmi̇ş uşaq», «Xocalı səmasinda ruhlarin söhbəti̇» və s. bölmələrdə soyqırımın dəhşətli səhnələri canlandırılmışdır.

Şair Oqtay İsmayıllının «Mələklərin soyqırımı» və Özbəkistanın tanınmış şairəsi Xasiyyət Rüstəmin “Adı Lalə idi o qızın” poemaları Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Qarabağ Azərbaycan mədəniyyətinin beşiyidir” adlı layihəsi əsasında elan edilmiş şeir müsabiqəsinin qalibi olmuşlar.

Tədbirdə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin tələbələri, habelə Bakı Slavyan Universitetinin Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində təcrübə keçən tələbələrinin ifasında Xocalı faciəsi ilə bağlı bədii kompozisiyalar təqdim edilib.

23.02.2024

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası