Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2025

  • bg1
  • bg2
1 2
html5 slider by WOWSlider.com v8.8

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olub.


“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinovla Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yeni təyin olunmuş direktoru Akif Marifli arasında görüş keçirilib.

Azərbaycan Mədəniyyət Mərkəzində baş tutan görüşdə Erkin Nuriddinov fəaliyyətə başlaması münasibətilə Mərkəzin yeni direktoru Akif Mariflini təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan-Özbəkistan arasında mədəniyyət, elm və təhsil sahəsində əlaqələrin daha da genişləndirilməsi, birgə əməkdaşlığa dair məsələlərdən söhbət açılıb. Həmçinin Azərbaycan dilinin və ədəbiyyatının Özbəkistan universitetlərində geniş təbliği istiqamətində səylərin daha artırılmasının vacibliyi, universitetlərimiz arasında əlaqələrin genişlədirilməsi və ikitərəfli əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib. “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti və Azərbaycan Mədəniyyət Mərkəzi arasında cari il üçün birgə əməkdaşlığa dair razılıq əldə olunub.

Sonda Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli qonağa ziyarəti və Mədəniyyət Mərkəzi ilə uzunmüddətli əməkdaşlığı üçün təşəkkürünü bildirib.

14.01.2024

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası