Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2024

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
1 2 3 4 5 6
html5 slider by WOWSlider.com v8.8

Azərbaycan ADA Universiteti Özbəkistanın ali və orta məktəblərində
beynəlxalq təhsil proqramlarını təqdim edib.


Azərbaycan və Özbəkistan arasında bütün sahələrdə olduğu kimi təhsil sahəsində də əlaqələr genişlənməkdədir.

2024/2025-ci tədris ili üçün tələbə qəbulunun başlanması ilə əlaqədar Azərbaycanın nüfuzlu ADA Universiteti Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Daşkənd və Səmərqənd şəhərlərindəki ümumtəhsil məktəblərinin sonuncu sinif şagirdləri və Universitet tələbələri ilə görüş keçirərək beynəlxalq təhsil proqramını təqdimatını həyata keçiriblər.

ADA Universitetinin nümayəndələri Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları ilə birlikdə Daşkənd şəhərindəki 154 nömrəli, 5 nömrəli, 51 nömrəli, 17 nömrəli, 263 nömrəli, Əl Xorezmi adına ixtisaslaşdırılmış məktəb, Genesis Education məktəbi, eləcə də bir sıra Özbəkistan universitetləri – Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Səmərqənd Dövlət Tibb, Heyvandarlıq və Biotexnologiya Universiteti, Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin Akademik Liseyi kimi bir sıra dövlət və özəl məktəblərdə olaraq beynəlxalq təhsil proqramını şagird və tələbələrə təqdim edib.

Qeyd edək ki, ingilis və rus dillərində keçirilən təqdimatlarda, ADA Universitetinin Tələbə Qəbulu Şöbəsinin nümayəndəsi Sona Məmmədova və Biznes fakültəsinin baş müəllimi Mukhammadfoik Bakhadirov İctimai və Beynəlxalq Münasibətlər, Hüquqşünaslıq, Biznes, Təhsil, Dizayn və Memarlıq, Kənd təsərrüfatı və Qida elmləri fakültələrinin bakalavriat və magistratura səviyyələri üzrə ixtisaslar ilə tələbələri tanış ediblər.

Həmçinin şagirdlərə təkcə təhsil prosesi deyil, digər ölkələrdən olan tələbələrin həyat şəraiti, parklar və istirahət yerləri, asudə vaxtın təşkili, universitetdəki dostluq ab-havası və s. əks etdirən videolar təqdim olunub.

Görüş böyük marağa səbəb olmuş, Özbək gəncləri onları maraqlandıran məsələlərə dair suallar vermiş, təhsil prosesinə dair fikir mübadiləsi və müzakirələrlə keçmişdir.

27.02.2024

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası