Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2025

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
1 2 3 4 5
html5 slider by WOWSlider.com v8.8

Özbəkistan Mədəniyyət İnstitutunun səhnəsində Azərbaycan klassiklərinin əsərləri təqdim olunacaq.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rəhbərliyi arasında görüş keçirilib.

Görüşdə institutun rektoru, professor Nodirbek Sayfullayev gələcək əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, Azərbaycan xalqına və mədəniyyətinə hörmətin sonsuz olduğunu və bu əməkdaşlığın iki xalqın min illərdir mövcud olan mədəni əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib. Eyni zamanda, o, qonaqları institutun tarixi, elmi və yaradıcılıq potensialı, bu gün həyata keçirilən tədris-yaradıcılıq prosesləri, elmi istiqamətdə dəyişikliklər, bütövlükdə institutun həyatı ilə ətraflı tanış etmişdir.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli Azərbaycanda özbək mədəniyyətinə və incəsənətinə böyük maraq olduğunu qeyd edərək, rəhbərlik etdiyi qurumun bugünkü fəaliyyətinin iki xalqın mədəni əməkdaşlığının daha da möhkəmləndirilməsinə və bir çox mədəni layihələrin birgə həyata keçirilməsinə yönəldiyini vurğulayıb. Diplomat bildirib ki, son illər iki dövlət başçılarının səyləri nəticəsində Azərbaycan və Özbəkistanın bütün istiqamətlərdə əməkdaşlığı yüksək səviyyədə davam edir, mədəni əməkdaşlıq isə minillik ənənələrə əsaslanaraq yeni səviyyəyə çıxır və bu sahədə çalışanlar üçün yeni imkanlar yaradır.

Sonda birgə konsert proqramlarının, dəyirmi masaların təşkili, təşkil olunan tədbirlərdə əməkdaşların qarşılıqlı iştirakının təmin edilməsi, institut tələbələri tərəfindən müasir Azərbaycan dramaturgiyası nümunələrinin formalaşdırılması, habelə Azərbaycan klassiklərinin əsərləri institutun səhnəsində nümayiş olunması, iki ölkənin tanınmış sənət adamlarının, xüsusən aktyorluq sahəsində tanınmış simaların qarşılıqlı ustad dərslərinin təşkili və digər məsələlər üzrə razılıq əldə olunub.

06.02.2024

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası