Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2024

html5 slider by WOWSlider.com v8.8

Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin əsərləri
özbək dilində nəşr edilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin əsərləri Özbəkistanda nəşrə hazırlanıb. Böyük şairin əsərlərindən ibarət iki cildlik “Kulliyyot”un (Külliyyat) birinci cildində qəzəllər ikinci cildində isə poemalar yer almaqdadır.

Sözügedən nəşr böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi münasibətilə çap edilmişdir.

Qeyd edək ki, Məhəmməd Füzulinin əsərləri Özbəkistanda ilk dəfə 1959-cu ildə iki cild halında kiril qrafikası ilə nəşr olunmuşdur. Sonrakı dövrlərdə şairin əsərləri müxtəlif müəlliflər tərəfindən bir neçə dəfə nəşrə hazırlansa da onun yaradıcılığını tam şəkildə əhatə edə bilməmişdir. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilində hazırlanan sözügedən nəşr uzun illərdən sonra Məhəmməd Füzuli əsərlərini geniş şəkildə əhatə etməsi ilə fərqlənir. Nəşrdə Məhəmməd Füzuli əsərlərinin müxtəlif dövrlərdə özbək dilində çap edilmiş əsərlərindən də istifadə olunmuşdur. Bununla yanaşı yeni nəşrdə böyük şairin Azərbaycan dilində çap edilmiş əsərləri, habelə Məhəmməd Füzulinin anadilli “Divan”ının əlyazma nüsxələrindən də istifadə olunaraq dəqiqləşdirilmələr aparılmış, öncəki nəşrlərdə yol verilmiş xətalar aradan qaldırılmış, izahlar, şərhlər əlavə edilmiş və sonda kiçik lüğətcə də verilmişdir.

Məlumat üçün bildiririk ki, sözügedən nəşrin cari ilin 11-14 iyun tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Azərbaycan Mədəniyyət Günləri” çərçivəsində ilkin təqdimatı da baş tutmuşdur. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən isə önümüzdəki günlərdə əsərin daha bir neçə ali təhsil ocağında geniş təqdimatları nəzərdə tutulmuşdur.

Filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə tərəfindən nəşrə hazırlanmış “Kulliyot”un redaktorları professor Nurbay Cabbarov və dosent Gülbahar Aşurovadır.

Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən sözügedən nəşrin Özbəkistanın aparıcı ali təhsil ocaqlarına, kitabxanalarına əvəzsiz olaraq paylanması da nəzərdə tutulmuşdur.

21.06.2024

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası