Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2024

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
1 2 3 4 5 6 7 8 9 10 11
html5 slider by WOWSlider.com v8.8

“Şuşa günləri” çərçivəsində Daşkənddəki
Azərbaycan Mədəniyyət Mərkəzində görüş.


Özbəkistanın qədim Xivə şəhərinin və Şuşanın qardaşlaşması münasibəti ilə Xivədə “Şuşa günləri” başa çatdıqdan sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və ölkəmizdən gələn nümayəndə heyəti Daşkənddəki Heydər Əliyev parkındakı ulu öndərin abidəsinə çiçək dəstələri qoyublar.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşəbbüsü ilə Xivədə keçirilən tədbirlərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov da iştirak edib.

Gülqoyma mərasimindən sonra Hüseyn Quliyev və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzovun rəhbərliyi ilə nümayəndə heyəti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olublar.

Hüseyn Quliyev və nümayəndə heyəti Mədəniyyət Mərkəzindəki Şəhidlər bağına gül dəstələri qoyub, mərkəzdəki Heydər Əliyev Muzeyi, Azərbaycan-Özbəkistan Dostluq Muzeyi və Azərbaycan Dövlətçilik Tarixi Muzeyi ilə tanış olublar.
Sonra mərkəzdə Hüseyn Quliyevlə nümayəndə heyətinin görüşü olub.
Çay süfrəsi arxasında keçən görüşdə Hüseyn Quliyev Azərbaycan-Özbəkistan münasibətləri, bu il avqustun 22-23-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri, imzalanan mühüm sənədlər haqqında məlumat verib, əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Tural Novruzov Xivə şəhərində keçirilən görüşlər haqqında söhbət açıb, bu qədim şəhərdə baş tutan yaddaqalan mədəni tədbirlərdən danışıb. Şuşa şəhərində aparılan tikinti, yenidənqurma, bərpa və abadlıq işlərindən danışan T.Novruzov qeyd edib ki, qədim Şuşa turizm şəhərinə çevrilir. Belə ki, ancaq avqust ayında Şuşaya 168 min turist gəlib. Tural Novruzov bildirib ki, Şuşa ermənilər tərəfdən işğal olunmazdan əvvəl bu qədim Azərbaycan şəhərində 196 tarixi abidə olub, onların əksəriyyəti ermənilər tərəfindən dağıdılıb.
Sonra nümayəndə heyətinin üzvləri Daşkəndin görməli yerləri ilə tanış olub.

14.09.2024

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası