Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2025

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
1 2 3 4 5
html5 slider by WOWSlider.com v8.8

Özbəkistan Milli Kitabxanasına Azərbaycana aid çoxsaylı kitablar hədiyyə edilib.


Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanası arasında görüş keçirilib.

Sözügedən kitabxananın direktoru Ümidə Teşaboyeva məlumat olaraq bildirib ki, Özbəkistanda 12000 kitabxana var və bunlardan 200 isə kütləvi kitabxanadır. Milli Kitabxana mərkəzləşmiş vilayət kitabxanaları ilə sıx əməkdaşlıq edir və bunların da sayı 14-dür. Milli Kitabxananın Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlığını, iki ölkə xalqları arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə mühüm töhfə verdiyini də qeyd edən direktor, Mədəniyyət Mərkəzi layihəsi ilə Milli Kitabxanada fəaliyyət göstərən Azərbaycan guşəsi Özbək oxucularına qardaş ölkə, onun mədəniyyəti, incəsənəti, tarixi ilə daha da yaxından tanış olmaq imkanı yaradır.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli Azərbaycan xalqının qədim zamanlardan yüksək kitabxana işi və kitab oxuma mədəniyyətinə malik olduğunu, qələmə xüsusi ehtiramla yanaşdığını, onu qiymətli sərvət kimi qoruduğunu qeyd edib. O, bu gün də Azərbaycanda əlyazma nümunələrinin toplanması, saxlanması, öyrənilməsi və təbliğinə böyük önəm verildiyini, hər il beynəlxalq kitab sərgilərinin keçirildiyini, burada mütaliə mədəniyyətinin təbliğ olunduğunu, yazıçı və oxucuların görüşləri üçün platformanın yaradıldığını bildirib.

Görüşdə daha sıx əməkdaşlıq, tədbirlərin, təqdimat və layihələrin həyata keçirilməsi, sözügedən kitabxana ilə Azərbaycan kitabxanaları arasında əlaqələrin yaradılması, kitabxana fondunun zənginləşdirilməsi və digər fəaliyyətlərin gələcəkdə həyata keçirilməsi müzakirə edilib.

Sonda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Milli Kitabxanaya Azərbaycan mədəniyyəti, dili, tarixi, ədəbiyyatı və s. mövzulara aid 500-dən çox kitab hədiyyə edilib.

20.02.2024

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası