Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifə Bizə yazın Sayt haqda məlumat
Az   |   Рус

XƏBƏRLƏR 2018

  • bg1
  • bg1
  • bg1
  • bg1
1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın mətbuatı nümayəndələrinin Azərbaycana “Mediatur”una start verilib.

Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və “AZAL” Azərbaycan Hava Yolları şirkətinin dəstəyi ilə Özbəkistanın mətbuatı nümayəndələrinin Azərbaycana “Mediatur”una start verilib.
Özbəkistan mətbuatı nümayəndələri üçün təşkil olunacaq “Mediatur”un əsas məqsədi Azərbaycan həqiqətlərinin, ölkəmizin əldə etdiyi nailiyyətlərin, habelə tariximiz, mədəniyyətimiz, turizm imkanlarımız haqqında qarşı tərəfi məlumatlandırmaq və onu Özbəkistan mediasında geniş təbliğ edilməsidır. Diplomat bu məqsədlə ötən il də Özbəkistanın aparıcı mətbu orqanlarının (sayt və qəzetlərin) təmsilçilərinin Azərbaycana səfərinin təşkil edildiyini qeyd edib. Mediaturun nəticəsi olaraq ölkəmizdə çəkiliş ediləcək materiallar əsasında Özbəkistanın aparıcı Dövlət Televiziyası, “Uzbekistan-24”, “Dunyo boylab”, “Madaniyyat va marifat” telekanallarında ölkəmizə dair silsilə verilişlər nümayiş etdiriləcək, aparıcı “Qalampir.uz” və “nargis.uz” xəbər və əyləncə saytlarında silsilə məqalələr dərc olunacaqdır.
Azərbaycanın mədəniyyət və turizm mərkəzlərində çəkilmiş foto şəkillər əsasında Daşkənddə “Şərqin ilk parlayan ulduzu və Qafqazın mirvarisi - Azərbaycan” adlı möhtəşəm fotosərginin keçirilməsi də planlaşdırılır. Diplomat Özbək mətbuatı ilə yaradılmış sıx əməkdaşlıq əlaqələri nəticəsində hər il ölkəmizə dair yüzlərlə məqalə bu ölkənin sayt və qəzetlərində dərc olunur, televiziyalarda ölkəmiz haqqında verilişlər nümayiş etdirilir.
Bu ilki “Mediatur”da Özbəkistan Dövlət Televiziyasının tanınmış jurnalisti, mədəniyyət, turizm üzrə populyar verilişlərin müəllifi Elmira Tuxvatillina, “Dünyo boylab” telekanalının jurnalisti Gülsara Saqatxanova, operator Şerali Xolbakov, Özbəkdilli media arasında ölkənin ən çox oxunan “Qalampir.uz” xəbər və əyləncə saytının baş redaktoru, tanınmış gənc jurnalist Qamaraddin Şayxov, “nargis.uz” saytının baş redaktoru, tanınmış jurnalist Nargiz Kasımova və gənc populyar fotooperator Şerzodxon İkramutdinovun iştirakı nəzərdə tutulub.
Səfər zamanı media təmsilçiləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edəcək, onlara Azərbaycanın əldə etdiyi nailiyyətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat veriləcəkdir.
Media təmsilçilərini Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov müşaiyət edəcəkdir.
Bakıda və respublikamızın regionlarında - İsmayıllı, Qəbələ, Şəki, Gəncə, Göygöl, Naftalan şəhərlərində görüş və çəkilişləri planlaşdırılan jurnalistlər, sözügedən bölgələrin tarixi, mədəniyyəti, turizm imkanlarına dair verilişlər, reportajlar hazırlayacaqlar.
Qardaş ölkənin media təmsilçiləri keçən il Bakıda olduqları səbəbindən bu il əsasən ölkəmizin regionlarında olmaq istədiklərini, çəkilişlər və reportajlar hazırlamaq niyyətində olduqlarını bildirmiş və sonda azərbaycanlı jurnalistlərlərlə də görüşün keçirilməsinin planlaşdırılmışdır.
Qeyd edək ki, televiziya jurnalistləri Elmira Tuxvatillina və Gülsara Saqatxanova, saytların baş redaktorları Qamaraddin Şayxov, Nargiz Kasımova Özbəkistandakı Səfirlik və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin 2017-ci il üçün elan etdikləri “Özbək KİV-lərində Azərbaycan haqqında ilin ən yaxşı televiziya verilişi və məqalə müsabiqəsi”nin qalibləri olmuş və onlar xüsusi diplom, mükafatlarla təltif edilmişlər.
2018-ci il Özbəkistan dövləti, bu ölkənin Jurnalistlər ittifaqının təşkilatçılığı ilə hər il Daşkənddə təşkil olunan “Altın qələm” nüfuzlu media mükafatı da xarici ölkələr üzrə bölmədə Azərbaycan Mədəniyyət Mərkəzi öz mükafatını Gülsara Saqatxanova və Nargiz Kasımovaya təqdim edib.

31.06.2018

SON XEBERLER

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
HotLog © 2013 - 2018 Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası