Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2025

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
1 2 3 4 5
html5 slider by WOWSlider.com v8.8

Azərbaycan və Özbəkistan tələbələrinin elmi layihələri qardaş ölkəyə həsr olunacaq.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rəhbərləri arasında görüş keçirilib.

Qonaqları salamlayan universitetin rektoru Gülçöhrə Rixsiyeva iki təşkilat arasında çoxillik səmərəli əməkdaşlıqdan, iki dövlət arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən birgə layihələrdən danışıb. Tələbələrin Azərbaycan mədəniyyətinə və ədəbiyyatına marağından danışan rektor Şərqşünaslıq Universitetində Azərbaycan dilinin tədrisini uğurla davam etdirildiyini vurğulayıb, bu layihənin həyata keçirilməsinə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli səmimi qəbula görə təşəkkür edərək rektorun sözlərinə əlavə edib ki, Azərbaycan dili təkcə ünsiyyət vasitəsi kimi deyil, həm də Azərbaycan xalqının mədəni və tarixi irsinin daşıyıcısıdır və Mədəniyyət Mərkəzi bu layihəni bundan sonra da davam etdirməyə, Universitetdə yaradılmış Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzini daim müxtəlif zəruri nəşrlərlə doldurmağa hazırdır.

Görüş nəticəsində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən iki ölkənin bakalavr, magistr və doktorantura tələbələrinin qardaş ölkəyə həsr olunmuş mövzularda dissertasiyaların və elmi layihələrin yazılması, tələbə mübadiləsi, birgə kitabların nəşri ilə bağlı irəli sürülən təkliflər Şərqşünaslıq Universiteti rəhbəriyyəti tərəfindən müsbət qarşılanıb.

10.02.2024

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası