Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2025

  • bg1
  • bg2
1 2
html5 slider by WOWSlider.com v8.8

Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə əlaqədar Özbəkistan Dövlət Akademik Böyük Teatrının səhnəsində konsert keçiriləcək.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrının direktoru Ramiz Usmanov arasında görüş olub.

Görüşün əsas məqsədi görkəmli Azərbaycan bəstəkarı, Azərbaycan milli operasının banisi, Azərbaycan dilində ilk operanın müəllifi Üzeyir Hacıbəylinin 140 illik yubileyinin qeyd edilməsinə həsr olunub.

Bildirilib ki, Özbəkistanda artıq 1920-ci illərin əvvəllərindən Üzeyir Hacıbəylinin “Arşın mal alan”, “Leyli və Məcnun” və s. əsərləri əsasında milli musiqi əsərləri yaradılmağa başlanmış, bununla əlaqədar Özbəkistanda peşəkar teatrın yaranması və inkişafında, Özbəkistan professional musiqi sənətinin formalaşmasımda, kadrların yetişməsində Üzeyir Hacıbəyli yaradıcılığı xüsusi rol oynamışdır.

Görüşdə qeyd olunub ki, Üzeyir Hacıbəylini əminliklə Şərq musiqi sənəti tarixinin əsas simalarından birisidir və onun irsinə təkcə operalar deyil, həm də komediyalar, kamera orkestri üçün əsərlər və bütün dünyada tanınmış bir çox digər şah əsərləri daxildir.

Sonda Azərbaycan Mədəniyyət Mərkəzinin təklifi ilə Azərbaycan və Özbəkistan incəsənət ustalarının iştirakı ilə xalqlarımız arasında mədəni mübadilənin və dostluğun rəmzinə, eləcə də Üzeyir Hacıbəylinin yaradıcılığına ehtiram əlaməti olacaq birgə konsertin keçirilməsi qərara alınıb.

17.02.2024

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası