Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifə Bizə yazın Sayt haqda məlumat
Az   |   Рус

XƏBƏRLƏR 2018

  • bg1
1
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Qurban bayramı qeyd olunub, bu münasibətlə qurbanlar kəsilib.

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən qurban bayramı geniş qeyd olunub.
Bayramla əlaqədar, Mərkəzin həyətində qurbanlar kəsilmiş, Daşkənd şəhərində uşaq evlərinə, sosial təminatı zəif olan yerli azərbaycanlılara qurbanlar və bayram sovqatları paylanılıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək Qurban bayramı haqqında məlumat vermiş, bayramın xalqımızın həmrəyliyinə, mənəvi saflaşmasına xidmət etdiyini söyləyib.
O, Prezident İlham Əliyevin Qurban bayramı münasibəti ilə xalqımızı təbrik etdiyini vurğulayaraq, bu müqəddəs bayram günlərində qurbanlar kəsilərək imkansızlara və ehtiyacı olanlara yardımlar edildiyini, şəhidlərimizin nurlu xatirəsinin anıldığını qeyd edib.
Qeyd edək ki, yerli azərbaycanlılar da Azərbaycan Mədəniyyət Mərkəzinin bu xeyriyyə aksiyasını yüksək qiymətləndirib və Azərbaycan dövlətinə, ölkə başçısına soydaşlara göstərilən bu diqqətə görə öz minnətdarlıqlarını bildirmişlər.
Bayram münasibəti ilə Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddə azərbaycanlı yetim uşaqların təhsil aldığı 30 saylı İnternet evi və fiziki qüsurlu uşaqlar üçün 101 saylı şəhər İnternat məktəblərinə bayram sovqatı göndərmişdir.

22.08.2018

SON XEBERLER

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
HotLog © 2013 - 2018 Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası