XƏBƏRLƏR 2024
“Şuşa günləri” “İçən qala”da maraqlı tədbirlərlə davam edib.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə 11-12 sentyabr tarixlərində Özbəkistanın Xivə şəhərində “Şuşa günləri” keçirilib.
“Şuşa günləri” “İçən qala”da maraqlı tədbirlərlə davam edib.
“Şuşa – dünən və bu gün” adlı fotosərgidə şəhərin tarixi keçmişini, füsunkar təbiətini, işğaldan əvvəl və sonrakı görkəmini, bərpa-quruculuq, yenidənqurma işlərini özündə əks etdirən müxtəlif fotolar nümayiş olunub, hər foto haqqında ziyarətçilərə məlumat verilib.
Tədbirdə təqdim edilən Azərbaycanın Qarabağ bölgəsinə məxsus milli geyim nümunələri maraqla qarşılanıb. Kolleksiyada əsasən Qarabağın zadəgan xanımlarının XVIII-XIX əsrlərə məxsus geyimləri və kişi libasları sərgilənib.
Özbəkistanda olan müxtəlif ölkələrin səfirləri, Xivə şəhərinin hakimi Temur Davletov, Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi tədbirdə tanınmış incəsənət ustalarımızın ifasında təqdim olunan möhtəşəm konsert proqramı alqışlarla qarşılanıb. Azərbaycan Dövlət Rəqs Ansamblının ifa etdiyi rəqs nömrələri isə xüsusi alqış doğurub.
12.09.2024