Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2024

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
1 2 3 4 5 6 7 8 9 10 11
html5 slider by WOWSlider.com v8.8

Özbək dilinə tərcümə edilmiş "Qılınc və qələm" romanı
Daşkənddə təqdim olunub.


Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günləri rəngarəng tədbirlərlə davam edir. Mədəniyyət günlərinin daha bir tədbiri iyunun 13-də Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində gerçəkləşib.

Mərkəzdə görkəmli tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin özbək dilinə tərcümə olunmuş “Qılınc və qələm” kitabının təqdimatı keçirilib.

Özbəkistan alim və ziyalılarının da iştirak etdiyi mərasimdə açılış nitqi söyləyən Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair-dramaturq İlqar Fəhmi sözü mədəniyyət nazirinin müavini Fərid Cəfərova verib.

Qonaqları salamlayan nazir müavini bildirib ki, Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən görkəmli şair və yazıçılarımızın əsərlərinin xarici dillərə tərcümə edilərək təbliği diqqətdə saxlanılır. İndiyədək 100-dən artıq müəllifin əsərinin tərcümə edilərək nəşri həyata keçirilib. Yazarlarımızın Türk dünyasında da tanınmasına xüsusi önəm verilir.

Nəşrin əhəmiyyətini vurğulayan nazir müavini deyib ki, bu kitabla görkəmli nasir Məmməd Səid Ordubadi ilə yanaşı, əsərdə obrazı yaradılan dünyaşöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi və onun dövrü haqqında özbək oxucularda geniş təsəvvür yaranacaq.

Özbəkistanın ədəbiyyatşünas-alimləri, professorlar Nurboy Cabbarov, Abdulla Uluğov, AYB-nin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, şair Aqşin Yenisey və Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış ediblər.

Çıxışlarda yeni nəşrin əhəmiyyəti qeyd edilib, Nizami Gəncəvinin ideyalar aləmindən bəhs olunub. Tədbirdə Nizami Gəncəvinin şeirləri qiraət olunub, qəzəlləri üstündə muğamlar ifa edilib.

Qeyd edək ki, əsərdə Nizami Gəncəvinin surəti mərkəzi yer tutsa da, müəllif bununla kifayətlənməyərək dahi şairin yaşadığı dövrün hərtərəfli mənzərəsini canlandırmağa çalışıb, xalq həyatının geniş lövhələrini yaradıb.

Buna görədir ki, roman baş qəhrəmanının adı ilə deyil, əsərin həyat materialında mühüm yer tutan iki amilin – xalqın fiziki və mənəvi qüvvəsinin rəmzi olaraq «Qılınc və qələm» adlandırılıb.
Romanı özbəkcəyə Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilov çeviriblər.

13.06.2024

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası