Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2024

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
  • bg15
  • bg16
  • bg17
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub.


Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı mərasim keçirilib.

Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, səfirliyimizin əməkdaşları, yerli azərbaycanlılar, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri və üzvləri, müəllimlər, tələbələr, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin Azərbaycan Mədəniyyət Mərkəzində qarşısındakı abidəsi və Şəhidlər abidə kompleksinin önünə qərənfil və çiçəklər qoymuşlar.

Daha sonra mərasim iştirakçıları Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində 20 Yanvar və Qarabağ hadisələri ilə bağlı “İstiqlaliyyətə gedən yol” adlı kitab və rəsm sərgisi ilə tanış olublar. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki Rəsm dərnəyinin uşaqları qürur və qəhrəmanlıq tariximiz olan 20 yanvar hadisələrinə dair rəsmlər yaratmışlar.

İlk öncə keçirilən mərasimdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək 20 Yanvar tarixinin yalnız faciə kimi deyil, həm də Azərbaycan xalqının istiqlaliyyətə gedən yolu, milli azadlıq mübadiləsində oyanış günü olduğunu deyib. O, istiqlal tariximizdə şanlı səhifə yaradan şəhidlərin xatirəsinin xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulduğunu qeyd edərək şəhidlərin Vətən üçün tökdükləri qanın hədər getmədiyini, ölkəmizin öz müstəqilliyinə qovuşduğunu söyləyib.

Çıxış edən digər natiqlər - Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, azərbaycanlı alim Almaz Məcidova, dosent Gülbahar Aşurova və başqaları bu hadisələr zamanı uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın öz azadlıq səsini ucaltdığını, dövlətimizin suverenliyi, Vətən torpaqları üçün cəsarət nümayiş etdirdiyini bildiriblər. Onlar 20 Yanvar hadisələrindən sonra Azərbaycan xalqının ictimai şüurunda, azadlıq ideyalarında ciddi dəyişikliklərin baş verdiyini vurğulayıb, müstəqillik mübarizəsinin dönüş nöqtəsi olan o dəhşətli günlərdə xalqın bir yumruq kimi vahid bir ideya ətrafında birləşdiyini qeyd ediblər.

Tədbirdə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində fəaliyyət göstərən Məhəmməd Füzuli adına Azərbaycan elmi-tədqiqatlar Mərkəzinin “Füzuli dilbəndləri” qrupunun üzvlərindən ibarət bir qrup tələbə 20 Yanvar, Vətən məhəbbəti, şəhidlər haqqında şeirlər söyləyib, şəhidlərə həsr olunmuş tamaşa-kompozisiya təqdim ediblər.
Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film də nümayiş etdirilib.

20.01.2024

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası