Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifə Bizə yazın Sayt haqda məlumat
Az   |   Рус

XƏBƏRLƏR 2014

Daşkənddə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il bayramı münasibəti ilə geniş tədbir keçirilmişdir.



Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistandakı Azərbaycan diaspora təşkilatının birgə təşkilatçılığı ilə Daşkənddə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə mərasim keçirib.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən mərasimdə səfirliyin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak esiblər.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin Həmrəyliyi Günü münasibəti ilə Dünya azərbaycanlılarına təbriki oxunub.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Həmrəyilk Günü və qarşıdan gələn Yeni il bayramı münasibətilə salona toplaşanları təbrik etmiş, bu bayramın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmişdir.
H.Quliyev bildirib ki, ilk dəfə 1991-ci ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında qeyd olunan bu bayram sonradan Azərbaycanın bütün ərazisində keçirilməyə başlanmışdır. Səfir Dünya Azərbaycanlılarının Həmrəylik Gününün keçirilməsi ilə bağlı Ümummilli Lider Heydər Əliyevin tarixi qərarının mahiyyəti haqqında söhbət açıb. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət, Azərbaycanın dünyada nüfuzunun artması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında da məlumat verib.
Daşkənddəki Azərbaycan diaspora təşkilatının rəhbəri Mobil Məmmədov həmrəylik gününün élan olunması ilə əlaqədar qərarın tarixi əhəmiyyətindən, dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımızın birliyinin möhkəmləndirilməsi istiqamətində atılan qətiyyətli addımlardan danışıb.
Özbəkistanın Beynəlmiləl Mədəniyyət Mərkəzinin direktoru Nəsrəddin Məhəmmədiyev, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov və başqaları bütün dünyada yaşayan azərbaycanlıların təşkilatlanması işində bu bayramın əhəmiyyəti haqqında söhbət açmışlar.
Sonra Azərbaycan diaspora təşkilatı və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti adından səfir Hüseyn Quliyevə, Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova və direktor müavini Polad Zeynalova, habelə Diaspora təşkilatının aktiv üzvlərinə fəxri fərmanlar təqdim olunmuşdur.
Rəsmi hissədən sonra mərasim iştirakçılarına ziyafət verilmiş, Azərbaycan musiqisindəın ibarət konsert proqramı təqdim olunmuşdur. Tədbirdə bir sıra müğənnilər Azərbaycan mahnılarını ifa etmişlər.

Daşkənd vilayətindəki “Gənc nəslin tərbiyəsində milli dəyərlərin və milli mədəniyyət mərkəzlərinin rolu” adlı konfrans keçirilib.



(29.10.2014) Daşkənd vilayətindəki Mənəviyyat və Mərifət Mərkəzində Özbəkistan Konstitusiyasının 22-ci ildönümü münasibətilə “Gənc nəslin tərbiyəsində milli dəyərlərin və milli mədəniyyət mərkəzlərinin rolu” adlı konfrans keçirilib.

Tədbirdə Daşkənddəki milli mədəniyyət mərkəzləri, o cümlədən Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Respublika Azərbaycan Mədəniyyət Mərkəzi iştirak edib.
Foyedə milli mədəniyyət mərkəzləri öz xalqlarının tarixi, mədəniyyəti, adət-ənənələri ilə bağlı sərgi keçirib. Azərbaycan guşəsində dövlət bayrağımız və gerbimiz, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi iqtisadi uğurlar haqqında kitab və albomlar, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, turizm potensialı ilə bağlı nəşrlər, suvenirlər nümayiş etdirilib.

Konfransı Daşkənd vilayətinin hakimi Axmadjon Usmanov açaraq bildirib ki, Özbəkistanda 130-dan artıq xalq və millət yaşayır. Onların hüquqları ölkənin Konstitusiyası ilə qorunur. O deyib ki, gənc nəslin tolerantlıq ruhunda böyüməsi, milli azlıqlar, o cümlədən gənc nəsil arasında qarşılıqlı hörmət əsas vəzifələrdən biridir.
Daşkənddəki Beynəlmiləl Mədəniyyət Mərkəzinin direktoru Nəsrəddin Məhəmmədiyev deyib ki, şəhərdə 22 mədəniyyət mərkəzi fəaliyyət göstərir. Ölkədə rus, qazax, qırğız, tacik dillərində çoxsaylı məktəblər var. Burada yaşayan milli azlıqlar öz xalqlarının tarixi, mədəniyyəti, adət-ənənələrini inkişaf etdirir, Bazar günü məktəblərinin sayı da kifayət qədərdir.
Vilayətdəki Ticarət Kollecinin tələbəsi, azərbaycanlı Arzu Mirqasımova özbək dilində Azərbaycan-Özbəkistan dostluğu ilə bağlı çıxış edib, bu mövzuda yazdığı şeirini Azərbaycan və özbək dillərində oxuyub.
Tədbir konsert proqramı ilə davam edib. Müxtəlif xalqların mahnı və rəqsləri ifa olunub.
Soydaşımız Rəna Əzizova mahnı və təsniflərimizi ifa edib.

Daşkənddə “Böyük İpək Yolu Azərbaycan və özbək rəssamlarının gözü ilə” adlı rəsm sərgisinin açılışı olmuşdur.



(26.11.2014) Azərbaycanın Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının və Kəmaləddin Behzad adına Rəssamlıq və Dizayn İnstitutunun təşkilatçılığı ilə Daşkənddə “Böyük İpək Yolu Azərbaycan və özbək rəssamlarının gözü ilə” adlı rəsm sərgisi açılmışdır.
Sərgi Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə keçirilmişdir.
Sərginin açılışında səfirliyimizin və Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistan Rəssamlıq Akademiyasının rəhbərləri, habelə Özbəkistan – Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, tanınmış sənət adamları və rəssamlar, institutun professor-müəllim heyəti, tələbələr iştirakı etmişlər.
Əvvəlcə iştirakçılara “Böyük İpək Yolu” haqqında qısametrajlı sənədli film nümayiş etdirilmişdir.
Tədbiri giriş sözü ilə institutun rektoru, professor Xasan Aminov açaraq sərginin keçirilməsində əsas məqsədin iki qardaş ölkə arasında mədəni-humanitar sahədə əməkdaşlığın daha da genişləndirilməsi, xalqlarımızın ortaq dəyərlərinin təbliği və Böyük İpək Yolunun hər iki xalqın həyatındakı artan rolunu bir daha göstərmək olduğunu bildirmişdir.
Özbəkistan Rəssamlıq Akademiyasının prezidenti, xalq rəssamı Akmal Nur çıxışında bu cür sərgilərin hər iki tərəf üçün faydalı olduğunu və Azərbaycan rəssamlarının əsərlərinə qardaş ölkədə böyük maraq doğurduğunu qeyd etdi.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişafından söz açmış, Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın siyasi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini öz çıxışında qeyd etdi. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana, Özbəkistanın dövlət başçısı İslam Kərimovun Azərbaycana son illərdəki səfərləri əlaqələrimizin dərinləşməsinə təkan verdiyini bildirən səfir, mədəniyyət sahəsində son illərdə əlaqələrin dərinləşməsindən məmnun olduğunu söylədi.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov çıxışında sərgidə tanınmış Azərbaycan rəssamları Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov, Ərtegin Salamzadə, Elbəy Rzaquliyev, Hüseyn Haqverdiyev və digər fırça ustalarının əsərlərinin Özbəkistana gətirildiyini və sərgidə nümayiş etdirildiyini bildirdi.
Daha sonra sərginin açılışı oldu.
Açılışda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı bədii proqram təqdim olundu.
Azərbaycan tərəfi ilə yanaşı sərgidə özbək tərəfindən tanınmış rəssamlar Akmal Nuriddinov, Sabir Raxmedov, Cablan Umirbekov, Baxadur Calalov və digər sənətkarların rəsmləri yer almışdır.
Qeyd edək ki, sərgi 3 gün müddətində iştirakçılara açıq olacaqdır və sərgidə Böyük ipək yolu haqqında hər iki ölkə rəssamlarının 80-dən artıq əsəri nümayiş etdirilir.

Daşkənddə keçirilən “Xalqların adət-ənənələri və mədəniyyətləri” festivalında Azərbaycan təmsil olunmuşdur.



Daşkənddəki Britaniya məktəbində (The British School of Tashkent) “Xalqların adət-ənənələri və mətbəxi” adlı festival keçirilib. Festivalda Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan mədəniyyətini təmsil etmişdir.
Azərbaycan Mədəniyyət Mərkəzi üçün ayrılmış otaqda ölkəmizin dövlət bayrağı, gerbi, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi uğurlarını əks etdirən, müxtəlif dillərdə çap olunan kitab və albomlar, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, turizm potensialı ilə əlaqədar nəşrlər habelə özündə ölkəmizin mədəniyyətini əks etdirən suvenirlər nümayiş etdirilib.
Qonaqlara Azərbaycan kulinariyası, habelə şirniyyatları (şəkərbura, paxlava, qoğal) təklif olunub.
Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə davam etmişdir.
Tədbirdə Daşkənddə fəaliyyət göstərən səfirliklər, beynəlxalq təşkilatlar və mədəniyyət mərkəzləri iştirak etmiş, hər bir ölkə öz xalqlarının adət-ənənələrini nümayiş etdirmiş, qonaqlara milli şirniyyatları təklif edilmişdir.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri bir-birindən gözəl milli rəqslərimizi ifa etmişlər.
Vestminster Beynəlxalq Universitetində də “Xalqların mədəniyyət və incəsənət günləri" layihəsi çərçivəsində, Universitetinin 2000-dən artıq tələbəsi və digər yerli universitetlərin nümayəndələri layihəyə qoşulmuşlar. Layihənin məqsədi gənclərin həm Özbəkistan, həm də digər ölkələrin mədəniyyət və incəsənətinə marağının stimullaşdırılması olmuşdur.
Tədbirdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvlərinin çıxışları alqışlarla qarşılanmışdır.

Ə.Nəvai adına Özbəkistan Milli Kitabxanasında “Özbək-Azərbaycan, Azərbaycan-Özbək danışıq kitabı”nın təqdimatı olmuşdur.



(30.10.2014) Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasının “Cahan” zalında Azərbaycanın Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə “Özbək-Azərbaycan, Azərbaycan-Özbək danışıq kitabı”nın təqdimat mərasimi keçirilmişdir.
Qeyd edək ki, təqdimat mərasimi Özbəkistan Milli Kitabxanasında keçirilən III Kitabxana-İnformasiya həftəsi çərçivəsində təşkil olunmuşdur.
Layihənin rəhbəri Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, kitabın tərcüməçiləri özbək alimləri və tərcüməşünasları Nosir Maxmudov, Babaxan Şərif və Rüstəm Cabbarovdur.
Kitabda gündəlik, habelə işgüzar həyatın bütün sahələrini əhatə edən danışıq cümlələri öz əksini tapmışdır. Kitab geniş əhali kütləsi üçün nəzərdə tutulmuşdur.
Mərasimdə yeni nəşr olunmuş “Özbəkistan mətbuatında Azərbaycan mövzusu” kitabı da oxuculara təqdim edilmişdir. Kitabda Azərbaycan haqqında Özbək mətbuatında dərc olunan maraqlı məqalələr öz əksini tapmışdır.
Təqdimat mərasimində çıxış edən kitabın tərcüməçiləri özbək alimləri Nosir Maxmudov, Babaxan Şərif və Rüstəm Cabbarov danışıq kitabının oxucular və maraqlananlar üçün dəyərli vəsait olduğunu, Azərbaycan Səfirliyinin və Mədəniyyət Mərkəzinin birgə həyata keçirdiyi bu layihəni yüksək qiymətləndirmişlər. Onlar iki ölkə arasında mədəni-ədəbi əlaqələrin günü-gündən möhkəmləndiyini, Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatına böyük maraq olduğunu qeyd etmişlər.
Təqdimat mərasimində çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Səfirliyin birinci katibi Samir Abbasov danışıq kitabının hər iki tərəf üçün faydalı olacağını və kitabın əhəmiyyətindən danışmışdır. O bu cür layihənin ilk dəfə olaraq həyata keçirildiyini və gələcəkdə Azərbaycan-Özbək, Özbək – Azrbaycan lüğətinin hazırlanmasının aktual məsələ olduğunu qeyd etmişdir.
Bununla yanaşı təqdimat mərasimində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə göndərilən son zamanlar ölkəmizdə çap edilən kitabların sərgisi da təşkil olunmuşdur. Sərgidə Azərbaycan tarixi, dövlətçiliyi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında kitablar, Azərbaycan mədəniyyəti, turizmi, habelə xarici müəlliflərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında kitablar nümayiş etdirilmişdir. Kitablar Özbəkistan oxucuları tərəfindən maraqla qarşılanmışdır.
Tədbirin sonunda Azərbaycanın Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin 2014-cü il üçün elan etdiyi “Özbəkistan mətbuatında Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi müsabiqəsi”nin şərtləri açıqlanmış və bu mövzuda hazırlanmış slayd-şou nümayiş etdirilmişdir.
Mərasimdə Özbəkistan Milli Kitabxanasının əməkdaşları, oxucular, Azərbaycan Səfirliyinin diplomatları, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri, tanınmış Özbək mütəxəssislər, tərcüməçilər, yazıçılar iştirak etmişlər.

SSRİ Xalq Artisti Fərhad Bədəlbəyli və maestro Yalçın Adıgözəlovun Özbəkistan Dövlət Konservatoriyasında konserti alqışlarla qarşılanıb.



(26.10.2014) Azərbaycan və Özbəkistanın müstəqilliyinin 23-cü ildönümü münasibətilə SSRİ Xalq Artisti, professor Fərhad Bədəlbəyli Özbəkistan Dövlət Konservatoriyasında geniş konsert proqramı ilə çıxış edib.
Ölkəmizin Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə reallaşan konserti Azərbaycanın Xalq Artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Özbəkistan Milli Simfonik Orkestri müşayiət edib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev salona toplaşanları salamlayıb, ölkələrimiz arasında mədəni sahədə əlaqələrin inkişafından danışıb. Azərbaycanın incəsənət xadimlərini tez-tez Daşkəndə dəvət etdiklərini söyləyən diplomat deyib ki, bu istiqamətdə fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik.
Özbəkistanın Xalq Artisti Zaxir Xaknazarov çıxışında qeyd etdi ki, onun ölkəsində Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənəti çox sevilir. O, bu cür tədbirlərin iki ölkə arasında mədəniyyət, incəsənət musiqi sahəsinə öz töhvələrini verəcəyini bildirdi.
Sonra orkestr Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi, Qara Qarayevin “Yeddi gözəl” baletindən süita ifa edib.
Tədbirdə Fərhad Bədəlbəyli Tofiq Quliyevin “Qaytağı”sını səsləndirib.
Konsert proqramının sonunda drijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Özbəkistan Milli Simfonik Orkestri Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranı səsləndirmişlər.
Konsertdə ifa edilən musiqi nömrələri alqışlarla qarşılandı.
Qeyd edək ki, tədbirdə Özbəkistanın dövlət nümayəndələri, mədəniyyət, incəsənət sahəsində tanınmış sənət adamları, Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirləri və diplomatları, KİV nümayəndələri iştirak etmişlər.

Azərbaycanın mədəniyyət və turizim naziri Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olub.



(05.10.2014) Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının Səmərqənd şəhərində keçirilən 99-cu sessiyasında iştirak edən Azərbaycan mədəniyyət və turizim naziri Əbülfəs Qarayev Özbəkistandakı səfirimiz Hüseyin Quliyevlə birlikdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olub.
Əbülfəs Qarayev və Hüseyin Quliyev ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə çiçək dəstələri qoyub.
Sonra onlar mərkəzdəki Heydər Əliyev Muzeyi, Azərbaycanın Dövlətçilik Tarixi Muzeyi və Azərbaycan-Özbəkistan Dostluğ Muzeyində, Azərbaycan dili və kompüter kursları, rəsm, əl işləri və rəqs dərnəkləri ilə tanış olub, kitabxanaya baxıblar.
AMM-nin direktoru Samir Abbasov mərkəzdəki kurslar və dərnəklər haqqında ətraflı məlumat verib, qurumun keçirtdiyi tədbirlərdən söhbət açıb.
Daha sonra Nazir Mərkəzin nəzdnində “Azərbaycan qizları” uşaq rəqs ansamblının çıxışına baxıb, bədii rəhbəri, Azərbaycanın əməkdar artisti Kövkəb Əliyeva ansambl haqqında məlumat verib.
Nazir Əbülfəz Qarayev ansamblın üzvlərinə uğurlar arzulayıb və kollektivi Azərbaycana qastrol səfərinə dəvət edib.
Yekunda cənab nazir Mədəniyyət Mərkəzinin əməkdaşlari ilə söhbət edib, onlara öz tövsiyələrini bildirib, Mərkəzin fəaliyyətini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıb.

Bakının “Neftçi” və Daşkəndin “Paxtakor” klublarının uşaqlardan ibarət futbol komandalarının yoldaşlıq görüşü keçirilib.



(28.09.2014) Azərbaycanın Özbəkistandakı Səfirliyi, “AKKORD” şirkətinin təşəbbüsü və dəstəyi ilə Bakının “Neftçi” və Daşkəndin “Paxtakor” klublarının uşaqlardan ibarət futbol komandalarının yoldaşlıq görüşü keçirilmişdir.
Yoldaşlıq görüşü məqsədi ilə caril il 26-28 sentyabr tarixlərində Bakının “Neftçi” klubunun uşaqlardan ibarət yığması Daşkəndin “Paxtakor” klubunun uşaq futbolçularının qonağı olmuşdur. Tərəflər arasında ilk görüşdə təmsilçilərimiz 4:2 hesabı ilə qalib gəldilər. Görüş Azərbaycanın və Özbəkistanın dövlət müstəqilliklərinin 23-cü ildönümünə həsr olunmuşdur. Qeyd edək ki, ilk yarış cari ilin iyununda Bakıda keçirilmiş və yarışlarda Özbəkistan tərəfi birinci yeri tutmuşdur.
28 sentyabr tarixində keçirilən final yarışında daha yaxşı nəticə göstərən “Paxtakor-1” birinci, “Paxtakor-2” və “Novruz” komandaları isə müvafiq olaraq ikinci və üçüncü, Azərbaycan futbolçuları isə dördüncü yerləri tutublar.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev uşaqları təbrik edib, onlara daha böyük uğurlar arzulayaraq bu cür görüşlərin əhəmiyyətindən danışmış və iki ölkə arasında idman sahəsində əlaqələrin inkişafına təkan verəcəyinə ümid etdiyini bildirmişdir.
Mükafatlandırma mərasimində “Neftçi” komandasının qapıçısı Nicat Qaragözlü “Ən yaxşı qapıçı” adına layiq görülüb. Nurlan Məmmədzadə isə turnirin “Ən yaxşı oyunçusu” hesab edilib. Azərbaycanın veteran futbolçularından Vəli Qasımov və Mustafa Bilalov futbol sahəsindəki xidmətlərinə görə xüsusi mükafata layiq görüldülər. Sonda bütün oyunçulara “Akkord” Şirkətlər Qrupunun xatirə hədiyyələri təqdim olunub.
Azərbaycanlı futbol veteranları və uşaqlar 1979-cu ildə faciəli təyyarə qəzası nəticəsində həlak olan “Paxtakor” futbol klubunun oyunçularının xatirə kompleksi-məzarlığını ziyarət etmiş, əklil və gül dəstələri qoymuşlar.

Daşkənddəki “Tasanno-2014” adlı milli mətbəx festivalı keçirilmişdir.



(29.09.2014) Daşkənddəki “Tashkent palase” otelində ölkə müstəqilliyinin 23-cü ildönümü ilə əlaqədar “Tasanno-2014” adlı milli mətbəx festivalı keçirimişdir.
Festivalda Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edib.
Özbəkistanda fəaliyyət göstərən səfirliklər, beynəlxalq təşkilatlar və milli mədəniyyət mərkəzləri festivalda öz xalqlarının adət-ənənələrini nümayiş etdirib, qonaqlara milli yeməklərini və şirniyyatlarını təklif ediblər.
Azərbaycan səfirliyi üçün ayrılmış guşədə ölkəmizin bayrağı asılıb, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi uğurları ilə bağlı müxtəlif kitab və albomlar, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti ilə əlaqədar nəşrlər, suvenirlər nümayiş etdirilib.
Qonaqlara milli xörəklərimiz - dolma, plov, dovğa, həmçinin kükü, kətə və qutablar, şirniyyatlarımızdan şəkərbura, paxlava, qoğal və şərbətlərimiz təklif olunub.
Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə başa çatıb.
Tədbirdə AMM-nin “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib.
Sonda festivalın münsiflər heyəti iştirakçıları mükafatlandırıb, Azərbaycan səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi diplom və medalla təltif olunub.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Mən səni sevirəm, mənə əzizsən doğma Özbəkistan” adlı dostluq konserti keçirildi.



(09.09.2014) Azərbaycanın Özbəkistandakı səfirliyi, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə Özbəkistan müstəqilliyinin 23-cü ildönümünə həsr edilən “Mən səni sevirəm, mənə əzizsən doğma Özbəkistan” adlı dostluq konserti keçirilib.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin əməkdaşları, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedoqoji Universitetinin rektoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Şavkat Şaripov, universitetin professor-müəllim heyəti, tələbələr, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
Hüseyn Quliyev mərasim iştirakçılarını salamlayıb, ölkələrimiz arasında olan dostluq münasibətlərinin tarixindən danışıb, Səfir deyib ki, Azərbaycan və Özbəkistanın dövlət başçıları İlham Əliyev və İslam Kərimovun arasında olan dostluq münasibətləri əlaqələrimizin yüksək səviyyəyə qalxmasına təkan verib. Səfirin sözlərinə görə Azərbaycanla Özbəkistan arasında siyasi, ticarət-iqtisadi, mədəni və digər sahələrdə əlaqələr durmadan inkişaf edir. Özbəkistanın iqtisadi uğurlarına sevindiyini bildirən səfir deyib ki, xalqlarımızın tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri də çox yaxındır və bu qardaşlığımızın dərin köklərə soykəndirindən xəbər verir.
Şavkat Şaripov Özbəkistanın təhsil sahəsindəki uğurları haqqında məlumat verib, Dostluq Cəmiyyətinin Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasındakı əməkdaşlıqdan və həyata keçirilən layihələrdən danışıb, birgə tədbirlərin keçirildiyini bildirib, gələcək planlar haqqında söhbət açıb.
Özbəkistanın Beynəlmiləl Mədəniyyət Mərkəzləri Assosiasiyasının rəhbəri Nəsrəddin Məhəmmədiyev deyib ki, özbək xalqı böyük Azərbaycan şairləri Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və digər şairləri çox sevir, Bu böyük şairlərin qəzəlləri üstündə oxunan muğamlar Özbəkistanda böyük maraq vardır. O bildirib ki, Azərbaycanda doğulub boya-başa çatmış Maqsud Şeyxzadə sonralar özbək ədəbiyyatının klassikinə çevrilib. Sonra Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri fərmanları səfir Hüseyn Quliyev tərəfindən Dostluq Cəmiyyətinin rəhbəri Şavkat Şaripova, Beynəlmiləl Mədəniyyət Mərkəzləri Assosiasiyasının rəhbəri Nəsrəddin Məhəmmədiyevə və Cəmiyyətin fəalları Erkin Nuriddinova, İsrail Şamsimuxammedov və Gülbahar Aşurovaya təqdim edildi.
Qeyd edək ki, sözügedən şəxslər iki ölkə arasında humanitar sahədə, mədəniyyət və təhsil sferasında əməkdaşlıq əlaqələrinin inkişafında, habelə dostluq əlaqələrinin dərinləşməsində xidmətlərinə görə təltif olunmuşlar.

Sonra tədbirin bədii hissəsi başlanmışdır. Dünyada bir çox musiqi festivallarının qalibləri, məşhur “Özbəyim yoşları” ansamblının və Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri Azərbaycan və özbək mahnılarını ifa etmişlər.

Müstəqilliyinizin 23-cü baharı mübarək !

Əziz Özbəklər, əziz dostlar.



Azad Özbəkistanın bütün vətəndaşlarını müstəqillik bayramı münasibəti ilə təbrik edir, dövlətinizə daim sülh, rifah və çiçəklənmə arzulayırıq.

Müstəqillik illərində əldə etdiyiniz nailiyyətləri yüksək qiymətləndirir və azadlığınızın əbədi olmasını diləyirik. Özbəkistanın inkişafında digər millətlər kimi azərbaycanlıların da rolu olmuşdur. Fəxrlə demək olar ki, Azərbaycanla-Özbəkistan arasında bugünki münasibətlər, xüsusi ilə mədəniyyət sahəsində əlaqələr yüksək səviyyədədir.

İnanırıq ki, Qardaş Özbəkistan bugünki kimi uğurla öz inkişafını davam etdirəcəkdir.

Fürsətdən istifadə edərək Özbəkistanın bütün vətəndaşlarını bu müqəddəs bayram münasibəti ilə təbrik edirik.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Özbəkistan Prezidenti cənab İslam Kərimova təbrik məktubu ünvanlayıb.



Məktubda qeyd olunur: "Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin şəxsinizdə bütün Özbəkistan xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Bu gün Sizin rəhbərliyinizlə dünya birliyində layiqli yer tutan qardaş Özbəkistan ölkənin ictimai-siyasi, sosial-iqtisadi inkişafı yolu ilə inamla irəliləyir.

Bizim xalqlarımızı tarixin sınağından çıxmış ümumi mənəvi və mədəni dəyərlər, dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək münasibətləri bağlayır.

Əminəm ki, Azərbaycan ilə Özbəkistan arasında çoxplanlı qarşılıqlı əlaqələr bundan sonra da xalqlarımızın əsas mənafelərinə cavab verəcək, ölkələrimizin daha da inkişaf etməsinə və firavanlaşmasına hərtərəfli kömək edəcəkdir".

İlham Əliyev İslam Kərimova möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Özbəkistan xalqına sülh və firavanlıq arzulayıb.

Озарбайжон терма жамоаси кардош Ўзбекистонга қарши ўйин учун таркибни эълон қилди.



Озарбайжон миллий терма жамоаси 20 август куни Ўзбекистонга қарши кечадиган ўртоқлик учрашуви учун ўз таркибини эълон қилди. Бу ҳақда ЎФФ расмий сайти хабар беради.
Озарбайжон миллий терма жамоаси бош мураббийи Берти Фогтс Ўзбекистонга қарши баҳс учун 24 нафар футболчини таклиф этган.
Эслатиб ўтамиз, Озарбайжон ҳамда Ўзбекистон миллий терма жамоалари ўртасидаги ўртоқлик учрашуви 20 август куни Бокудаги «Bakcell Arena» стадионида бўлиб ўтади. Ўзаро келишувга кўра учрашув Тошкент вақти билан соат 21:00да бошланади.
Озарбайжон миллий терма жамоасининг Ўзбекистонга қарши ўйин учун таркиби:

Дарвозабонлар:

Камрон Агаев (“Габала" )
Салаҳат Агаев (“Интер" )

Ярим ҳимоячилар:
Рашид Амиргулиев (“Ҳазар" )
Руслан Абишов (“Габала" )
Илтер Ташкин (“Айнтрахт“ Брауншвейг, Германия)
Абдулла Абатсиев (“Интер" )
Жавид Ҳусейнов (“Габала" )
Афран Исмоилов (“Ҳазар" )
Вагиф Жавадов (“Газиантепспор“, Туркия)
Тургул Эрат (“Фортуна“ Дюссельдорф, Германия)

Ҳимоячилар:
Расим Рамалданов (“Ҳазар" )
Моҳир Шукуров (“Каршияка“, Туркия)
Эльнур Аллахвердиев (“Габала" )
Эмин Жафарқулиев (“Араз" )
Уфук Будак (“Газиантепспор“, Туркия)
Илкин Қиртимов (“Симурғ" )
Али Гўкдемир (“Симурғ" )
Эмин Нурий (Кальмар“, Швеция)
Муҳаммад Мирзабоев (“Интер“ Боку)

Ҳужумчилар:
Рауф Эллиев (“Ҳазар" )
Чихан Озкара (“Сивасспор" )
Руфат Дадашов (“Цвайрбрюкен”, Германия)
Дмитрий Назаров (“Карслруе”, Германия)
Кейан Султанпур (“Сумгаит" )

Bakıda Özbəkistanda cari ilin mart ayında çıxış etmiş azərbaycanlı gənc xanəndə Aytən Məhərrəmovanın "Ana yurdum" adlı diskinin təqdimatı olmuşdur.



(15.07.2014) Xətai Sənət Mərkəzində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə hazırlanmış "Ana yurdum" adlı albomun təqdimatı keçirilib. SİA-nın məlumatına görə,mərasim Aytən Məhərrəmovanın rəhbərlik etdiyi "Aypara" muğam üçlüyünün ifasında musiqi nömrəsi ilə başlayıb.
Tədbirdə çıxış edən Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi, AMM-in direktoru Samir Abbasov rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən, mədəniyyətimizin dünyada təbliği istiqamətində dövlətimizin həyata keçirdiyi layihələrdən geniş söhbət açıb: "Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu ildə Özbəkistana rəsmi səfəri çərçivəsində Daşkənddə Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin binasının əsaslı təmir və bərpadan sonra açılış mərasimində iştirak edib. Mərkəzin əsas fəaliyyəti elm, mədəniyyət, təhsil, diaspor, humanitar sahələrdə ikitərəfli əməkdaşlığın yeni-yeni əlaqələrinin yaradılmasıdır. Azərbaycanın birinci xanımı, YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən mədəniyyətimizin inkişafına böyük diqqət və qayğı göstərilir. Bu layihələrin davamı olaraq Orta Asiyanın ən zəngin dövləti, öz mədəniyyəti ilə dünyada şöhrət tapan Özbəkistanda Azərbaycan mədəniyyətinin təbliğinin AMM üçün də prioritetdir".
AMM-in təşəbbüsü ilə gənc xanəndə Aytən Məhərrəmova və "Aypara" muğam qrupu ilə birgə bu il martın 18-də Daşkənddə Azərbaycan-Özbəkistan dostluğuna həsr edilən konsert verib, qədim Səmərqənd şəhərində çıxış ediblər. Azərbaycan musiqisinə Özbəkistanda olan marağı nəzərə alaraq albom hazırlanıb və iyulun 4-də Daşkənddə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətində də albomun təqdimatı keçirilib. Bakıda Xətai Sənət Mərkəzində keçirilən təqdimat da müvafiq tədbirin davamıdır.
Gənc xanəndə Aytən Məhərrəmova albomun hazırlanmasında əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib.
Tədbir çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi layihəsi ilə çap olunan nəşrlər sərgilənib.
Qeyd edək ki, Aytən Məhərrəmova və "Aypara" muğam üçlüyü haqqında məlumatların yer aldığı "Ana yurdum" albomuna xanəndənin 23 muğam, təsnif, xalq və bəstəkar mahnıları daxildir.

Şərqin ən nüfuzlu Səmərqənd Dövlət Universitetində “Azərbaycan Mərkəzi” yaradılacaqdır.



Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birici katibi Samir Abbasov Səmərqənd şəhərinə səfər etmişdir.
Səfər müddətində o, regionun ən qədim universiteti olan Səmərqənd Dövlət Universitetində olmuş və bir sıra görüşlər keçirmişdir.

Universitetin prorektoru, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Nargiza Abduvaxidovna ilə keçirilən görüşdə bu qocaman təhsil ocağında “Azərbaycan mərkəzi”nin yaradılması razılaşdırılmışdır.
S.Abbasov Mərkəzin yaradılması ilə əlaqədar Azərbaycanın Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən lazımi təşkilati köməkliyin göstəriləcəyini bildirmişdir.

Mərkəzdə kitabxana, kinozal, Azərbaycan mədəniyyəti guşəsi (burada milli suvenirlər, geyimlər və xalçalar saxlanılacaqdır), habelə Azərbaycan tarixi guşəsinin (burada Azərbaycan şəhərləri, dövlət xadimləri, şairləri, tanınmış şəxsiyyələri, tarixi faktlara dair şəkillər və ən qədim dövrlərdən müasir dövrədək Azərbaycanın yerləşdiyi regionun və Azərbaycanın xəritələri nümayiş etdiriləcəkdir) yaradılması nəzərdə tutulmuşdur.

Bundan başqa, Səmərqənd Dövlət Universiteti ilə Azərbaycan Universitetləri arasında əməkdaşlıq əlaqələrinin yaradılması və birgə layihələrin həyata keçirilməsi görüş zamanı müzakirə olunmuşdur.

Qeyd edək ki, Səmərqənd Dövlət Universitetində 11 fakültə fəaliyyət göstərir ki, burada 9100-dən artıq tələbə təhsil alır. Universitet bir sıra beynəlxalq layihələrdə, YUNESKO-nun Orta Asiya regionu üzrə proqramlarını icra edir və Avropa Birliyinin “Tempus” proqramını həyata keçirir.

Səmərqənd şəhərinə səfər müddətində S.Abbasov Orta Asiyada tanınmış azərbaycanlı mütəfəkkir, mətbuat xadimi, Özbəkistanda ilk teatrın əsasını qoyan, naşir Seyid Rza Əlizadənin Səmərqənddəki ev muzeyində olmuşdur. Seyid Rza Əlizadənin nəvəsi, araşdırmaçı Fərxad Əlizadə ilə görüşdə Muzeyin gələcək fəaliyyəti və Seyid Rza Əlizadə irsinin araşdırılmasının davam etdirilməsi, aşkar edilmiş yeni eksponatların nümayişi, habelə Muzeyin Səmərqənddəki digər tarixi abidələr kimi turizm marşurutuna daxil edilməsi məsələləri müzakirə edilmişdir.

Mədəniyyət Mərkəzinin direktoru Səmərqənddəki Afrosiab Dövlət Tarixi Muzey-Qoruğunda olmuş, Muzeyin direktoru Samariddin Mustafakulovla görüş keçirmişdir. Görüşdə Orta Asiyanın ən böyük və zəngin Afrosiab muzeyi ilə Azərbaycan muzeyləri arasında əməkdaşlıq əlaqələrinin yaradılması və birgə elmi tədqiqatların aparılması məsələləri müzakirə olunmuşdur.

Görüş zamanı Səmərqənddə təşkil olunacaq “Xalqların tarixi və adət-ənənələri” muzeyində Azərbaycan stendinin yaradılması məsələsi razılaşdırılmışdır.

Muzey-Qoruq Səmərqənd şəhərində 219 hektarlıq qədim insan yaşayış məskənində təşkil olunmuşdur. Qoruqda 8 muzey, 2 ibadətgah, 6 tarixi abidə vardır və Muzeyin fondunda 211000-dən artıq eksponat saxlanılır. Muzeyi ildə 1 milyona yaxın ziyarətçi gəlir ki, onların da əksəriyyəti Avropa ölkələri, Yaponiya və Cənubi Koreyalalardır.

Özbəkistanda “Azərbaycan muğamları sehirli bir dünyadır” adlı tədbir keçirilmişdir.



(04.07.2014) Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin Nizami adına Pedaqoji İnstitutundakı Azərbaycan mədəniyyəti və ədəbiyyatı mərkəzində keçirilmişdir.
Tədbirin təşkilatçıları Azərbaycanın Özbəkistandakı Səfirliyi, Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti olmuşdur.
Tədbiri giriş sözü ilə açan Nizami adına Daşkənd Dövlət Pedaqoji İnstitutunun beynəlxalq əlaqələr departamentinin rəhbəri İsroil Şamsimuxammadov iki xalq arasında mədəniyyət, musiqi sahəsində oxşarlıqdan danışaraq, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanan və Özbəkistanda yayılan Azərbaycan muğamları disklərinin Özbək musiqisevərlər üçün faydalı olacağını bildirdi.
Tədbirdə çıxış edən Azərbaycan Səfirliyinin birinci katibi, Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Şərgin ən qədim musiqi janrlarından biri olan muğamın dünya musiqişünaslarının, sənətsevərlərin diqqət mərkəzində olduğunu, ölkələrin musiqi salnaməsində muğamın dərin izlər buraxdığını qeyd etmişdir. O, Azərbaycanda muğam sənətinə dövlət qayğısından, Azərbaycanda muğam sənətinin yaşadılması, dünyada təbliği, gənc istedadların üzə çıxarılması işində Heydər Əliyev Fondunun fəaliyyəti və həyata keçirdiyi layihələrdə danışmışdır.
Samir Abbasovun tədbir çərçivəsində cari il mart ayının 18-də Özbəkistanda geniş konsert proqramı ilə çıxış edən azərbaycanlı gənc xanəndə Aytən Məhərrəmovanın Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış “Ana yurdum” adlı diski haqqında danışaraq, Azərbaycan Səfirliyi və Mədəniyyət Mərkəzi Özbəkistanda Azərbaycanın zəngin musiqisini, muğam sənətini təbliğ etmək üçün bir sıra layihələrin həyata keçirildiyini bildirmişdir. Qeyd edək ki, gənc xanəndə Aytən Məhərrəmovanın “Ana yurdum” adlı diskində xanəndənin 20-dən çox mahnısı yer almışdır. Diskdə xanəndə A.Məhərrəmova və onun rəhbəri olduğu “Aypara” Muğam üçlüyü haqqında məlumat verilir.
Azərbaycanda muğam sənətinin yaşadılması, dünyada təbliği, gələcək nəsillərə ötürülməsi, gənc istedadların üzə çıxarılması ilə bağlı Heydər Əliyev Fondu tərəfindən mühüm layihələrin həyata keçirildiyini bildirən natiq məhz Özbəkistanda Azərbaycan muğamlarına olan böyük marağı nəzərə alaraq, bu istiqamətdə təbliğati işlərin aparıldığını qeyd etmişdir.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraedici sədri Erkin Nuriddinov ümumi, ənənələri ilə Azərbaycan muğamı, özbək makomları, uyğur mukamları, türk təqsimləri ilə qohumluq təşkil etdiyini və bütün bunların Şərq musiqisinin ümumi-bədii ənənələrini təşkil etdiyini bildirdi.
Filologiya elmləri namizədi, İnstitutda Azərbaycan mədəniyyəti və ədəbiyyatı mərkəzinin rəhbəri Gülbahar Aşurova hazırlanmış diskin Özbək muğamsevərlər üçün dəyərini xüsusi qiymətləndirdi və Azərbaycan muğam sənətinə Özbəkistanda böyük maraq olduğunu bildirdi.
Tədbirdə Nizami adına Pedaqoji İnstitutun İncəsənət fakültəsinin dosenti, muğamşünas Davron Kadirov Azərbaycan muğamlarını ifa etmiş, Daşkənd Sənət Universitetinin 2-ci kurs tələbəsi Şahistə Pirnəzərova Azərbaycan xalq mahnıları ilə çıxış etmişdir.
Hazırlanmış musiqi diski iştirakçılara paylanmışdır.
Tədbirdə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri, Azərbaycanın Özbəkistandakı Səfirliyi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistan Dövlət Konservatoriyası, ali məktəblərin müəllim və mütəxəssisləri iştirak etmişlər.

Özbək mətbuatında Azərbaycanın Prezidenti İlham Əliyevin Ermənistanın təcavüzü və Azərbaycan torpaqlarının işğalı barədə nitqinə geniş yer verilmişdir.



Məqalənin adı - "Бакуда ЕХҲТ Парламент Ассамблеясининг йиллик 23-сессияси ялпи мажлиси бўлиб ўтди".
(http://sharh.uz/siyosat/item/1626-baku-havfsizlik-togli-qorabog).

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə verilən məqalənin müəllifi Jurnalist Şərafəddin Tulaqanovdur.

Azərbaycanın regionda böyük nüfuz qazanması, BMT-nin Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olaraq dünyada sülhün, təhlükəsizliyin, əminamanlığın və ədalətin bərqərar olmasında rolu haqqında Azərbaycan prezidentinin nitqinə məqalədə geniş yer verilmişdir. Prezident İlham Əliyevin iclasda çıxış edərkən Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi, 20 ildən artıq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması və 1 milyondan çox azərbaycanlının öz torpaqlarından məcburi köçkün olması barədə çıxışını şərh edən jurnalist Ermənistan tərəfindən Azərbaycan torpaqlarında əsl etnik təmizləmə siyasətinin aparıldığını bildirmişdir.

Bu gün 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 96-ci ildönümüdür.

Silahlı qüvvələr gününüzü təbrik edirik.



Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 94 il ötür. Geostrateji mövqeyinə görə, böyük dövlətlərin maraqlarının kəsişdiyi ölkə olan Azərbaycanda Demokratik Respublikanın yarandığı gündən, dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində addımlar atıldı. 1918-ci il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur.
Beləliklə, bir ay sonra-26 iyun 1918-ci ildə Gəncədə fəaliyyət göstərən Milli Şura Azərbaycan Milli Ordusunun yaranması haqqında qərar qəbul etdi.
25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə sərf edildi. Avqustun 1-də isə Hərbi Nazirlik təsis olundu. Azərbaycanın ilk müdafiə naziri Xosrov bəy Sultanov olub. Sonra onu hərbi nazir postunda general Səməd bəy Mehmandarov əvəzləyib. General-leytenant Əlağa Şıxlinski isə nazir müavini təyin edilib. Azərbaycanda ilk hərbi parad da bir il sonra-1919-cu ildə Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları, gənc yaşlarından əsgər getmiş hərbi piyada məktəbini bitirmiş Azərbaycan diviziyasının zabiti Əbdürrəhman Fətəlibəyli Düdənginski kimi bacarıqlı hərbçiləri olub.
Güclü hərb ənənəsi olsa da, ikinci dəfə müstəqillik qazandıqdan sonra ölkəmiz bu sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi. Ancaq tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi.

Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, silahlı qüvvələr pərakəndəlikdən xilas oldu, ordudakı siyasiləşməyə son qoyuldu. Heydər Əliyev hakimiyyəti dövründə həm prezident, həm də ali baş komandan olaraq, ordunun qüdrətli olmasına diqqəti yönəltdi.
Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.

Bugün Ali baş komandan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu istənilən problemi həll etməyə və dövlətimizin maraqlarını təmin etməyə hazırdır.

Özbəkistanlı tərcüməçi, ədəbiyyatşünas, Azərbaycan ədəbiyyatından tərcümələr edən Babaxan Şərif Bakıda səfərdə olmuşdur.



Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın dəvəti ilə Özbəkistanlı tərcüməçi, ədəbiyyatşünas, Azərbaycanın yaxın dostu, Azərbaycan ədəbiyyatından bir çox tərcümələr edən Babaxan Şərif cari il 16-21 iyun tarixlərində Bakıda səfərdə olmuşdur.
Qeyd edək ki, Babaxan Şərifov Özbəkistanda ədəbiyyatşünaslığa dair 13 kitabın müəllifidir. O, Azərbaycan, türk və rus dillərindən 25 əsəri özbək dilinə tərcümə etmişdir. Azərbaycanın Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbəkcə çap olunan “XX əsr Azərbaycan şeiriyyatı antologiyası” kitabının müəllifidir.
Azərbaycana səfər müddətində ədəbiyyatşünas alim Babaxan Şərif Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Baş Nazirin müavini, yazıçı Elçin Əfəndiyev, yazıçılar Ramiz Əsgər, Sabir Rüstəmxanlı, Yunus Oğuz, Elmira Axundova, Rəşad Məcid və Qulu Ağsəslə görüşmüş və yaradıcılıq əlaqələri müzakirə olunmuşdur.
Babaxan Şərif Azərbaycan Yazıçılar Birliyinin qurultayında çıxış etmiş, Azərbaycan və Özbək ədəbi əlaqələri barədə məruzə etmişdir.
Qeyd edək ki, Babaxan Şərif Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq edir və Azərbaycan ədəbiyyatına dair bir sıra tərcümələr həyata keçirir.

Özbəkistanın “Kitab dünyası” qəzeti ilə Azərbaycanın “525-ci qəzeti” qardaşlaşmışlar.

Özbəkistanın “Kitab dünyası” qəzeti (http://kitobdunyosi.uz/) ilə Azərbaycanın “525-ci qəzeti” (http://www.525.az) qardaşlaşmış qəzetlər elan olunmuş, Azərbaycanın “Ulduz” jurnalı ilə Özbəkistanın “Yoşlıq” jurnalının qardaşlaşmasına dair razılıq əldə olunmuşdur.
Mətbu orqanlar razılığa gəlmişlər ki, hər qəzet, yaxud jurnal dərc olunarkən bir səhifəsini qarşı tərəfin təqdim etdiyi materialları yerləşdirərək, öz oxucularını qarşı tərəfin ədəbiyyatını, mədəniyyətini və incəsənətini təbliğ edəcəkdir.

Özbəkistandakı Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət Mərkəzi

Səmərqənddə Azərbaycan Mədəniyyət Mərkəzlərinin birgə konserti olmuşdur.



Cari il 14 iyun tarixində saat 19:00-da Özbəkistanın qədim və tarixi şəhəri olan Səmərqəndin mərkəzi “Yoşlık – Gənclik” parkında 15 iyun – azərbaycanlıların Qurtuluş günü və Özbəkistanda elan olunmuş “Sağlam uşaq ili”nə həsr olunmuş Azərbaycan mədəniyyət mərkəzlərinin birgə konsert keçirilmişdir.
Tədbirin təşkilatçıları Daşkənddəki Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi, Beynəlmiləl Respublika Mədəniyyət Mərkəzi və Azərbaycan diaspora təşkilatının Səmərqənd filialı olmuşdur.
Konsert proqramında çoxlu sayda səmərqəndlilər və şəhərin qonaqları iştirak etmişlər. Tədbiri açıq elan edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov 15 iyun – azərbaycanlıların Qurtuluş günü, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsi və Azərbaycanın müstəqilliyinin xilası barədə danışaraq Azərbaycan-Özbəkistan dostluğunun əsasını və bu dostluğun möhkəmləndirilməsində ulu Öndərin xidmətlərindən danışmışdır. Açılışda çıxış edən Özbəkistandakı Azərbaycan diaspora təşkilatının icraçı direktoru Firdovsi Hüseynov və sözügedən təşkilatın Səmərqənd filialının rəhbəri Adilağa Mirzəyev 15 iyun – azərbaycanlıların Qurtuluş günü və “sağlam uşaq ili” münasibəti ilə iştirakçıları təbrik etdilər.
Daha sonra konsert proqramı başlandı. Konsertdə Özbəkistanın “Özbəyim yoşları – gəncləri” musiqi qrupunun solistləri - Omadcan Axmedcanov, Novruzaxan Abbasova və Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı azərbaycan və özbək mahnılarını ifa etdilər.

Səmərqəndə səfər çərçivəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan diaspora təşkilatının Səmərqənd filialının fəaliyyəti ilə tanış olmuş və sözügedən filialın fəaliyyətinin gücləndirilməsi, Azərbaycan mədəniyyətinin təbliği məsələləri müzakirə olunmuş, filiala Azərbaycan-Özbəkistan Dostluğu, Azərbaycan mədəniyyətinə dair nəşrlər (kitablar, jurnallar və disklər), habelə təşkilata gündəlik istifadə üçün kompyuter və printer hədiyyə olunmuşdur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
HotLog © 2013 - 2018 Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası