Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2025

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
1 2 3 4 5 6 7 8
html5 slider by WOWSlider.com v8.8

Azərbaycan dili və mədəniyyəti: Özbəkistanlı tələbələrin yeni təcrübəsi.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu arasındakı razılığa əsasən, bu İnstitutunun tələbələri Mərkəzdə akademik təcrübə keçəcəklər.

Bu təşəbbüs iki qardaş xalq arasında dostluq və mədəni əlaqələrin daha da gücləndirilməsinə xidmət edir. Layihə çərçivəsində tələbələr Azərbaycan dili kurslarında iştirak edəcək, eyni zamanda müxtəlif mədəni tədbirlərin təşkilinə qoşularaq yerli mühitdə bilik və bacarıqlarını təkmilləşdirəcəklər. Təcrübə proqramı ərzində onlar Azərbaycan tarixi, ədəbiyyatı və incəsənəti ilə yaxından tanış olacaq, milli mədəni irsimizi daha dərindən öyrənəcəklər.

Bu layihə tələbələr üçün həm akademik, həm də praktiki biliklər əldə etmək baxımından böyük fürsətdir. Azərbaycan dilinin Özbəkistanda öyrənilməsi iki ölkə arasında elmi və mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verəcək. Bundan əlavə, proqramın iştirakçıları gələcəkdə Azərbaycan-Özbəkistan münasibətlərində mühüm rol oynaya biləcək mütəxəssislər kimi yetişəcəklər.

Qeyd edək ki, bu təşəbbüs Azərbaycan və Özbəkistan arasında son illərdə sürətlə inkişaf edən dostluq münasibətlərinin göstəricisidir. Gələcəkdə bu cür proqramların davamlı olması və daha genişmiqyaslı təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır.

13.02.2024

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası