Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2024

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
1 2 3 4 5 6 7 8 9 10 11 12
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın qədim Xivə şəhərində “Şuşa günləri” keçirilib.


Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə 11-12 sentyabr tarixlərində Özbəkistanın Xivə şəhərində “Şuşa günləri” keçirilib.

Qeyd edək ki, Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə 2023-cü ildə Şuşa şəhəri ilə Özbəkistanın Xivə şəhəri qardaşlaşıb, bu barədə müqavilə imzalanıb.

Keçirilən tədbirlər çərçivəsində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Xivə şəhərinin hakimi Temur Davletovla görüşüb. Söhbət zamanı qardaşlaşmış iki şəhərin münasibətlərinin daha da möhkəmlənməsi, elm, mədəniyyət, yaradıcılıq sahəsində əlaqələrin inkişafı, təcrübə mübadiləsinin əhəmiyyəti barədə müzakirələr aparılıb. Sonra Xivənin tarixi “İçən qala” ərazisi ilə tanışlıq olub.

Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov və xüsusi nümayəndəliyin baş məsləhətçisi Elşad İskəndərovun iştirakı ilə Urgənc Dövlət Universitetində rektor Bəhram Abdullayevlə görüş keçirilib. Görüşdə 1938–1940-cı illərdə bu universitetdə müəllim kimi fəaliyyət göstərən görkəmli yazıçı, ictimai xadim Yusif Vəzir Çəmənzəminlinin (1887-1943) adını daşıyan, 2023-cü ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə yaradılmış Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin fəaliyyəti barədə fikir mübadiləsi aparılıb. Həmçinin Aydın Kərimov Şuşa şəhərində aparılan abadlıq, bərpa və yenidənqurma işləri haqqında geniş məlumat verib.

Sonda şuşalı rəssam tərəfindən çəkilən Y.V.Çəmənzəminlinin portreti Mərkəzə hədiyyə edilib. Tələbələrin ifasında konsert proqramı təqdim olunub.

11.09.2024

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası