Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifə Bizə yazın Sayt haqda məlumat
Az   |   Рус

XƏBƏRLƏR 2018

  • bg1
  • bg2
  • facebook
  • flag-england
  • flag-spanish
  • img1
  • img1
  • img1
1 2 3 4 5 6 6 6
html5 slider by WOWSlider.com v8.8

Daşkənd İriqasiya və Meliorasiya institutunda Azərbaycanın tanınmış müğənnilərinin iştirakı ilə Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr olunmuş möhtəşəm konsert keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənd İriqasiya və Meliorasiya institutunda keçirilən tədbirdə İnstitutun müəllim və tələbə heyəti, Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, elm, mədəniyyət xadimləri, çoxsaylı jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə İnstitutun prorektoru Qadırjon Şavazov açaraq xalqlarımız üçün böyük nemət olan müstəqilliyin əldə edilməsi, ötən illərdə əldə edilən uğurlar, Özbəkistan və Azərbaycan xalqları arasında dostluq əlaqələrindən danışaraq, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə azərbaycanlı sənətçilərin İnstitutda konsert proqramını yüksək qiymətləndirdi. O, ruhu, dili, mədəniyyəti, adət-ənənələri eyni olan xalqlarımızın müstəqilliyinin və dostluğunun əbədi olmasını arzuladı.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalqının dövlətçilik tarixinin olduqca dərin köklərə malik olduğunu, XX əsrin əvvəllərində 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra əsrin sonlarında yenidən Azərbaycanın öz müstəqilliyinə qovuşduğunu qeyd etdi. O, müstəqilliyin əldə edilməsi qədər, onun qorunub saxlanılmasının da çətin və şərəfli vəzifə olduğunu və bu istiqamətdə Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib.
Diplomat bu il Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümünü qeyd etdiyini söyləyərək, habelə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi ilə əlaqədar bütöv bir ilin “Cümhuriyyət ili” elan edildiyini qeyd edib. Azərbaycan – Özbəkistan dostluğundan danışaraq xalqlarımızın yaxınlığı, habelə eyni taleyi bölüşdüyünü vurğuladı.
Daha sonra azərbaycanlı sənət ustalarının iştirakı ilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan konsert proqramı təqdim edilib.
Azərbaycan Respublikasının xalq artisti, vokalist Gülyanaq Məmmədova, əməkdar artistlər, tarzən Sahib Paşazadə, xanəndə Nigar Şabanova və Bakıda keçirilən beynəlxalq muğam müsabiqəsinin qalibi Abgül Mirzəliyevin çıxışları tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılanıb. Azərbaycan müğənniləri bir sıra Özbək xalq mahnılarını da ifa ediblər.
Konsertdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı da çıxış edib.
İnstitutun müəllim heyəti tədbiri yüksək qiymətləndirərək Azərbaycan sənətçilərinin ilk dəfə olaraq ifalarını dinlədikləri və proqramın onlarda böyük təəsürat yaratdığını söyləyiblər.

12.09.2018

SON XEBERLER

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
HotLog © 2013 - 2018 Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası