Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifə Bizə yazın Sayt haqda məlumat
Az   |   Рус

Xəbərlər 2018

Özbəkistanda “Tasanno-2018” adlı milli mətbəx festivalı keçirilib.


(14.09.2018) Daşkənddəki “Tashkent palase lotte” otelində Özbəkistanın dövlət  müstəqilliyinin əldə olunmasının 27-ci ildönümü ilə əlaqədar “Tasanno-2018” adlı milli mətbəx festivalı keçirilib.
Özbəkistanda fəaliyyət göstərən səfirliklər, mədəniyyət mərkəzləri festivalda öz xalqlarının adət-ənənələrini nümayiş etdirib, qonaqlara milli yeməklərini və şirniyyatlarını təqdim ediblər. Festivalda Azərbaycan, Çin, Rusiya Federasiyası, Macarıstan, İndoneziya, Qazaxıstan, Latviya, Banqladeş, Tacikistan, Türkmənistan və s. ölkələr iştirak ediblər.
Azərbaycanı Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Azərbaycan tərəfi üçün ayrılmış guşədə ölkəmizin bayrağı asılıb, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi uğurları ilə bağlı müxtəlif kitab və albomlar, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, milli mətbəximizlə əlaqədar nəşrlər, suvenirlər nümayiş etdirilib.
Qonaqlara milli xörəklərimiz - dolma, plov, dovğa, həmçinin kükü, kətə və qutablar, şirniyyatlarımızdan şəkərbura, paxlava, qoğal və şərbətlərimiz təklif olunub.
Festivalı giriş sözü ilə Özbəkistanın Nazirlər Kabineti yanında Xarici ölkələrlə dostluq əlaqələri və millətlərarası münasibətlər üzrə Komitənin sədri Rüstambek Qurbanov açaraq tədbirin əhəmiyyətindən danışmış, son illərdə Özbəkistanda hər bir sahədə geniş islahatların aparıldığını, ölkədə mədəniyyət sahəsində də möhtəşəm tədbirlərin keçirildiyini qeyd edib. Rüstambek Qurbanov “Tasanno-2018” adlı milli mətbəx festivalına marağın böyük olduğunu və builki Festivalda milli kulinariyadan əlavə olaraq müxtəlif ölkələri təmsil edən musiqi və rəqs kollekstivlərinin iştirakının da nəzərdə tutulduğunu qeyd edib.
Daha sonra Festivalda iştirak edən musiqiçilərin iştirakı ilə bədii proqram təqdim olunub. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
Tədbirdə Azərbaycanın Xalq Artisti Gülyanaq Məmmədova bir sıra Azərbaycan və Özbək mahnılarını ifa edib. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri də milli rəqslərimizi ifa ediblər.
Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə başa çatıb.

 

 

 

Daşkənd İriqasiya və Meliorasiya institutunda Azərbaycanın tanınmış müğənnilərinin iştirakı ilə Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümünə
həsr olunmuş möhtəşəm konsert keçirilib.

(12.09.2018) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənd İriqasiya və Meliorasiya institutunda keçirilən tədbirdə İnstitutun müəllim və tələbə heyəti, Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, elm, mədəniyyət xadimləri, çoxsaylı jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə İnstitutun prorektoru Qadırjon Şavazov açaraq xalqlarımız üçün böyük nemət olan müstəqilliyin əldə edilməsi, ötən illərdə əldə edilən uğurlar, Özbəkistan və Azərbaycan xalqları arasında dostluq əlaqələrindən danışaraq, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə azərbaycanlı sənətçilərin İnstitutda konsert proqramını yüksək qiymətləndirdi. O, ruhu, dili, mədəniyyəti, adət-ənənələri eyni olan xalqlarımızın müstəqilliyinin və dostluğunun əbədi olmasını arzuladı.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalqının dövlətçilik tarixinin olduqca dərin köklərə malik olduğunu, XX əsrin əvvəllərində 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra əsrin sonlarında yenidən Azərbaycanın öz müstəqilliyinə qovuşduğunu qeyd etdi. O, müstəqilliyin əldə edilməsi qədər, onun qorunub saxlanılmasının da çətin və şərəfli vəzifə olduğunu və bu istiqamətdə Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib.
Diplomat bu il Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümünü qeyd etdiyini söyləyərək, habelə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi ilə əlaqədar bütöv bir ilin “Cümhuriyyət ili” elan edildiyini qeyd edib. Azərbaycan – Özbəkistan dostluğundan danışaraq xalqlarımızın yaxınlığı, habelə eyni taleyi bölüşdüyünü vurğuladı. 
Daha sonra azərbaycanlı sənət ustalarının iştirakı ilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan konsert proqramı təqdim edilib.
Azərbaycan Respublikasının xalq artisti, vokalist Gülyanaq Məmmədova, əməkdar artistlər, tarzən Sahib Paşazadə, xanəndə Nigar Şabanova və Bakıda keçirilən beynəlxalq muğam müsabiqəsinin qalibi Abgül Mirzəliyevin çıxışları tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılanıb. Azərbaycan müğənniləri bir sıra Özbək xalq mahnılarını da ifa ediblər.
Konsertdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı da çıxış edib.
İnstitutun müəllim heyəti tədbiri yüksək qiymətləndirərək Azərbaycan sənətçilərinin ilk dəfə olaraq ifalarını dinlədikləri və proqramın onlarda böyük təəsürat yaratdığını söyləyiblər.


 

 

Daşkənddə Azərbaycanın tanınmış müğənnilərinin Azərbaycan və Özbəkistanın
dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr olunmuş möhtəşəm konserti keçirilib.

(10.09.2018) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin “Turkiston” Respublika Sarayında möhtəşəm konsert proqramı təşkil olunub.
Konsert proqramı Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin əldə edilməsinin 27-ci ildönümünə həsr olunub.
Dostluq Konsertində Azərbaycan Respublikasının xalq artisti, vokalist Gülyanaq Məmmədova, əməkdar artistlər, tarzən Sahib Paşazadə, xanəndə Nigar Şabanova və Bakıda keçirilən beynəlxalq muğam müsabiqəsinin qalibi Abgül Mirzəliyev və Özbək tərəfindən beynəlxalq müsabiqələr laureatı, tanınmış müğənni Manzura Yuldaşova, “Nixol” dövlət mükafatı laureatları Gülasal Abdullayeva, “Özbək yoşları” musiqi qrupunun üzvü, tanınmış müğənni Omad Axmedcanov çıxış ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Özbəkistanın Nazirlər Kabineti yanında Xarici ölkələrlə dostluq əlaqələri və millətlərarası münasibətlər üzrə Komitənin sədri Rüstambek Qurbanov açaraq,  xalqlarımızın əldə etdiyi müstəqillik, onun millətlər üçün verdiyi imkanlar, ötən illərdə dövlətlərimizin əldə etdiyi uğurlardan söhbət açıblar. Səfir Azərbaycanın tanınmış müğənnilərinin iştirakı ilə təşkil olunan dostluq konsertinin dostluğumuzun bir göstəricisi olduğunu qeyd edib və yüksək səviyyədə olan Azərbaycan-Özbəkistan münasibətləri barədə fikirlərini bölüşüb.
Komitə sədri  Rüstambek Qurbanov Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirərək, Azərbaycan dövlətinə öz təşəkkürünü bildirib. O, Azərbaycan-Özbəkistan dostluğunun qədim tarixi haqqında məlumat verib. Xalqlarımızın eyni mədəniyyətə, dilə, adət-ənənələrə mənsubluğunu qeyd edən Komitə sədri, müstəqilliyimizin, dostluğumuzun əbədi olması və bu istiqamətdə daim geniş təbliğat aparılmasının vacib olduğunu vurğulayib.
Qeyd edək ki, dostluq konsertində dövlət nümayəndələri, səfirlər, diplomatlar, ictimaiyyət nümayəndələri, yerli azərbaycanlılar, jurnalistlər iştirak ediblər.
Konsertdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı da çıxış edib.
Azərbaycan müğənniləri öz repertuarlarında milli və özbək musiqilərini ifa ediblər. Çıxışlar tamaşaçıların çoxsaylı alqışları ilə müşaiyət olunub.
Xalq artisti Gülyanaq Məmmədovanın  tamaşaçılarla birgə ifası xüsusi anşlaqla qarşılanıb.
Tədbiri Özbək tərəfi yüksək qiymətləndirib, yerli mətbuatda geniş işıqlandırılıb.

 

 

Azərbaycanlı muğam ifaçıları Özbəkistanda keçirilən Beynəlxalq Muğam
müsabiqəsində birinci yerə layiq görüldülər.

(10.09.2018) Bildiyiniz kimi, cari il 6-10 sentyabr tarixlərində Özbəkistanın Şəxrisəbz şəhərində keçirilən I Beynəlxalq muğam (makom) sənəti Forumunda Azərbaycan yüksək səviyyədə təmsil olunub.

Qeyd edək ki, Forumun rəsmi açılışında və keçirilən tədbirlərdə Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev iştirak edib.

Azərbaycanı bu il Özbəkistanın Şəxrisəbz şəhərində keçirilən beynəlxalq makom müsabiqəsində əməkdar artist Sahib Paşazadənin rəhbərlik etdiyi “Muğam” instrumental musiqi qrupu təmsil edib. Xanəndələr, əməkdar artist Nigar Şabanova, Bakıdakı Beynəlxalq Muğam Müsabiqəsinin laureatı Abgül Mirzəliyev, tarda Kamal Nuriyev, kamançada - əməkdar artist Toğrul Əsədullayev, qanonda - əməkdar artist Çinarə Heydərova, nağarada Emin Cəbrayılov çıxış ediblər.

Azərbaycandan “Heyratı” qrupunun solisti Nigar Şabanova və Özbəkistanın “Sakil” ansamblı müsabiqədə I yerə layiq görülüblər. İkinci yerə İran və Hindistan musiqiçiləri, III yerə isə Yaponiya, Türkmənistan və Tunis musiqiçiləri sahib olublar.

Bundan başqa, müsabiqənin qran-prisi Tacikistan Muğam Akademiyasına təqdim olunub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə dünyanın 30 ölkəsindən müxtəlif musiqi qruplarının, muğamçıların iştirak etdiyi müsabiqədə I yerin əldə edilməsi ölkəmiz üçün böyük uğurdur və bu mədəniyyətimizin, milli musiqimizin, muğam sənətinin nailiyyətidir.

Qeyd edək ki, mükafat fondunun 10 min ABŞ dolları  təşkil etdiyi I yer üçün xüsusi diplom Özbəkistanın Mədəniyyət naziri Baxtiyor Sayfullayev tərəfindən Azərbaycan musiqiçilərinə təqdim edilib və muğamçılarımızın çıxışları, təltifi iştirakçıların böyük alqışları ilə qarşılanıb. 

 

 

Özbəkistanda keçirilən beynəlxalq muğam sənəti forumunda ölkəmiz də təmsil olunur. Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə
nümayəndə heyəti iştirak edir.


(06.09.2018) Sentyabrın 6-da Özbəkistan Respublikasının Şəhrisəbz şəhərində I Beynəlxalq muğam (makom) sənəti forumu işə başlayıb. Müxtəlif ölkələrdən rəsmi şəxslərin, muğam sənəti tədqiqatçıları və ifaçıların qatıldığı tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

Heyətə Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin sektor müdiri Tamerlan Axundov, eləcə də ölkəmizin sənətşünas alimləri, musiqiçiləri daxildir.

UNESCO-nun himayəsi altında keçirilən beynəlxalq forumun təşkilatçısı Özbəkistan Mədəniyyət Nazirliyidir. Özbəkistan Prezidentinin fərmanı ilə özbək milli incəsənətinin və muğamın gələcək inkişafı üzrə tədbirlərə əsasən təşkil edilən forumun ənənəvi olaraq iki ildən bir keçirilməsi nəzərdə tutulub.

Forumun Şəhrisəbz şəhərinin Oksaray meydanında keçirilən açılış mərasimində iştirak edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müxtəlif ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinə yaxınlaşaraq onlarla salamlaşıb.

Dövlət başçısı mərasimdəki nitqində fəxri qonaqları adbaad qeyd edərək Rusiya Prezidentinin müşaviri Vladimir Tolstoy, Qırğız Respublikası Prezidentinin müşaviri Sultanbay Rayev, Qazaxıstanın mədəniyyət və idman naziri Şamsiddin Omurbekzoda, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev və digər ölkələrin mədəniyyət sahəsi üzrə məsul şəxslərini, xarici ölkələrin səfirlərini salamlayıb. O, Özbəkistana dəstək verərək bu tədbirdə iştirak etdiklərinə görə onlara minnətdarlıq ifadə edib. “Biz sizin timsalınızda sülh elçilərini, bizim xalqın əsl dostlarını görürük”, - deyə Şavkat Mirziyoyev vurğulayıb.

Prezident diqqətə çatdırıb ki, forumda 73 ölkədən 300-dək nümayəndə – müğənni və musiqiçilər, mədəniyyət və incəsənət xadimləri, tanınmış musiqişünas alimlər iştirak edirlər. Sənət bayramının əhəmiyyətindən bəhs edən dövlət başçısı deyib: “Bu gün Şəhrisəbzin mavi günbəzləri altında səslənən, dərin fəlsəfəsi və ecazkar musiqisi ilə bütün dünyada milyonlarla insanın qəlbini fəth edən muğam bir çox xalqların mədəniyyətinin ayrılmaz tərkib hissəsidir”.

Qeyd edək ki, hələ sovet dönəmində Özbəkistanın Səmərqənd şəhərində muğam simpoziumları keçirilirdi. Sonralar bu tədbirlər “Şərq təranələri” adlı beynəlxalq festivala çevrildi və burada təkcə muğam deyil, musiqinin müxtəlif janrları təmsil edilməyə başlandı. Səmərqənd festivalına dünyanın 50-60 ölkəsindən musiqiçilər qatılır. İndi isə Özbəkistanın digər bir qədim şəhəri muğama həsr edilən ilk beynəlxalq foruma ev sahibliyi edir.

Forum muğam sənətinin nadir nümunələrinin geniş təbliğinə, onun qorunmasına və inkişafına imkan yaradacaq. Bununla yanaşı, tədbir xalqlar arasında qardaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsinə, beynəlxalq miqyasda yaradıcılıq əməkdaşlığının, mədəni-mənəvi əlaqələrin genişləndirilməsinə yönəldilib.

Sentyabrın 10-dək davam edəcək forum çərçivəsində “Makom musiqi sənəti və onun dünya sivilizasiyasındakı yeri” mövzusunda elmi-praktik konfrans, habelə yerli və xarici ifaçıların solo konsertləri, musiqi alətləri, geyim, təsviri sənət, audio və video disk, kitab, albom və s. ibarət sərgilərin keçirilməsi planlaşdırılır.

Forumda azərbaycanlı alimlərin də məruzələri dinləniləcək. Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova “Azərbaycan muğamı bu gün: ifa və interpretasiya məsələləri”, Milli Konservatoriyanın dosenti Fəxrəddin Baxşəliyev “Şərq muğam sistemində temperasiya məsələləri” mövzusunda çıxış edəcək.

Müsabiqədə ölkəmizi xanəndələr Nigar Şabanova və Abgül Mirzəliyev təmsil edir. Musiqiçilər Əməkdar artist Sahib Paşazadənin rəhbərlik etdiyi “Muğam” instrumental qrupunun müşayiəti ilə çıxış edəcəklər.

 

 

 

Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə

Hörmətli Şavkat Miromonoviç,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu gün qardaş Özbəkistan müstəqillik yolu ilə inamla irəliləyərək, dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı sahəsində mühüm nailiyyətlər qazanır. Özbəkistanın beynəlxalq aləmdə nüfuzu daim artır.

Ölkələrimiz arasındakı əlaqələr ortaq milli, mənəvi və mədəni dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır. Dövlətlərarası münasibətlərimizin belə möhkəm təməllər üzərində inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xüsusi məmnunluq doğurur.

İnanıram ki, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi və daha da dərinləşməsi bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Hörmətli Şavkat Miromonoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Özbəkistan xalqına daim əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 avqust 2018-ci il.

 

Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Qurban bayramı
qeyd olunub, bu münasibətlə qurbanlar kəsilib.

(22.08.2018) Azərbaycan  Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən qurban bayramı geniş qeyd olunub.
Bayramla əlaqədar,  Mərkəzin həyətində qurbanlar kəsilmiş, Daşkənd şəhərində uşaq evlərinə, sosial təminatı zəif olan yerli azərbaycanlılara qurbanlar və bayram sovqatları paylanılıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin  direktoru Samir Abbasov çıxış edərək Qurban bayramı haqqında məlumat vermiş, bayramın xalqımızın həmrəyliyinə, mənəvi saflaşmasına xidmət etdiyini söyləyib.
O, Prezident İlham Əliyevin Qurban bayramı münasibəti ilə xalqımızı təbrik etdiyini vurğulayaraq, bu müqəddəs bayram günlərində qurbanlar kəsilərək imkansızlara və ehtiyacı olanlara yardımlar edildiyini, şəhidlərimizin nurlu xatirəsinin anıldığını qeyd edib.
Qeyd edək ki, yerli azərbaycanlılar da Azərbaycan Mədəniyyət Mərkəzinin bu xeyriyyə aksiyasını yüksək qiymətləndirib və Azərbaycan dövlətinə, ölkə başçısına soydaşlara göstərilən bu diqqətə görə öz minnətdarlıqlarını bildirmişlər.
Bayram münasibəti ilə Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddə azərbaycanlı yetim uşaqların təhsil aldığı 30 saylı İnternet evi və fiziki qüsurlu uşaqlar üçün 101 saylı şəhər İnternat məktəblərinə bayram sovqatı göndərmişdir.

 

 

Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

(20.08.2018) Təbrikdə deyilir:
"Hörmətli həmvətənlər! Sizi dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, xalqımıza və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Qurban mərasimi Uca Yaradana məhəbbət və itaət, yüksək mənəvi-əxlaqi dəyərlərə hörmət, hər bir bəşər övladına mərhəmət və dözümlülük təlqin edən İslam dininin insanlar üçün hidayət yolu seçilməsi ilə əlamətdardır. Bu mübarək bayram bütün dünya müsəlmanlarının mənəvi-ruhi birliyini, əməli-saleh insanların Tanrı sevgisini və haqq-ədalət naminə hər cür fədakarlığa hazır olmalarını təcəssüm etdirir.

Mütərəqqi islami dəyərlərə bağlılığı ilə seçilən Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə Qurban bayramını özünün əziz günlərindən biri kimi qoruyub saxlamışdır. Hazırda minlərlə həmvətənimizin də aralarında olduğu milyonlarla müsəlman müqəddəs Həcc ziyarətində möhtəşəm həmrəylik nümayiş etdirərək, Uca Yaradana şükranlarını bildirir, ölkəmizdə və dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün dualar edirlər.

Bayram günləri müsəlmanlarımız Allah və din yolunda öz müqəddəs borcunu yerinə yetirir, qurbanlar kəsilir, imkansızlara və ehtiyacı olanlara yardımlar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, hər belə bayram cəmiyyətimizdə xeyirxahlığın, birlik və bərabərliyin, Vətənə və milli dövlətçiliyə sədaqətin təntənəsinə çevrilir.

İnanıram ki, bu mübarək bayram müstəqil Azərbaycan Respublikasının tərəqqisi naminə xalqımızın qəhrəmanlıq və fədakarlıq qüdrətini artıracaq, ölkəmizdə vətəndaş sülhünü və milli-mənəvi həmrəyliyi daha da gücləndirəcəkdir.

Əziz bacı və qardaşlarım!

Kəsdiyiniz qurbanların Allah tərəfindən qəbul olunması arzusu ilə bir daha hər birinizə möhkəm cansağlığı, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!" (trend)

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 avqust 2018-ci il.

 

 

 

“Azərbaycan tarixi, mədəniyyəti hər bir ölkədə” layihəsi çərçivəsində  Özbəkistanın aparıcı universitetlərinin kitabxanalarına ölkəmizə dair zəngin kitab kolleksiyası hədiyyə olunub.

(17.08.2016) Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə Mirzə Uluqbek adına Özbəkistan Milli Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin kitabxanalarına ölkəmizə dair zəngin kitab kolleksiyası hədiyyə edilib.
Kolleksiyada özbək dilində Daşkənddə nəşr olunmuş “Haydar Aliyev”, “İlhom Aliyev o‘zgarishlar jarayonidagi Prezident tasviri”, professor Əli Həsənovun “Geosiyasət”, “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti”, “Xocalı soyqırımı”, Özbək tarixçi Şuxrat Salamovun “Türkistan və Cənubi Qafqaz: Daşnaklar Fərqanədən Qarabağadək”, “Qarabağ: müharibə ideyaları”, özbək yazıçı Abdulvali Saybnazarovun “Xocalıda ölən insaniyyət”, Nizami Gəncəvinin “Xəmsə”, “Sirlər xəzinəsi”, Leyli və Məcnun”, “İqbalnamə”, M.Füzulinin “Qəlb gövhəri”, Daşkənddə Özbək dilində çapdan çıxmış Azərbaycan ədəbiyyatının antologiyaları, bir sıra tanınmış yazıçı və şairlərin əsərləri (Bəxtiyar Vahabzadə, Anar, Yunus Oğuz, Sona Vəliyeva, Pərvin), habelə milli mədəni irsimizə dair “Azərbaycanın mədəni irsi”, “Azərbaycan mədəniyyəti qardaş Özbəkistanda” və s. nəşrlər yer alıb.
Layihənin həyata keçirilməsində əsas məqsəd Özbək dilində Azərbaycana dair məlumat boşluğunun aradan qaldırılması, iki ölkə arasında dostluq əlaqələrin dərinləşdirilməsi, habelə ölkəmizin təbliği, Özbək oxucularına, araşdırmaçılarına Azərbaycan haqqında obyektiv məlumatların çatdırılmasıdır.
Bildirmək istəyirik ki, Daşkənddə özbək dilində çap olunan kitabların elektron versiyası da Azərbaycan və Özbəkistanın aparıcı kitabxanalarına göndərilir və sözügedən kitabxanaların elektron kitabxanasına daxil edilir.
Hazırda bu istiqamətdə işlər davam etdirilir, “Azərbaycanı tanıyaq”, “Azərbaycan tarixi hər bir ölkədə” və başqa layihələr çərçivəsində son beş ildə minlərlə kitab, jurnal, elektron nəşr Özbəkistanın aparıcı kitabxanalarına, elm və təhsil müəssisələrinə hədiyyə edilib.

 

 

Azərbaycanda səfərdə olan özbəkistanlı jurnalistlər «Kaspi» qəzetinin qonağı oldular.

(07.07.2018) Özbəkistanlı jurnalistlərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilati dəstəyi ilə baş tutan səfərdə məqsəd ilk olaraq Özbəkistan mediası vasitəsilə bu ölkənin ictimaiyyətini Azərbaycan və onun regionları haqqında, ölkəmizin ictimai həyatı, mədəniyyəti, turizmi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə daha geniş məlumatlandırmaq, habelə Özbəkistan və Azərbaycan mətbuatı arasında birbaşa əlaqələrin yaradılmasına, ikitərəfli əlaqələrin inkişafına dəstək olmaqdır. Azərbaycanın regionlarına da səfər edəcək jurnalistlər öncə «Kaspi» qəzetinin redaksiyasında qonaq oldular.
Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov xarici ölkələrdə ilk mədəniyyət mərkəzinin məhz Özbəkistanda fəaliyyətə başladığına diqqət çəkdi: "Biz Mədəniyyət Mərkəzində Azərbaycan dili kursları təşkil etmişik ki, orada yaşayan azərbaycanlılar öz dillərini unutmasınlar. Orada təkcə azərbaycanlılar deyil, başqa xalqların nümayəndələri də oxuyurlar. Həmçinin bir sıra dərnəklər yaratmışıq. Özbəkistanda yaşayan 40 minlik azərbaycanlıya dövlət bütün şəraiti yaradıb. Biz də öz növbəmizdə çalışırıq ki, onlar tarixi vətənlərinə münasibətdə körpü rolunu oynasınlar”. S.Abbasov qeyd etdi ki, jurnalistlərin səfəri çərçivəsində Azərbaycanla bağlı Özbəkistan telekanallarında silsilə verilişlər yayımlanacaq və digər media orqanlarında məlumatlar yer alacaq: "Eyni zamanda, səfərlər zamanı çəkilən fotolar əsasında geniş bir sərginin təşkilini planlaşdırırıq. Yaxşı olardı ki, Özbəkistan haqqında da Azərbaycanın mətbu orqanlarında məqalələr çap olunsun. Biz bu vasitələrlə əlaqələrimizi gücləndirə bilərik”. 
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov qonaqların Cənubi Qafqazda ən qədim olan «Kaspi» qəzetinin redaksiyasına səfər etdiklərini xatırlatdı: "Kaspi” qəzeti üç əsri birləşdirir. Bu qəzetlə dövrünün ən görkəmli şəxsiyyətləri əməkdaşlıq edib”. Millət vəkili özbək xalqı ilə Azərbaycan xalqı arasındakı bağlılığa toxunaraq əlaqələrimizin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirdi: "Tariximiz-kökümüz, dilimiz, dinimiz, mədəniyyətimiz, dünyagörüşümüz birdir, musiqimiz çox yaxındır. Ola bilsin ki, müəyyən antropoloji fərqlər var. Sizin Maksud Şeyxzadə əslində azərbaycanlıdır. Ancaq o, özbək ədəbiyyatını zənginləşdirən əsərlər yadigar qoyub. O, hər iki xalqın yazıçısıdır. Əlişir Nəvai sizə nə qədər yaxındırsa, bizə də o qədər doğmadır. Biz sovet dövründə Qafur Qulamın əsərlərini oxumuşuq. Koroğlu da, Molla Nəsrəddin də ümumidir, ona görə biz bir-birimizə yaxınıq. Artıq Özbəkistan türk dövlətlər birliyinə bütün istiqamətlərdə qoşulub. Bu da türkdilli xalqların birləşməsinə gözəl töhfə verəcək”. 

«Kaspi» qəzetinin təsisçisi Sona Vəliyeva qonaqları salamlayaraq "evinizə xoş gəlmisiniz!” dedi. Xalqlarımızın qəlbən və ruhən bir-birinə yaxın olduğunu vurğulayan təsisçi: «İnanırıq ki, sizin bundan sonrakı fəaliyyətiniz Azərbaycan haqqında informasiyaların istiqamətini müəyyənləşdirəcək» - deyə qeyd etdi. S.Vəliyeva rəhbərlik etdiyi qəzetin fəaliyyəti haqqında məlumat verərək «Üç əsrin qəzeti»nin bu gün də ictimai fikrin formalaşmasında, maarifçilik ənənələrinin təbliğində böyük rol oynadığını bildirdi: "1918-ci ilin Mart hadisələri zamanı «Kaspi» qəzetinin redaksiyası ermənilər tərəfindən yandırılıb. Bu, tarixdə ilk dəfə terrora məruz qalan qəzet olub. 90-cı illərin əvvəllərində Azərbaycan müstəqillik qazandı. Özəl mətbuatın inkişafına xüsusi dövlət dəstəyi oldu. Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə "Kaspi” yenidən fəaliyyətə başladı. Biz qəzetin ilk tarixi missiyasını hər zaman qorumağa çalışırıq. Vətəndaş həmrəyliyi və birliyi, bütün türkdilli xalqların birliyi, azad sözün və mətbuatın, həqiqətin təbliği – biz bu ideyalara sadiq qaldıq”. S.Vəiyeva Azərbaycan və özbək xalqlarının ruh bağlılığı olduğunu bildirdi: "Bizi sizlə birləşdirən ruh bağlarıdır. Bizim folklorumuz, laylalarımız, tariximiz birdir. Azərbaycan həm də sizin evinizdir”. 

«Qalampir.uz» xəbər və əyləncə saytının baş redaktoru Qamaraddin Şayxov çıxışına Cümhuriyyət İli münasibəti ilə təbriklə başladı: "Biz Azərbaycan xalqını Özbəkistanda böyük səmimiyyətlə təbrik etdik. Doğrudan da bizim təkcə dilimiz, dinimiz, mədəniyyətimiz deyil, həm də ruhumuz birdir. Eyni zamanda, gələcək üçün məqsədlərimiz də birdir». Özbək jurnalist Füzuli rayon Alxanlı kənd sakini, 2 yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsi ilə bağlı faciəyə toxundu: «Bu hadisədən sonra mən Qarabağ hadisələri mövzusunda daha çox yazmağa başladım. Körpə bir qızın öldürülməsi mənə çox ağır gəldi. Azərbaycanın problemləri də bizimdir. Siz sevinəndə biz də sevinir, kədərlənəndə kədərlənirik”. 
Özbəkistan Dövlət Televiziyasının tanınmış jurnalisti, mədəniyyət, turizm üzrə populyar verilişlərin müəllifi Elmira Tuxvatillina «hər bir jurnalist gücdür və onun böyük auditoriyaya təsir etmək imkanı var” deyə bildirdi: "Bu baxımdan, bizim hazırladığımız proqramlar, məqalələrlə ölkələrimiz haqqındakı münasibətləri daha da doğmalaşdırmaq imkanımız var”. 
«Dünyo boylab» telekanalının jurnalisti Gülsara Saqatxanova tələbələrinə Azərbaycan mədəniyyəti, adət-ənənələri, Xocalı faciəsi ilə bağlı kurs və diplom işləri verdiyini bildirdi: "İstəyirəm ki, böyüyən nəsil Azərbaycan haqqında həqiqətləri bilsin”. 
«Nargis.uz» saytının baş redaktoru Nargiz Kasımova Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən bütün tədbirlərdə yaxından iştirak etdiklərini, övladlarının həmin mərkəzin kompyuter kurslarına, rəqs dərnəklərinə, Azərbaycan dili kurslarına getdiklərini qeyd etdi: "İki dövlət arasındakı əlaqələrin inkişafında mədəni əlaqələrin ayrıca yeri var. Biz də Özbəkistana qayıdandan sonra Azərbaycanın mədəniyyəti haqqında bir proqram hazırlamağı və bir sıra telekanallarda yayımlamağı düşünürük. Hesab edirəm ki, xalqların yaxınlaşmasına bizim də təsirimiz olacaq”. 
Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı da belə səfərlərin iki ölkə arasında əlaqələrin daha da inkişafına səbəb olacağını qeyd etdi. 
Qonaqlara "Kaspi” nəşrlərindən olan kitablar təqdim olundu. 

 

 

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru
“Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilmişdir.

(06.07.2018) Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan və Azərbaycan arasında mədəniyyət əlaqələrinin genişlənməsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilmişdir.

Mədəniyyət naziri Əbülfəs Qarayev “Fəxri mədəniyyət işçisi” döş nişanını Samir Abbasova təqdim edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir qeyd etmişdir ki, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistan-Azərbaycan dostluğunun möhkəmlənməsinə xidmət edən xeyriyyə tədbirləri, layihələr, konfranslar, diskussiyalar, poeziya gecələri təşkil edilir və bütün bu tədbirlərdə tanınmış şəxlər, incəsənət xadimləri iştirak edirlər. Ölkəmizin layiqli təbliğ olunması istiqamətində mərkəzin direktoru Samir Abbasovun müstəsna xidmətləri olmuşdur.

 

 

Özbəkistanın mətbuatı nümayəndələrinin Azərbaycana “Mediatur”una start verilib.

(31.06.2018) Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və “AZAL” Azərbaycan Hava Yolları şirkətinin dəstəyi ilə Özbəkistanın mətbuatı nümayəndələrinin Azərbaycana “Mediatur”una start verilib.   
Özbəkistan mətbuatı nümayəndələri üçün təşkil olunacaq “Mediatur”un əsas məqsədi Azərbaycan həqiqətlərinin, ölkəmizin əldə etdiyi nailiyyətlərin, habelə tariximiz, mədəniyyətimiz, turizm imkanlarımız haqqında qarşı tərəfi məlumatlandırmaq və onu Özbəkistan mediasında geniş təbliğ edilməsidır. Diplomat bu məqsədlə ötən il də Özbəkistanın aparıcı mətbu orqanlarının (sayt və qəzetlərin) təmsilçilərinin Azərbaycana səfərinin təşkil edildiyini qeyd edib. Mediaturun nəticəsi olaraq ölkəmizdə çəkiliş ediləcək materiallar əsasında Özbəkistanın aparıcı Dövlət Televiziyası, “Uzbekistan-24”, “Dunyo boylab”, “Madaniyyat va marifat” telekanallarında ölkəmizə dair silsilə verilişlər nümayiş etdiriləcək, aparıcı “Qalampir.uz” və “nargis.uz” xəbər və əyləncə saytlarında silsilə məqalələr dərc olunacaqdır.
Azərbaycanın mədəniyyət və turizm mərkəzlərində çəkilmiş foto şəkillər əsasında Daşkənddə “Şərqin ilk parlayan ulduzu və Qafqazın mirvarisi - Azərbaycan” adlı möhtəşəm fotosərginin keçirilməsi də planlaşdırılır. Diplomat Özbək mətbuatı ilə yaradılmış sıx əməkdaşlıq əlaqələri nəticəsində hər il ölkəmizə dair yüzlərlə məqalə bu ölkənin sayt və qəzetlərində dərc olunur, televiziyalarda ölkəmiz haqqında verilişlər nümayiş etdirilir.
Bu ilki “Mediatur”da Özbəkistan Dövlət Televiziyasının tanınmış jurnalisti, mədəniyyət, turizm üzrə populyar verilişlərin müəllifi Elmira Tuxvatillina, “Dünyo boylab” telekanalının jurnalisti Gülsara Saqatxanova, operator Şerali Xolbakov, Özbəkdilli media arasında ölkənin ən çox oxunan “Qalampir.uz” xəbər və əyləncə saytının baş redaktoru, tanınmış gənc jurnalist Qamaraddin Şayxov, “nargis.uz” saytının baş redaktoru, tanınmış jurnalist Nargiz Kasımova və gənc populyar fotooperator Şerzodxon İkramutdinovun iştirakı nəzərdə tutulub.
Səfər zamanı media təmsilçiləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edəcək, onlara Azərbaycanın əldə etdiyi nailiyyətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat veriləcəkdir.
Media təmsilçilərini Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov müşaiyət edəcəkdir.
Bakıda və respublikamızın regionlarında - İsmayıllı, Qəbələ, Şəki, Gəncə, Göygöl, Naftalan şəhərlərində görüş və çəkilişləri planlaşdırılan jurnalistlər, sözügedən bölgələrin tarixi, mədəniyyəti, turizm imkanlarına dair verilişlər, reportajlar hazırlayacaqlar.
Qardaş ölkənin media təmsilçiləri keçən il Bakıda olduqları səbəbindən bu il əsasən ölkəmizin regionlarında olmaq istədiklərini, çəkilişlər və reportajlar hazırlamaq niyyətində olduqlarını bildirmiş və sonda azərbaycanlı jurnalistlərlərlə də görüşün keçirilməsinin planlaşdırılmışdır.
Qeyd edək ki, televiziya jurnalistləri Elmira Tuxvatillina və Gülsara Saqatxanova, saytların baş redaktorları Qamaraddin Şayxov, Nargiz Kasımova Özbəkistandakı Səfirlik və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin 2017-ci il üçün elan etdikləri “Özbək KİV-lərində Azərbaycan haqqında ilin ən yaxşı televiziya verilişi və məqalə müsabiqəsi”nin qalibləri olmuş və onlar xüsusi diplom, mükafatlarla təltif edilmişlər.
2018-ci il Özbəkistan dövləti, bu ölkənin Jurnalistlər ittifaqının təşkilatçılığı ilə hər il Daşkənddə  təşkil olunan “Altın qələm” nüfuzlu media mükafatı da xarici ölkələr üzrə bölmədə Azərbaycan Mədəniyyət Mərkəzi öz mükafatını Gülsara Saqatxanova və Nargiz Kasımovaya təqdim edib.

 

Bakı-Daşkənd-Bakı birbaşa aviareysi fəaliyyətə başladı.

(31.06.2018) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi uzun müddətdir ölkələrimiz arasında turizm sahəsində əlaqələrin dərinləşməsi istiqamətində çoxsaylı tədbirlər və layihələr gerçəkləşdirilir.
Ölkələr arasında turizm sahəsində əlaqələrin inkişafına təkan verəcək ən böyük hadisə isə cari il
İyun ayının 30-da “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Daşkənd-Bakı birbaşa hava reysinin açılması mərasimi olub.
Bu münasibətlə Daşkənd Beynəlxalq aeroportunda keçirilən təqdimat mərasimində Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, Daşkənddə yaşayan soydaşlarımız, jurnalistlər iştirak edib.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin struktur bölməsi olan “Buta Airways” aviaşirkətinin direktoru Cəmil Manizadə bu münasibətlə Daşkənddə yaşayan azərbaycanlıları və digər sərnişinləri təbrik edib, bildirib ki, hələlik uçuşlar həftədə bir dəfə - şənbə günləri həyata keçiriləcək. Nəzərdə tutmuşuq ki, bu il avqustun 1-dən reyslərin sayını artıraq. Belə ki, yeni hava xətti rentabelli olarsa, Bakı-Daşkənd-Bakı hava xətti həftənin çərşənbə günləri də yerinə yetiriləcək.
Özbəkistan Dövlət Televiziyasının aparıcısı, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu gün Azərbaycana gedən “Mediatur” iştirakçılarının tərkibində olan Elmira Tuxvatillina da reysin açılması ilə tədbir iştirakçılarını təbrik edib.
“Taşkent zeboları” rəqs ansamblının üzvləri Azərbaycan və özbək rəqslərini ifa ediblər.
Sonra qonaqlar bu münasibətlə hazırlanan süfrəyə dəvət edilib.


 

“Özbək şeir çələngi” adlı Azərbaycan və Özbək dillərində çap olunan kitabın
Daşkənddə təqdimatı keçirilib.

(14.06.2018) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzimizin dəstəyi ilə Daşkənddə “Extremum – press” nəşriyyatında çapdan çıxmış “Özbək şeir çələngi: Узбек шеърияти гулчамбари” adlı kitabın təqdimat mərasimi keçirilib.
Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan Yazıçılar İttifaqının rəhbərliyi və nümayəndələri, bu ölkənin tanınmış şair və yazıçılar, ədəbiyyatsevərlər, təcrüməçilər iştirak ediblər.
Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru Zuxra Berdiyeva iki xalq arasında dostluq əlaqələrindən danışaraq, bugünə qədər Azərbaycan  ədəbiyyatına dair Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilində çoxsaylı nəşrlərin işıq üzü gördüyünü qeyd edib. Natiq bildirib ki, Azərbaycan dilində Özbək ədəbiyyatının tanınmış simalarının əsərlərinin işıq üzü görməsi təqdirəlayiq hadisədir və bu işi həyata keçirən azərbaycanlı tərcüməçi Şahməmməd Dağlaroğlu, özbək tərcüməçi Şaxlo Qasımova Özbək ədəbiyyatının tanınmış söz ustalarının şeirlərini Azərbaycan dilinə çevirməklə gözəl bir abidə yaradıblar.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov kitabın çapının Özbək ədəbiyyatına və Azərbaycanda qardaş xalqın şairlərinə rəğbət bəsləyən ədəbiyyatsevərlərə rəhbərlik etdiyi Mərkəz adından bir töhvə olduğunu qeyd edərək, kitabdakı şeirlərin çevrilməsinin xüsusi zəhmət tələb etdiyini və bu işdə xidmətləri olan tərtibçilərə - hər bir kəsə öz təşəkkürünü bildirdi.
Samir Abbasov vurğuladı ki, kitabda ilk dəfə olaraq Özbək ədəbiyyatının tanınmış simaları – Çolpan, Oybek, Qafur Qulam, Zülfiyyə, Maqsud Şeyxzadə, Həmid Olimcan, Abdulla Aripov, Həlimə Xudayberdiyeva, Rauf Pərvi, Xurşud Davron, Tahir Qəhhar və başqa ədəbiyyat nümayəndələrinin tanınmış əsərləri Azərbaycan və Özbək dillərində oxucuya təqdim edilir.  O, XX-XXI əsrdə Özbəkistan ədəbi mühitinin zəngin olduğunu və bir sıra azərbaycanlı şair, tərcüməçilərin Özbək ədəbiyyatından tərcümələr etdiyini qeyd edərək, kitabda verilən şeirlərin müxtəlif qələm sahiblərinə məxsus olmasına baxmayaraq, onlardan özbək xalqının mənəvi, mədəni zənginliyini, qardaş xalqın poeziyasının Azərbaycan oxucusuna çatdırıldığını qeyd etdi. O, kitabın hər iki dildə tərtibinin gələcəkdə onun hər iki tərəfdə oxunacağına və maraqla qarşılanacağına ümid etdiyini bildirdi.
Azərbaycanlı ədəbiyyatşünaslar, kitabın redaktorları  Əkbər Qoşalı və Fərid Hüseyn tədbirdə çıxış edərək ölkəmizdə türk dünyasının zəngin ədəbi mühiti ilə seçilən Özbək ədəbiyyatına, şairlərinə böyük maraq olduğunu qeyd etdilər. Onlar kitabda tərtibçilərin  təkrarsız yaradıcılıqları ilə Özbəkistanda məşhur olan qələm sahiblərinin əsərləri ilə yanaşı, bir sıra gənc şairlərin də şeirlərinə yer verməsini təqdirəlayiq hal kimi qiymətləndirdilər.
Natiqlər Azərbaycan-Özbək xalqları arasında  daim ədəbi əlaqələrin yüksək səviyyədə olduğunu və ədəbiyyatımızın bu əlaqələrdən faydalandığını qeyd etdilər. Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çap olunan kitabın xalqlarımıza, ədəbiyyatımıza ən böyük hədiyyə olduğunu söylədilər.
Digər çıxışçılar  Özbəkistan Yazıçılar İttifaqının tərcümə bölməsinin müdiri  Atxam Alimbekov, şair-Özbəkistanın tanınmış “Kitab dünyası” jurnalının baş redaktoru Xasiyət Rüstəmova Özbək ədəbiyyatını, özbək  düşüncəsini əks etdirən şeirlərin, əsərlərin Azərbaycancaya çevrilməsini təqdir edərək, azərbaycanlı ədəbiyyatsevərlər, tədqiqatçılar üçün yaxşı imkanlar açıldığını və ədəbiyyat tarixində misilsiz bir işin həyata keçirildiyini söylədilər.
Qeyd edək ki, “Özbək şeir çələngi: Узбек шеърияти гулчамбари” adlı ikidilli kitabın tərtibçiləri Azərbaycanlı şair Şahməmməd Dağlaroğlu, özbək şairə, tərcüməçi Şəhla Qasımovadır. Kitaba azərbaycanlı akademik Nizami Cəfərov və filologiya elmləri doktoru, professor Almaz Ülvi rəy veriblər.
“Узбек шеърияти гулчамбари” adlı kitabın məsləhətçiləri Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva və Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.
Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə kitab Özbəkistan və Azərbaycan kitabxanalarına, elm, təhsil müəssisələrinə əvəzsiz olaraq göndəriləcəkdir.

 

 

 

Daşkənddə Özbək dilində azərbaycanlı şairə-publisist Sona Vəliyevanın
“Dünya gözlərimdə çəhrayı rəngdə” adlı kitabının təqdimatı olub.

(13. 06.2018) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə Özbək dilində “İstiqlal – nuri” nəşriyyatında çapdan çıxmış azərbaycanlı şairə-publisist Sona Vəliyevanın “Dünya gözlərimdə çəhrayı rəngdə” adlı kitabın Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında təqdimat mərasimi keçirilib.
Qeyd edək ki, tədbir çərçivəsində şairə Sona Vəliyevanın kitabları, şeir diskləri, dünyanın müxtəlif ölkələrində çap edilən əsərlərinin sərgisi, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin son 5 ildə Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Özbəkistanda Özbək dilində çap etdiyi 49 adda kitabın sərgisi də təşkil olunub.
Tədbirdə çıxış edən Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru Zuxra Berdiyeva Özbəkistan-Azərbaycan ədəbi əlaqələrindən danışaraq, Nizami Gəncəvi və Əlişer Nəvai dövründən başlanan əlaqələrin bugün də uğurla davam etdiyini qeyd edib. O, müasir dövr Azərbaycan ədəbiyyatını öz ana dillərində oxumaq üçün Özbək oxucularına yaradılan imkana görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edib. Natiq son 5 ildə çoxsaylı Azərbaycan klassiklərinin, müasir dövr şairlərinin əsərləri Daşkənddə Özbək dilində işıq üzü görmüş, XX əsr Azərbaycan poeziyasına dair nəşrlər onlarda böyük maraq yaratdığını vurğulayıb. Zuxra Berdiyeva azərbaycanlı şairə Sona Vəliyevanın Daşkənddə Özbək dilində yenicə çapdan çıxmış “Dünya gözlərimdə çəhrayı rəngdə” adlı kitab haqqında danışaraq nəşrdə Vətən, Azərbaycan, Qarabağ - yurd həsrəti, sevgi, təbiətə məhəbbət mövzularında şeirlərin Özbək oxucuları üçün maraqlı olduğunu söyləyib.
Layihənin rəhbəri və kitabın ön sözünün müəllifi Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan və Özbək xalqları arasında ədəbi əlaqələrdən danışaraq, Mədəniyyət Mərkəzinin layihəsi ilə son illər çox sayda Azərbaycan ədəbiyyatının nümayəndələrinin əsərlərinin Özbək dilinə tərcümə olunduğunu qeyd edib.
Mədəniyyət Mərkəzinin layihəsi ilə şairə Sona Vəliyevanın yaradıcılığı, habelə onun yeni çapdan çıxan şeirlər kitabı haqqında danışan natiq müəllifin öz əsərlərində daim Azərbaycançılıq məfkurəsini təbliğ etdiyini qeyd edib. Samir Abbasov müasir dövr Azərbaycan ədəbiyyatının nümayəndələri sirasında öz dəsti-xətti, qələmi ilə seçilən şairə - publisist Sona Vəliyevanın şeirlərinin Özbək oxucuları üçün maraqlı olacağına və onlara öz ana dillərində Azərbaycan poeziyası ilə yaxından tanış olmaq imkanının verildiyini bildirib.
Məruzəçilər tanınmış ədəbiyyatşünas alim-tərcüməçilər Babaxan Şərif və Tahir Qahhar Sona Vəliyeva yaradıcılığı haqqında danışaraq, kitabdakı əsərlərin zamanla səsləşdiyini və aktuallığını xüsusi vurğuladılar. Onlar qeyd etdilər ki, Azərbaycan ədəbi mühiti həmişə öz zənginliyi ilə seçilmiş və Özbəkistan ədəbiyyatı daim qardaş Azərbaycan ədəbiyyatı ilə əlaqəli, bir birindən faydalanaraq   inkişaf etmişdir. Müstəqillik dövrü Azərbaycan poeziyasının nümayəndələrinin əsərləri Özbək oxucuları üçün də xüsusi maraq kəsb etdiyini bildirən alimlər azərbaycanlı şairənin kitabını yüksək qiymətləndirdilər.

Azərbaycanlı ədəbiyyatşünaslar Əkbər Qoşalı, Fərid Hüseyn tədbirdə çıxış edərək Azərbaycan-Özbək ədəbi əlaqələri, müəllif Sona Vəliyeva yaradıcılığı haqqında fikirlərini bölüşdülər, şairənin əsərlərinin Türkiyə, İran, Rusiya, Qazaxıstan və başqa ölkələrdə çap olunduğunu, ictimaiyyət tərəfindən maraqla qarşılandığını qeyd etdilər.
Özbəkistan Yazıçılar Birliyinin nümayəndəsi - Tərcümə bölməsinin müdiri, alim Atxam Alimbekov, Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurova Azərbaycan Mədəniyyət Mərkəzinin aktiv fəaliyyəti nəticəsində Özbəkistanda Azərbaycan ədəbiyyatına dair boşluğun tamamilə aradan qaldırıldığını və Şərqin zəngin ədəbi mühitinə malik Azərbaycanın əksər klassiklərinin əsərlərinin Özbək dilinə tərcümə edildiyini qeyd etdilər. Azərbaycan ədəbiyyatına dair Özbəkistanda artıq tərcüməçi nəslinin yetişdiyini vurğulayan natiqlər, müasir dövr Azərbaycan ədəbiyyatı, şairə Sona Vəliyevanın əsərinin Özbək oxucuları üçün maraqlı olacağını vurğuladılar.
Sonda çıxış edən kitabı Azərbaycan dilindən Özbək dilinə çevirən – şairə-tərcüməçi Şəxla Qasımova Azərbaycan ədəbiyyatına böyük marağının və sevgisinin olduğunu qeyd etdi.
O, Sona Vəliyevanın kitablarını vərəqləyərkən Azərbaycanın tarixi, onun bugünü, Qarabağda qanlı hadisələr, Xocalı soyqırımı, azərbaycanlı köçkünlərin həyatının insanın gözündə canlandığını və şair ürəyinin çırpıntılarının duyulduğunu söylədi.
Şəhla Qasımova müəllifin ilk kitabının Özbəkistanda maraqlı qarşılanacağına əmin olduğunu və bu layihəyə dəstək üçün Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib.

 

 

Səmrərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı keçirilib, şəhərin kitabxanalarına Azərbaycana dair kitablar hədiyyə olunub.

(11.06.2018) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 15 iyun – milli qurtuluş gününə həsr olunan və Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində Səmrərqənd Dövlət Universitetində tədbir keçirilib, Azərbaycan Xalq Cümhuriyyəti, xalqımızın istiqlal mübarizəsinə dair “Əbədi ezamiyyət” filmi nümayiş etdirilib.
Tədbirdə çıxış edən Səmərqənd Dövlət Universitetinin prorektoru, professor Muxtar Nasirov Özbəkistan üçün dost, qardaş bir ölkə olan Azərbaycanın xüsusi əhəmiyyət kəsb etdiyini, ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər barədə söhbət açıb. O, ilk dəfə olaraq müsəlman Şərqində azad və demokratik Cümhuriyyət quran Azərbaycan xalqının istiqlal bayramını təbrik edib.
Muxtar Nasirov Azərbaycanın mədəniyyətini və incəsənətini özündə əks etdirən Mərkəzin ötən il Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Səmərqənd Dövlət Univeristetində açıldığını və bu Mərkəzin Univeristetin mədəni həyatında mühüm rol oynadığını, dostluq əlaqələrimizin dərinləşməsi, qardaş Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaqda böyük imkanlar açdığını söylədi.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildiyini və bu məqsədlə Azərbaycanda, dünyanın müxtəlif ölkələrində yubiley tədbirlərinin keçirildiyini söylədi.
Diplomat qarşısına müstəqil, azad və demokratik bir Cümhuriyyət qurmaq kimi şərəfli vəzifə qoyan xalqımızın yaratdığı dövlətin 23 ay fəaliyyət göstərməsinə baxmayaraq böyük uğurlar əldə etdiyini söylədi.  Azərbaycan Xalq Cümhuriyyəti süqut etməsinə baxmayaraq, onun ideyalarının xalqımız yaddaşlarda yaşatdığını vurulayan Samir Abbasov 70 illik sovet hakimiyyəti dövründə qəlbimizdə yaşatdığımız bu istiqlaliyyətə ötən əsrin axırlarında xalqımızın yenidən qovuşduğunu qeyd etdi.
O, tədbir çərçivəsində nümayiş olunacaq  “Əbədi ezamiyyət” filmi haqqında məlumat verdi. Heydər Əliyev Fondunun dəstəyi ilə 2016-cı ildə lentə alınmış  sənədli-bədii filmin bu dövrün hadisələrinə geniş işıq saldığını vurğuladı
Daha sonra “Əbədi ezamiyyət” filmi nümayiş etdirildi. Xalq Cümhuriyyəti xadimlərinin istiqlal yolunda çətin və şərəfli fəaliyyətlərinə həsr olunan film tamaşaçılar tərəfindən maraqla qarşılandı.
Tədbir bədii proqramla davam edib, milli rəqslərimiz və Azərbaycan saz ustalarının çıxışlar təqdim edilib.  
Səmərqənd şəhərində “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində  Səmərqəndin aparıcı kitabxanalarına ölkəmizə dair zəngin kitab kolleksiyası da hədiyyə edilib. Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, habelə Azərbaycan Xalq Cümhuriyyətinə dair çoxsaylı kitab və jurnallar  Səmərqənd Vilayətinin  Aleksandr Puşkin adına Mərkəzi Kitabxanasına hədiyyə edilib. Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son 5 ildə Daşkənddə Azərbaycana dair Özbək dilində çap olunan 50 adda kitablar da qeyd olunan kolleksiyaya daxil edilib.
Çıxışçılar qeyd ediblər ki, Azərbaycanla bağlı bütün tədbirlər Özbəkistanda böyük maraqla qarşılanır və onlar Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Səmərqənd Vilayətinin kitabxanalarına hədiyyə olunan kitablar əsasında Azərbaycana dair zəngin kolleksiyanın formalaşdığını qeyd ediblər.

 

 

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Özbəkistanın
Səmərqənd şəhərində “Azərbycan Mədəniyyət  Həftəsi”nin açılışı olub (FOTO).

(09.06.2018) Özbəkistanın Səmərqənd şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 15 iyun – milli qurtuluş gününə həsr olunan “Azərbaycan mədəniyyəti həftəsi”nin rəsmi açılışı olub.
Qeyd edək ki, ölkənin ikinci böyük şəhəri olan Səmərqənddə  hər il Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən milli mədəniyyətimizin təbliği ilə bağlı çoxsaylı tədbirlər təşkil edilir, Azərbaycan mədəniyyət günləri və həftəsi təşkil edilir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Səmərqənd Vilayət Hakimiyyətinin dəstəyi ilə reallaşdırılan tədbirlər çərçivəsində bu şəhərdə milli mədəniyyətimizə dair silsilə tədbirlər keçirilib.
Öncə “Azərbaycan mədəniyyəti həftəsi”nin iştirakçıları Özbəkistanın birinci prezidenti İslam Kərimovun məzarını ziyarət ediblər.
Səmərqənd şəhərinin mərkəzində yerləşən Həmid Alimcan adına Səmərqənd Vilayət Musiqili Dram Teatrının qarşısında – açıq havada təşkil olunan açılış tədbirində şəhər hakimiyyətinin, elm, mədəniyyət, gənclər təşkilatları nümayəndələri, şəhərin tanınmış şəxsləri, yerli azərbycanlılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açılış mərasimində çıxış edən Səmərqənd Vilayət Hakimiyyətinin müavini
Toliib Nabiev Azərbaycan xalqını istiqlalının 100 illiyi münasibəti ilə təbrik edib, xalqlarımız arasında dostluq əlaqələrindən danışaraq, istiqlaliyyətin böyük nemət olduğunu və yüz illərlə xalqlarımızın qəlbində yaşatdıqları arzunu gerçəkləşdirdiyini qeyd edib. O, Azərbaycana dair daim Səmərqənddə çoxsaylı tədbirlər keçirən və dostluğumuzu geniş təbliğ edən  Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanla yanaşı dünyanın çoxsaylı ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik tədbirlərinin geniş qeyd olunduğunu və Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bütövlükdə 2018-ci ilin ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildiyini qeyd edib.

Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi qaldığını söyləyən diplomat, Səmərqənddəki “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində milli musiqimizə dair konsert, moda sərgsi, Azərbaycan filmlərinin nümayişi, foto və kitab sərgisi, Azərbaycan və özbək dilində ölkəmizə dair Bakıda və Daşkənddə nəşr olunmuş kitabların Səmərqəndin aparıcı kitabxanalarına hədiyyə edilməsi mərasimi və s. tədbirlərin keçiriləcəyini bildirib.
Çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdən sitat gətirərərək indiki müstəqil Azərbaycanın 1918-ci ildə yaranmış ilk xalq cümhuriyyətinin varisi olduğunu və bugün Azərbaycanın dünya dövlətləri arasında nüfuzlu, güclü dövlətə çevrildiyini qeyd edibilər. 
Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə dair loqotipi özündə əks etdirən simvolik tort kəsilmiş və “Azərbaycan mədəniyyəti həftəsi”nin rəsmi açılışı olub.
Tədbirdə Özbəkistanın “Asl”, “Özbəyim yoşları” musiqi qruplarının müğənilləri milli musiqimizi səsləndiriblər. Tanınmış özbək musiqiçiləri Azərbaycan musiqilərini ifa edərək bayram tədbirinə öz töhvələrini vermişlər. Azərbaycanlı saz ustalarının çıxışları isə tədbirə xüsusi rəng verib, tamaşaçıların çoxsaylı alqışları ilə qarşılanıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki rəqs qruplarının milli rəqslərimizə dair çıxışlar edib, “Uzundərə”, ”Köçəri” və başqa rəqslərimiz iştirakçılara təqdim olunub.
Tədbir çərçivəsində “Cümhuriyyətinin 100 illik yubileyi mübarək, Azərbaycan!” adlı foto-kitab sərgisi təqdim edilib, habelə açıq meydanda milli mədəniyyətimizi özündə əks etdirən stend qurulmuş, Azərbaycan suvenirləri, xalçalarımız, kəlağayılarımız  nümayiş olunub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin milli geyimlər kolleksiyasına aid və yenicə hazırlanmış Azərbaycanın Qarabağ geyimləri iştirakçılara təqdim edilib. Səmərqənddəki Yoshlar-Gənclər təşkilatının fəalları moda sərgisində ilk dəfə olaraq Azərbaycanın Qarabağ bölgəsinə aid bəy və zadəgan geyimlərini, habelə qızlar Qarabağ xanımlarının mərasim geyimlərini sərgiləyiblər.
Tədbir konsert proqramı ilə davam edib və mərasimə yerli mətbuat geniş maraq göstərib.

 

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi xeyriyyə tədbiri keçirib.

(06.06.2018) 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə xeyriyyə tədbiri keçirilib.
Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Daşkənddəki 21, 22, 23 və 30 nömrəli uşaq evlərinin 250-dək şagird və müəllimi iştirak edib.
Əvvəlcə uşaqlar foyedə təşkil olunan kitab, şəkil və suvenirlərdən ibarət sərgiyə tamaşa ediblər. Ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına dair çap olunan çoxsaylı nəşrlər, habelə Azərbaycanın tarixi, mədəniyyəti, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarla bağlı Heydər Əliyev Fondu tərəfindən hazırlanan nəşrlər, Azərbaycan dövlətçiliyinə dair kitablar iştirakçılarda böyük maraq doğurub.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan əlaqələrindən danışaraq, bu dostluğun möhkəmlənməsində, xalqlarımız arasında əlaqələrin inkişafında gələcək nəsillərimiz olan uşaqların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
O, uşaqların elm və biliklərə yiyələnmələrinin vacibliyini vurğulayıb, Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun ölkəmizdə uşaq evlərinə qayğısı, onların fəaliyyətinin yüksək səviyyədə qurulması istiqamətində görülən işlərdən danışıb.
Sonra uşaqlara Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilinə dubliyaj olunmuş “Tık-tık xanım”, “Meşəyə insan gəlir” adlı cizgi filmləri nümayiş etdirilmişdir.
Tədbirdə Azərbaycan, özbək və dünya xalqlarının mahnı və rəqsləri ifa olunmuş, internat evlərinin istedadlı uşaqlarının hazırladığı rəqslər, habelə Mədəniyyət Mərkəzinin nəzdindəki rəqs ansamblının iştirakı ilə milli rəqslərimiz təqdim olunub.
Sonda uşaqlar bayram süfrəsinə dəvət olunub, onlar milli mətbəximizə dair yemək və şirniyyatlara qonaq ediliblər.

 

 

 

Özbək ədəbiyyatına dair Azərbaycan və Özbək dillərində çapdan çıxan
“Özbək şeir çələngi” adlı kitabın Daşkənddə təqdimatı keçiriləcək.

(02.06.2018) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi mütəmadi olaraq Azərbaycan ədəbiyyatına dair əsərlərin Özbək dilində, Özbək ədəbiyyatına aid əsərlərin isə Azərbaycan dilində nəşrinə dəstək olur və bu istiqamətdə son 5 ildə 49 adda kitab Daşkənddə işıq üzü görmüşdür.
Azərbaycan Mədəniyyət Mərkəzimizin dəstəyi ilə “Özbək şeir çələngi: Узбек шеърияти гулчамбари” adlı kitab Daşkənddə “Extremum – press” nəşriyyatında  yenicə çapdan çıxmışdır.
Nəşr ilk layihələrdəndir ki, Özbək ədəbiyyatının tanınmış simaları – Çolpan, Oybek, Qafur Qulam, Zülfiyyə, Maqsud Şeyxzadə, Həmid Olimcan, Abdulla Aripov, Həlimə Xudayberdiyeva, Rauf Pərvi, Xurşud Davron, Tahir Qəhhar və başqa ədəbiyyat nümayəndələrinin tanınmış əsərləri Azərbaycan və Özbək dillərində bir kitabda oxuculara təqdim edilir.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun verdiyi məlumata görə nəşrin əsas məqsədinin Azərbaycan oxucusuna, ədəbiyyatşünaslarına Özbək ədəbiyyatını yaxından tanış etmək, XX-XXI əsrdə öz yaradıcılıqları ilə fərqlənən və ölməz əsərlər yaradan qardaş Özbək xalqının poeziyasını təbliğ etməkdir.
Samir Abbasov Azərbaycanda türk dünyasının zəngin ədəbi mühiti olan Özbəkistana, onun yaradıcı şəxslərinin həyatına böyük maraq olduğunu qeyd edərək, gələcəkdə rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin bu cür layihələrə dəstəyinin davam etdiriləcəyini bildirib. Natiq vurğulayıb ki, artıq Azərbaycanda Özbək ədəbiyyatı geniş tədqiq edilir, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində yaradılmış “Azərbaycan-Özbəkistan-Türkmənistan ədəbi əlaqələr şöbəsi”ndə bu istiqamətdə tədqiqatlar aparılır.
Qeyd edək ki, “Узбек шеърияти гулчамбари” adlı kitabın Daşkənddə çapdan çıxması qardaş ölkədə ədəbiyyatsevərlər arasında böyük maraqla qarşılanıb.
Sözügedən kitaba marağı və nəşrin əhəmiyyətini nəzərə alaraq, cari il 13 iyun tarixində saat 16:00-da Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində kitabın təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.
Nəşrin tərtibçiləri Azərbaycanlı şair Şahməmməd Dağlaroğlu, özbək şairə, tərcüməçi Şəhla Qasımovadır. Kitaba azərbaycanlı akademik Nizami Cəfərov və filologiya elmləri doktoru, professor Almaz Ülvi rəy veriblər.
“Узбек шеърияти гулчамбари” adlı kitabın məsləhətçiləri Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva və Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.

 

 

 

“Şərqin ilk parlayan ulduzu - Azərbaycan Xalq Cümhuriyyəti”
mövzusunda yazı müsabiqəsinə yekun vurulub.

(28.05.2018) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin keçirdiyi “Şərqin ilk parlayan ulduzu - Azərbaycan Xalq Cümhuriyyəti” yazı müsabiqəsinə yekun vurulub.

Azərbaycan Mədəniyyət Mərkəzi xəbər verir ki, müsabiqədə Azərbaycanın və Özbəkistanın ali məktəblərinin, lisey və kolleclərin tələbələri, şagirdlər iştirak edib.

Müsabiqənin şərtlərinə görə yazılar AMM-də fəaliyyət göstərən komissiyaya Azərbaycan, özbək, rus və ingilis dillərində təqdim edilib.

Yazılarda Azərbaycan Xalq Cümhuriyyətinin uğurları, dövlətçilik və müstəqillik tarixində əvəzsiz rolu, həyata keçirilən böyük islahatlar və digər mövzular əhatə edilib.

Müsabiqədə birinci yerlər Azərbaycandan olan jurnalist Əli Əliyevə, Özbəkistandan isə Daşkənddəki 178 nömrəli orta məktəbin şagirdi Niqora İslamovaya, ikinci yerlər Daşkənddəki Hüquq liseyinin şagirdi Şazirizadbanu Səttarovaya və Koreya Mərkəzinin şagirdi Firuzə Yaqubovaya verilib. Üçüncü yerlərə isə paytaxtdakı 147 nömrəli məktəbin şagirdləri Səid Xəlilov və Nilufər Ənvərova layiq görülüb.

 

 

Özbəkistanda keçirilən “Qızıl əllər” adlı Beynəlxalq Sərgidə Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizi təmsil edib.

(26.05.2018) Daşkənddə keçirilən “Qızıl əllər” adlı Beynəlxalq Sərgidə sənətkarların hazırladığı əl işləri nümayiş etdirilib.
Özbəkistanın Gənclər sarayında keçirilən tədbirə bu ölkənin Mədəniyyət Nazirliyi, Rəssamlıq Akademiyası, Daşkənd şəhər Hakimiyyəti dəstək göstərib.
Sərgidə sənətkarlıq və əl işləri üzrə mütəxəssislər, müəllim və tələbələr, habelə mətbuat nümayəndələri iştirak ediblər.
Tədbiri açıq elan edən Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Əlişer İkramov iştirakçıları salamlayaraq festivalın əhəmiyyəti haqqında danışıb, gənc və yeniyetmələrin milli ənənələri öyrənmək və təbliğ etmək, habelə xarici ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsi istiqamətində tədbirin xüsusi əhəmiyyətini qeyd edib.
Digər çıxışçılar Festivalın istedadların üzə çıxarılması və təcrübə mübadiləsinin həyata keçirilməsi yolunda gözəl platforma olduğunu vurğuladılar.
Festivalda Azərbaycanı təmsil edən Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynalov iki xalq arasında mədəniyyət sahəsində əməkdaşlıqdan danışaraq, bu cür tədbirlərin xalqlarımızın zəngin mədəni irsini, onun incəsənətini nümayiş etdirmək üçün yaxşı imkanlar yaratdığını qeyd edib.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin geyim kolleksiyası nümayiş etdirilib. Öncə Azərbaycanın Qarabağ bölgəsinə aid qadın geyimləri təqdim edilib. “Qarabağ şikəstəsi”nin sədaları altında təqdim olunan milli libaslarımız iştirakçıların marağı və alqışları ilə qarşılanıb. Xalqımızın yüz illər böyu yaşayıb – yaratdığı geyimlərin onun tarixinin, mədəniyyətinin bir görsədicisi olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin geyim kolleksiyası ilə yanaşı, Festivalda digər ənənəvi Özbək geyimləri, habelə yaradıcı modelyerlərin kolleksiyaları nümayiş etdirilib.
Tədbirdə bir sıra maraqlı çıxışlar və əl işlərinin sərgisi təqdim edilib.

 

 

 

Daşkənddə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə əlaqədar rəsmi qəbul keçirilib.

(23.05.2018) Özbəkistandakı Azərbaycan Səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığ ilə Daşkənddə Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) 100 illiyi ilə əlaqədar rəsmi qəbul keçirilib.                                                                                                         
Tədbirdə Özbəkistanın Baş naziri Abdulla Aripov, bu ölkədə akkreditə olunan səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, dövlət qurumlarının, ictimai təşkilatların rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, soydaşlarımız, jurnalistlər iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Özbəkistanın dövlət himnləri səsləndirilib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bildirib ki, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi tamam olur. Bu tarixi gün böyük hadisə kimi xalqımıın yaddaşına həkk olub. Səfir AXC-nin fəaliyyəti və qısa müddət ərzində gördüyü işlər haqqında geniş məlumat verib. Diplomat bildirib ki, Şərqdə yaradılan ilk demaktatik respublika olan AXC sübut etdi ki, xalqımız müstəqil respublika olmağa hzırdır.
Diplomat AXC-nin mövcud olduğu 23 ay ərzində dövlət quruculuğu və demokratik dəyərlərin tətbiqi, ordu quruculuğu sahəsində görülən işlər haqqında məlumat verib. Deyilib ki, qısa zaman kəsiyində Azərbaycanın Dövlət sərhədləri müəyyənləşdirilib, dövlətin gerbi, bayrağı və himni təsdiq olunub, ölkədə yaşayan bütün millətlərə bərabər hüquqlar verilib, Azərbaycan dili Dövlət dili elan olunub.
Diplomat bildirib ki, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa edib, demokratik və hüquqi dövlət quruculuğu sahələrində böyük uğurlar qazanıb.
Azərbaycanın beynəlxalq arenada qazandığı uğurlardan söhbət açan səfir qeyd edib ki, müstəqilliyini bərpa etdikdən sonra qısa müddət ərzində ölkəmiz Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra digər beynəlxalq təşkilatların üzvlüyünə qəbul olunub, həmçinin iki il BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub.
Bildirilib ki, Azərbaycan əsrlərboyu müxtəlif mədəniyyət və dinlərin kəsişdiyi məkanda yerləşib. Bunun nəticəsidir ki, ölkəmizdə tolerantlıq və multikultural dəyərlər həmişə ön planda olub.
Səfir Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verib. O deyib: “Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni və dini abidələri dağıdılıb. Bu, ATƏT-in faktaraşdırıcı missiyasının hesabatında da əksini tapıb. Azərbaycanda isə Bakının mərkəzində erməni kilsəsi bərpa olunub.
BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib, lakin işğalçı Ermənistan bu nüfuzlu beynəlxalq təşkilatın sənədlərinə də məhəl qoymur və bununla da beynəlxalq ictimaiyyətə meydan oxuyur. Burada demək lazımdır ki, bu təşkilatların qətnamələri bəzən bir neçə saat ərzində icra olunur, Azərbaycan torpaqlarının boşaldılmasına gəldikdə isə, 26 ildən artıqdır ki,  bu məsələ kağız üzərində qalıb.
Səfir Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin inkişafından da söhbət açıb, əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində səylərin artırıldığını qeyd edib.
Sonra qonaqlara ziyafət verilib.

 

 

Özbəkistanda keçirilən “Mexricon” uşaq xeyriyyə Festivalında Azərbaycan tərəfi builki
iştirakını Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edib.

(19.05.2018) Hər il Özbəkistanın "Türküstan" Respublika Sarayında Daşkəndəki internet evlərinin uşaqları üçün keçirilən xeyriyyə festivalında bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təşkilatçı kimi iştirak edir və Mərkəz builki iştirakını Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edib.
Tədbirdə Daşkənd şəhərində yerləşən 15-ə yaxın uşaq evlərinin minə yaxın fiziki qüsurlu və yetim uşaqları iştirak ediblər.
Özbəkistan Həmkarlar İttifaqı, Danın da dəstək verdiyi tədbirin bu ilki təşkilatçısı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi olub.
Öncə Daşkənd şəhər hakimiyyətinin nümayəndəsi Səyyara Xocayeva qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin arasında istedadların üzə çıxarılması, onların gələcəyə inamının artırılması, gələcək fəaliyyətlərinin stimullaşdırılmasının vacib olduğunu qeyd edərək, əsl dost dəstəyini göstərən Azərbaycan dövlətinə öz təşəkkürünü bildirdi. Natiq Özbəkistanda dövlət tərəfindən uşaq evlərinin xüsusi qayğı ilə əhatə olunduğunu vurğuladı.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov
Özbəkistan-Azərbaycan dostluğundan danışaraq müstəqil dövlətlərimizin olmasının gələcək nəsillər üçün böyük imkanlar açdığını söylədi. O, Azərbaycanda və dünyada bu il xalqımızın öz istiqlalına qovuşmasının yüz illik yubiley tədbirlərinin geniş qeyd olunduğunu və rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Mərkəzinin də Festivalda iştirakını məhz Cümhuriyyətin 100 illiyinə həsr etdiyini bildirdi. Gələcək nəsillər olan uşaq və yeniyetmələrə uğurlar arzulayan natiq, müstəqilliyimizin və dostluğumuzun möhkəmlənməsində onların üzərinə böyük vəzifələr düşdüyünü qeyd etdi.
Daha sonra tədbirin bədii hissəsinin açılışı olub. “Özbəkistan bizim ümumi evimizdir” adlı Festivalın laureatlarının, habelə Daşkənddəki internat və uşaq evlərinin iştirakı ilə hazırlanan konsert proqramında eşitmə qabiliyyəti zəif, fiziki qüsurlu uşaqlar öz istedadlarını nümayiş etdiriblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qzıları” və “kiçik fidanlar” rəqs qrupları milli Azərbaycan rəqslərini ifa etdilər. Çıxışlar uşaqların alqışları ilə qarşılanıb.
Qeyd edək ki, tədbirin sonunda Daşkənddəki 15 uşaq evi və İnternet məktəblərinə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin hədiyyələri təqdim olunub.
Bədii hissədən sonra uşaq və yeniyetmələrə bayram ziyafəti verilib.

 

 

 

Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
münasibəti ilə konsert keçirilib.

(19.05.2018) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə cari il Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda Azərbaycanın əməkdar artisti, 2017-ci il “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının qran pri mükafatçısı, tanınmış tarzən Sahib Paşazadənin solo konserti keçirilmişdir.
Tədbirdə Özbəkistan Sənət və Mədəniyyət İnstitutun müəllim və tələbələri, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın mədəniyyət sahəsində tanınmış simaları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Giriş sözü ilə çıxış edən İnstitutun rektoru, professor İbrahim Yuldaşev Azərbaycan və Özbək xalqları arasında dostluq əlaqələrindən danışaraq, xalqlarımız arasında tarixi yaxınlıq, qədim dövrlərdən başlayan dostluq əlaqələrimizin bugün də uğurla davam etdiyini xüsusi qeyd edib. O, mədəniyyət sahəsinin gələcək mütəxəssislərinə Azərbaycan mədəniyyətinin tanıdılması və  təbliği layihəsinə görə Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib. Rektor İbrahim Yuldaşev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə xalqımızı təbrik edib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin mürəkkəb bir dövrdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımız üçün çox əhəmiyyətli işlərə imza atdığını söyləyib. O, parlamentin yaradılması, Azərbaycan dilinin dövlət dili elan olunması, dövlət atributlarının təsis edilməsi, Şərqdə ilk dəfə olaraq ölkəmizdə yaşayan bütün millətlərə və qadınlara böyük hüquqların verilməsi Cümhiriyyətimizin əldə etdiyi nailiyyətlər olduğunu vurğuladı. Natiq Ulu öndər Heydər Əliyevdən sitat gətirərək, bugünki müstəqil Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisi olduğunu qeyd etdi.
Daha sonra konsert proqramı iştirakçılara təqdim edildi. Azərbaycanlı tarzən, əməkdar artist Sahib Paşazadə və Özbəkistan Dövlət Konservatoriyasının gənc istedadlı fortepianoçusu Alfiya Usmanovanın birgə konsert proqramında bir sıra maraqlı Azərbaycan və Qərb klassiklərinin əsərləri ifa olundu.
Tarzən Sahib Paşazadənni “Çahargah rapsodiyası”, “Ay Laçın”, Vasif Ad;g[z’lovun “Qərənfil”, Fikrət Əmirovun “Min bir gecə əsərindən”, Fərhad Bədəlbəyli “Şuşa”, Montinin “Çardaş”, Bramsın “Macar rəqsi” və s. əsərlərin ifası iştirakçıların böyük marağına və alqışlarına səbəb oldu.
Sonda hər iki musiqiçi çıxış edərək dostluq konsertinin Azərbaycanın istiqlalının 100 illiyinə həsr etdiklərini və bu məqsədlə çıxışın onlara şərəf verdiyini söylədilər.
Qeyd edək ki, tədbir yerli mətbuatda geniş işıqlandırılmış və azərbaycanlı tarzən Sahib Paşazadə haqqında Özbəkistan mətbuatında məqalələr verilib.

 

 

Özbəkistanın Respublika sarayı – Türküstanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
münasibəti ilə möhtəşəm Dostluq konserti  keçirilib.

(17.05.2018) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Azərbaycanın Özbəkistanın Səfirliyinin dəstəyi ilə Daşkənddəki Respublika sarayı – Türküstanda möhtəşəm dostluq konserti keçirilib.
Dostluq konsertində dövlət və hökumət nümayəndələri, elm, mədəniyyət, xadimləri, xarici ölkələrin Özbəkistandakı səfirləri və diplomatları, ictiamiyyət nümayəndələri, jurnalistlər, yerli azərbaycanlılar iştirak ediblər. 
Öncə iştirakçılar “İstiqlalın 100 illiyi mübarək – Azərbaycan!” adlı foto və kitab sərgisi ilə tanış olublar. Sərgidə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, adət-ənələrini özündə əks etdirən müxtəlif guşələr, kompozisiyalar qurulmuş, Azərbaycan Xalq Cümhuriyyətinə dair fotoşəkillər, nəşrlər nümayiş etdirilib.

Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev çıxış edərək, 1918-ci il may ayının 28-də müsəlman Şərqində ilk demokratik Cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun Azərbaycan xalqının həyatında oynadığı mühüm rol, Azərbaycanda parlamentin, dövlətçilik aparatının yaradılması, Azərbaycan dilinin dövlət dili elan olunması, Azərbaycan qadınına böyük hüquqların verilməsi və s. barədə məlumat verib. Səfir  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci ilin ölkədə Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunduğunu və ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi müstəqil Azərbaycanın 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisi olduğunu qeyd etdi.

Qeyd edək ki, Dostluq konsertində Özbəkistanın dünya şöhrətli orkestrı – Gənclərdən ibarət Simfonik orkestr, dirijor -  Özbəkistanın tanınmış artisti Maqsid Ubayev və Azərbaycanın əməkdar artisti, 2017-ci il “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının qran pri mükafatçısı, tanınmış tarzən Sahib Paşazadə çıxış ediblər.
Proqrama Azərbaycanın və dünya musiqisinin inciləri sayılan Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Vasif Adıgözəlovun, Fərhad Bədəlbəylinin əsərləri ifa olunub. “Koroğlu” üverturası ilə başlanan konsertdə “Alban rapsodiyası”, “Min bir gecə”, “Çaxargah rapsodiyası”, “Qərənfil”, “Şuşa” və başqa əsərlər ifa olunub.
Qeyd edək ki, əsərlər ifa edildikcə səhnədəki böyük ekranlarda yüz il öncə yaradılmış Azərbaycan Xalq Respublikası, habelə ölkəmizin son illər əldə etdiyi nailiyyətlər, milli mədəniyyətimiz, Azərbaycanın turizm imkanları, habelə Qarabağda dağıdılmış abidələrimiz, Azərbaycan musiqisinin beşiyi olan Şuşa şəhərinə dair videomateriallar nümayiş etdirilib.
Tədbirdə Özbəkistanın xalq artisti – Nəsibə Abdullayeva Azərbaycan xalq mahnısı olan “Küçələrə su səpmişəm”, əməkdar artist Erkin Ramazanov isə “Sarı gəlin” mahnılarını ifa ediblər. Konsert proqramına maraq böyük olub və çıxışlar tamaşaçıların çoxsaylı alqışları ilə qarşılanıb. 

 

 

 

Daşkənddə Yunus Oğuzun “Atabəy Eldəniz” kitabının təqdimatı keçirilib.

(12.05.2018) Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindəki  Heydər Əliyev muzeyində yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun özbək dilində çap edilən “Atabəy Eldəniz” romanının təqdimatı keçirilib.
Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap edilən kitabı orjinaldan Azərbaycan ədəbiyyatının dostu, jurnalist və tərcüməçi Rüstəm Cabbarov çevirib.

Tədbirdə Mədəniyyət Mərkəzinin  direktoru Samir Abbasov Yunus Oğuzun yaradıcılığı haqqında ətraflı məlumat verib, deyilib ki, bu əsər müəllifin yeddinci tarixi romanıdır. O deyib ki, müəllif bu romanda Azərbaycan tarixində mühüm yer tutan daha bir görkəmli dövlət xadiminin obrazını yaradır və Azərbaycan Atabəyliyini dövlət səviyyəsinə qaldıran ilk Atabəy Şəmsəddin Eldənizin həyat və fəaliyyətindən bəhs edir.
Sonra Samir Abbasov Yunus Oğöuza Mədəniyyət Mərkəzinin fəxri diplomunu təqdim edib.

Alim və tərcüməçi Babaxan Şərif bildirib ki, bundan əvvəəl Yunus Oğuzun özbək dilində “Əmir Teymur”, “Şah arvadı və cadugər”, “Sultan Alp  Arslan” ronamları işıq üzü görüb və populyarlıq qazanıb. “Atabəy Eldəniz” romanı isə müəllifin özbək dilində çap olunan dördüncü kitabıdır. Əminəm ki, Yunus Oğuzun bundan sonra da yeni-yeni əsərləri özbək dilində çap ediləcək.

Özbək tarixçisi, AMEA-nın Tarix İnstitutunun fəxri doktoru Şuxrat Barlas Yunus Oğuzun Özbəkistanda yaxşı tanındığını diqqətə çatdırıb. O bildirib ki, Yunus Oğuz Özbəkistanda elə ilk kitabı-“Əmir Teymur” romanı ilə məşhurlaşıb. O özbək tarixi ilə bağlı elə bir kitab ortaya qoyub ki, onu sevməmək mümkün deyil.

Professorlar Nemat Pavlonov, Səadət Muxammedova, dossentlər İsrail Şamsimuxammedov, Gülnaz Səttarova və başqaları Yunus Oğuzun yaradıcılığı haqqında söhbət açıblar. Bildirilib ki, kitabda Azərbaycan Atabəyləri dövlətinin yaranması və fəaliyyəti öz əksini tapıb.

 

Daşkəndddə türkologiya ilə bağlı keçirilən beynəlxalq konfransda Azərbaycan alimləri də iştirak edib.

(11.05.2018) Əlşir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti və Qazaxıstandakı Türk Akademiyasının təşkilatçılığı ilə Daşkənddə “Özbək dilinin beynəlxalq türkologiyada rolu və beynəlxalq əməkdaşlıq məsələləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Universitetdə baş tutan tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, habelə Rusiyadan tanınmış alimlər, türkoloqlar iştirak edib. 
Ölkəmizi bu konfransda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuz, AMEA- Əlyazmalar İnstitunun bölmə müdiri Kərimulla Məmmədzadə və Bakı Slavyan Universitetinin müəllimi, fəlsəfə doktoru Yaşar Alxasov təmsil edib.
Universitetinin rektoru, professor Şuxrat Siracəddinov iştirakçıları salamlayıb və uzun illərdən sonra Özbəkistanda türkologiya ilə bağlı keçirilən ilk konfransın bu sahədə böyük əhəmiyyət kəsb edəcəyini bildirib.
Özbəkistanın təhsil naziri İnamjon Majidov, Astanadakı Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırali, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedoqoji Universitetinin professorru, akademik Axmadali Askarov və başqaları təbrik nitqi söyləyib, konfransa uğurlar arzulayıblar.
Samir Abbasov çıxışında konfransın əhəmiyyətindən danışaraq xalqlarımızın eyni dilə, dinə, mədəniyyətə malik olduğunu, Dədə Qorqud, Manas, Alpamış, Koroglu kimi eposlar yaradan, Nizami, Yunus Əmrə, Abay, Əlişir Nəvai, Fuzuli, Muxtimqulu kimi dahi söz ustaları yetişdirən türk xalqlarının zəngin mədəniyyəti və ədəbiyyatından danışıb. Natiq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin türk xalqları ədəbiyyatlarına, türk dünyasının məşhur yazarlarının yaradıcılığına verdiyi qiymət barədə danışıb, 2005-ci il 5 noyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev I Türkoloji Qurultayın 80 illiyinin Azərbaycanda geniş qeyd olunmasına dair Sərəncam imzaladığını və 2006-cı ildə Bakıda böyük Beynəlxalq Konfransın təşkil olunduğunu söyləyib.
O, Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə özbək və Azərbaycan dilində çapdan çıxan “Özbək şeiri çələngi” adlı kitabı universitetin rektoruna təqdim edib.
Yunus Oğuz, Yaşar Alxasov və Kərimulla Məmmədzadə konfransda türkologiyanın aktual məsələləri ilə bağlı məruzə ediblər.
Çıxışlarda bildirilib ki, 1926-cı il fevralın 26-dan martın 6-dək türk dünyası ölkələri arasında ilk dəfə olaraq Bakı şəhərində I Türkoloji Qurultay keçirilib. XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının həyatında bu qurultayın böyük rolu olub. Türkoloji Qurultayda qaldırılan ortaq türk dili, ortaq türk tarixi, ortaq türk ədəbiyyatı, ortaq türk terminologiyası kimi qlobal məsələlər bu gün də aktuallığını saxlayıyır.
Əlşir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti və Astanadakı Beynəlxalq Türk Akademiyası arasında Əməkdaşlığa dair memorandum imzalanmışdır.

 

Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin büstünün açılışı olub.

(10.05.2018) Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzində ulu öndərin adını daşıyan muzeydə Heydər Əliyevin büstünün açılışı olub.
Qeyd edək ki, büst Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbəkistanın xalq rəssamı, tanınmış incəsənət xadimi Marina Borodinova tərəfindən hazırlanmış və Mədəniyyət Mərkəzindəki Heydər Əliyev muzeyində daimi olaraq nümayiş etdiriləcəkdir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov büstün açılışını etdilər.
Samir Abbasov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışaraq ulu öndərin fikirlərindən sitat gətirib: Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq və yaradırıq. Natiq bildirdi ki, Heydər Əliyevin adını daşıyan Muzeydə onun büstünün qoyulması, gələcəkdə muzeyin eksponatlarla zənginləşdirilməsi, ulu öndərin irsinin təbliğinə töhfə olacaqdır.  Samir Abbasov qeyd etdi ki, bugün ulu öndərin əsəri olan Azərbaycanın azad və müstəqil dövlətdir və o, Heydər Əliyevin Azərbaycan-Özbəkistan dostluğunun möhkəmlənməsində rolundan danışaraq, ulu öndərin  xatirəsinin daim xalqımız üçün əziz olacağını söylədi.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin direktoru, professor Erkin Nuriddinov qeyd etdi ki, Heydər Əliyev  həm Sovetlər dövründə, həm də Azərbaycanın müstəqillik əldə etdikdən sonra həmişə Özbəkistanla münasibətlərə xüsusi önəm vermiş, onun Özbəkistana səfərləri, Uluqbek adına Özbəkistan Milli Universitetinin fəxri doktoru mükafatına layiq görülməsi, Özbəkistanın birinci prezidenti İslam Kərimovla dostluq əlaqələrindən söhbət açaraq, ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, siyasəti nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrildiyini bildirdi.
Digər çıxışçılar qeyd etdilər ki, Ə.Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin professoru Gülbahar Aşurova, azərbaycanlı alim Almaz Məcidova və başqaları öz çıxışlarında müstəqilliyin qorunub saxlanmasının onun əldə olunmasından qat-qat çətin olduğunu qeyd etdilər. Natiqlər ölkədə müstəqil dövlət təsisatlarının yaradılması, ictimai həyatın bütün sahələrini əhatə edən sistemli islahatların aparılması, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi kimi çətin və şərəfli işin öhdəsindən uğurla gələn Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi iz qoyduğunu söylədilər.
Qeyd edək ki, tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş kitab və foto sərgi iştirakçılara təqdim edilib. Sərgidə ulu öndərin həyat fəaliyyətinə dair kitablar, habelə fotoşəkillər nümayiş etdirilib.

 

 

“Altın qalam” müsabiqəsində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzi də jurnalistləri mükafatlandırıb.

(03.05.2018) Daşkənddəki “Türküstan” sarayında ХIII Beynəlxalq “Altın qalam” mükafatının təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə Özbəkistan parlamenti Senatının və Ali Məclisinin üzvləri, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Özbəkistan Jurnalistlər İttifaqının sədri Sadulla Xakimov bu münasibətlə jurnalistləri təbrik edib. O deyib ki, bugünkü müsabiqəyə 523 jurnalist 7100 material təqdim edib. Münsiflər heyətinin üzvləri müxtəlif nominasiyalarda ən yaxşı materialların müəlliflərini bu mükafata layiq görüb. Sonra mükafatlar qaliblərə təqdim edilib.

Bir sıra beynəlxalq təşkilatların, o cümlədən Birləşmiş Millətlər Təşkilatının, UNESCO-nun, Dünya Bankının Özbəkistandakı nümayəndəlikləri, həmçinin Amerika Birləşmiş Ştatları, Çin və Türkiyənin səfirlikləri də jurnalistlərə diplomlar və fəxri fərmanlar, hədiyyələr təqdim edib.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov özbək jurnalistləri ilə əməkdaşlığından danışıb, bu nüfuzlu mükafatı alan jurnalistləri təbrik edib, onlara uğurlar arzulayıb. O, “Dunyo boylab” televiziyasının əməkdaşı Gülsara Saqatovaya “Özbəkistan və Azərbaycan Böyük İpək Yolunda: qədim dövrdən müasir günümüzə qədər”, “Nargiz.uz” portalında yayılmış materiallara görə isə Nərgiz Qasımovaya “Çoxmillətli və tolerant ölkələr - Özbəkistan və Azərbaycan” nominasiyalarında fəxri diplomlar təqdim edib. Onlara, həmçinin bu il ərzində istədikləri vaxt Azərbaycana səfər etməklə bağlı sertifikat verilib.

 

 

Daşkənddə keçirilən Beynəlxalq Mətbəx Festivalında Azərbaycan təmsil olunub.

(05.05.2018) Özbəkistan Xarici İşlər Nazirliyinin diplomatik servis xidməti Daşkənddəki “Uzekspomərkəz” sərgilər şəhərciyinin həyətində “Xalqların adət-ənənələri və milli yeməkləri” mövzusunda Beynəlxalq mətbəx - xeyriyyə festivalı keçirib.
Festivalda  müxtəlif ölkələrin səfirləri, diplomatları, beynəlxalq təşkilatların nümayəndələri, ictimaiyyət təmsilçiləri, yerli azərbaycanlılar, jurnalistlər iştirak ediblər.

Diplomatik servis xidmətinin rəhbəri Abduraşid Kayumov festivalın əhəmiyyəti, xalqların bir-birini daha yaxşı tanımasında belə tədbirlərin rolundan danışıb.

Azərbaycan Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi üçün ayrılmış guşədə ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatlar haqqında kitablar və albomlar yer alıb. Xalqımızın tarixi, ədəbiyyatı, mədəniyyəti ilə əlaqədar nəşrlər buraya gələnlər tərəfindən böyük maraqla qarşılanıb. Qarabağın milli qadın və kişi geyimləri, Qarabağ xalçaları, suvenirlərimiz iştirakçıların marağına səbəb olub.
Mətbəx Festivalında Azərbaycan stendində qonaqlara milli xörəklərimiz, o cümlədən dolma, plov, dovğa, kükü həmçinin şəkərbura, paxlava və şərbətlərimiz təklif olunub. Bir sıra yeməklərin hazırlanması üzrə master-klaslar təqdim edilib.   

Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə davam edib. Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” ansamblının kollektivi milli rəqslərimizi nümayiş etdirib.
Sonda festivalın münsiflər heyəti iştirakçıları mükafatlandırıb. Festivalda aktiv iştirakına Azərbaycan tərəfinə xüsusi mükafat təqdim edilib.

 

 

Daşkənddə keçirilən “Xalqların adət-ənənələri və mədəniyyət” adlı festivalda
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizi təmsil edib.

(29.04.2018) Daşkənddəki ingilisdilli Beynəlxalq Vestminster Universitetində ənənəvi olaraq  keçirilən “Xalqların adət-ənənələri və mədəniyyət” adlı festivalda Azərbaycan təmsil olunub.
Festival çərçivəsində Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri və mədəniyyət mərkəzlərinə otaqlar ayrılmış və hər bir ölkə öz mədəniyyətini, sənətini, adət və ənələrini nümayiş etdirib.
Öncə tədbirin rəsmi açılış mərasimində universitetin rektoru Kamilcon Karimov çıxış edərək festival haqqında danışaraq, gələcəyin mütəxəssisləri olan tələbələrə dünya xalqlarının mədəniyyətləri, incəsənəti, adət və ənənələri ilə tanış olmaq və bu mövzuda öz dünya görüşlərini artırmaq üçün tədbir əlavə imkanlar yaratdığını qeyd edib.
Tədbirdə bir neçə xarici ölkənin təmsilçisinə fəal əməkdaşlığa görə fəxri diplomlar təqdim olunub. Azərbaycan Mədəniyyət Mərkəzi də xüsusi diplomla təltif edilib.
Festivalda Azərbaycan stendini Özbəkistandakı Heydər Əliyev Azərbaycan  Mədəniyyət Mərkəzi təşkil edib.
Ölkəmiz üçün ayrılmış xüsusi otaqda Azərbaycan mədəniyyətinə dair stend, Qarabağ geyimləri, suvenirlərimiz, milli musiqi alətlərimiz, Azərbaycanın müxtəlif regionlarında toxunmuş xalçalar nümayiş etdirilib.
Azərbaycan guşəsində təşkil olunmuş kitab sərgisində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər iştirakçıların böyük marağına səbəb olub.
Nümayiş etdirilən videoçarxda Azərbaycanın füsunkar mədəniyyəti, turizm gözəllikləri  göstərilib.
Builki sərgidə Heydər Əliyev Azərbaycan  Mədəniyyət Mərkəzinin əl işləri və naxıştikmə dərnəyinin istedadlı uşaqlarının master kursları təqdim edilib, onlar canlı olaraq milli suvenirlərimizi praktiki olaraq hazırlanma prosesini təqdim ediblər.
Azərbaycan stendinə maraq böyük olub, guşədə Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı bir sıra milli rəqslərimizi ifa ediblər.
Qeyd edək ki, Mədəniyyət Festivalında Böyük Britaniya, Fransa, Hindistan, Pakistan, İndoneziya, Koreya, Çin, Qazaxıstan və başqa ölkələr öz mədəniyyət stendlərini təqdim ediblər.

 

 

Daşkənddə “Kəlağayı - Azərbaycan ipəyinin dürdanəsi“ adlı özbək və rus
dillərində çap olunmuş kitabın təqdimatı keçirilib.

(27.04.2018) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycanın zəngin mədəni irsinin, xalqımızın min illərlə yaşatdığı adət və ənənələrinin təbliği işini uğurla həyata keçirərək, növbəti layihə kimi Azərbaycan ipəyi və ipəyimizin incisi Azərbaycan kəlağayılarına həsr edib.
Mədəniyyət Mərkəzinin foyesində qurulan sərgidə milli kəlağayılarımız, ipəkdən hazırlanan Azərbaycan milli geyimləri nümayiş etdirilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Kelag‘ayi–Ozarbayjon ipagining durdonasi: Келагаи–жемчужина Азербайджанского шелка” adlı özbək və rus dillərində hazırlanan kitab ictimaiyyətə təqdim edilib.
Təqdimat mərasimində çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan mədəniyətinin rəmzlərindan biri olan və ən qədim sənət növlərindən sayılan kəlağayı sənəti, Azərbaycanda ipəkçiliyin tarixi, onun inkişaf mərhələləri, dünyanın tanınmış alimlərinin, səyyahlarının bu barədə fikirlərinin yer aldığı kitab haqqında danışaraq, kəlağayının dünyaya tanıdılması istiqamətində görülən işlər və Heydər Əliyev Fondunun layihəsi ilə Azərbaycanın kəlağayı sənətinin 2014-ci ildə YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edildiyini qeyd etdi.
Tədbirdə, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
Samir Abbasov Azərbaycanın tarixi ərazilərində aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl III minilliyə aid tunc iynə və bizlərin aşkarlanması və bunun qədim sakinlərin özlərinə paltar tikmək bacarıqlarını sübut etdiyini qeyd etdi, ölkə arzisində qazıntılar zamanı ipək parçalardan hazırlanan geyim qalıqları arasında kəlağayıların da olması onun Azərbaycan xalqına məxsusluğunu sübut etdiyini, ipək məhsullarından hazırlanan qadın baş örtüyü – kəlağayının qədim Azərbaycan xalqının geyim etnologiyasının bir hissəsi olduğunu vurğuladı.
Daha sonra Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov çıxış edərək Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirərək, Azərbaycanda unikal və ənənəvi qadın baş geyimi olan Kəlağayı haqqında məlumatların, onun hazırlanması, nəfis Azərbaycan ipəyinin üzərində vurulan füsunkar naxışlar, bu naxışların mənası, elmi açıqlaması barədə müfəssəl məlumat verən nəşrin özbək və rus dilli oxucular üçün gözəl mənbə olduğunu qeyd etdi.
Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru Zuxra Berdiyeva, Dövlət Tarix Muzeyinin direktor müavini Muxlisa Abduraxmanova çıxışlarında qeyd etdilər ki, iki min ildən tarixi olan Azərbaycan ipəyi haqqında məlumatlar qədim dövrlərdə Qafqaza gələn səyyahlar Əl İstəxri, Əl Müqəddəsi, Marko Polo, ipəkşünas alim Evliya Çələbinin əsərlərində yer almışdır.
Çıxışçılar qeyd etdilər ki, Böyük İpək yolunun inkişafı zamanı və ticarət yollarının - Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanda ipəkçilik xalq təsərrüfatının qədim bir sahəsi sayılır, ölkənin bu sahədə böyük ənənələri vardır.
Kitabın tərcüməçiləri İsroil Şamsimuxamedov və Şaxla Qasımova  nəşrin Azərbaycan ipəyi, kəlağayı sənətinin təbliği üçün yeni imkanlar açdığını və onun bu mövzuda tədqiqat aparan mütəxəssislər üçün əvəzsiz informasiya mənbəyi olduğunu söylədilər.
Onlar qeyd etdilər ki, kəlağayı təkcə qadın baş ötrüyü, bir bəzək vasitəsi deyil, o, bütöv bir millətin qədim tarixini, zəngin mədəniyyətini, istedadını nümayiş etdirir və onun hər bir naxışları, ornamentləri özlüyündə böyük məna daşıyır.
Qeyd edə ki, kitabın tərtibçisi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, ön sözünün müəllifi Bakı Dövlət Universitetinin professoru, Baskal İpək Mərkəzinin direktoru Rəna İbrahimbəyovadır.
Kitab təqdimat mərasimində iştirakçılara paylanıldı və nəşrin Özbəkistanın aparıcı kitabxanalarına, elm müəssisələrinə, ipəkçiliklə məşğul olan müəssisələrə hədiyyə olunacağı planlaşdırılır.  
Daha sonra Kəlağayi haqqında sənədli film nümayiş etdirilib.

 

 

 

Daşkənddə Türkiyənin Milli Suverenlik və Uşaqlar Günü münasibəti ilə keçirilən
bayram mərasimində Azərbaycan tərəfi də yaxından iştirak edib.

(22.04.2018) Daşkənddə Türkiyənin Milli Suverenlik və Uşaqlar Günü münasibəti ilə keçirilən bayram mərasimində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edib.
“Türküstan” konsert sarayının yay salonunda keçirilən tədbirdə Daşkənddəki bir sıra mədəniyyət mərkəzləri onlar üçün ayrılan pavilyonlarda mədəniyyətlərini və milli mətbəxlərini nümayiş etdiriblər.
Qeyd edək ki, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi  üçün ayrılan guşədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, Heydər Əliyev Fondu tərəfindən “Qarabağ həqiqətləri” seriyasından çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər, həmçinin suvenirlərimiz nümayiş olunub.
Türkiyənin Özbəkistandakı səfiri Ahmet Başar Şen uşaqları və valideynlərini təbrik edərək bayram haqqında məlumat verib. Bildirib ki, bu bayram Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adı ilə bağlıdır və 1920-ci il aprelin 23-dən başlayaraq hər il təntənəli şəkildə qeyd olunur. Səfir layihəyə yaxından dəstək verdikləri üçün Özbəkistan dövlətinə, Azərbaycan Mədəniyyət Mərkəzinə, Özbəkistandakı bir sıra xarici ölkələrin səfirliklərinə öz təşəkkürünü bildirib.
Sonra tədbir konsert proqramı ilə davam edib. Tədbirdə Daşkənddəki Türk məktəbinin şagirdləri, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

 

 

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi “Şərqin ilk parlayan ulduzu-Azərbaycan Xalq Respublikası – 100” adlı esse yazı müsabiqəsi elan edib.

(13.04.2018) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə  cari il yanvar ayının 10-da Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə əlaqədar Mədəniyyət Mərkəzinin cari il üçün iş planının 1-ci bəndi bu istiqamətdə çoxsaylı tədbirlər nəzərdə tutulub.  
Bununla əlaqədar, cari ilin may ayında Daşkənddə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət Özbəkistanın gənclərdən ibarət Simfonik Orkestrinin ifası ilə “Şərqin ilk parlayan ulduzu: Azərbaycan Xalq Respublikası - 100” adlı möhtəşəm konsert proqramının təşkili, “Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil Azərbaycanın ədəbiyyat tarixi” adlı özbək dilində kitabın nəşri, Özbəkistan KİV-ləri arasında “Первая Демократическая Республика в Мусульманском мире -  Азербайджанская Народная Республика – 100” adlı məqalə  müsabiqənin keçirilməsi, bu mövzuda yerli mətbuatda çoxsaylı məqalələrin dərc olunması və s. tədbirlər nəzərdə tutulub.
Azərbaycan Mədəniyyət Mərkəzinin start verdiyi ilk tədbir Özbəkistanın yeniyetmələri və gəncləri arasında elan olunan “Şərqin ilk parlayan ulduzu-Azərbaycan Xalq Respublikası – 100” adlı esse yazı müsabiqəsi olub.
Esse yazıda əsasən 23 ay mövcud olan Azərbaycan Xalq Respublikasının əldə etdiyi uğurlar, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna rol, həyata keçirilən böyük islahatlar və bu Cümhuriyyətin gələcəkdəki müasir Azərbaycanın müstəqilliyinə, onun inkişafına təsiri və s. əsas mövzu olaraq müəyyən edilib.
Məlumatda xüsusi qeyd olunur ki, 100 il əvvəl cümhuriyyətin elan edilməsi ağır məşəqqətlərə məruz qalan Azərbaycan xalqının milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsidir, xalqımızın dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrinin davamı kimi xüsusi əhəmiyyət daşıyır. 23 aylıq bir zamanda mövcud olan bu cümhuriyyətin xalqımızın milli özünüdərk, öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi.
Esse yazısının tələbləri (Arial-12 şriftində, yazılar 1.5 interval və ümumi olaraq 3-5 səhifə həcmində) müəyyən edilimiş və əsas şərt kimi fikirlərin dəqiq, obyektiv olması, mənbələrə əsaslanması, habelə bu əhəmiyyətli hadisənin Azərbaycan xalqının istiqlal tarixində oynadığı mühüm rolun aydın göstərilməsi vacib şərt kimi qeyd olunub. 
Sözügedən müsabiqənin şərtlərinə əsasən esse Özbək, Azərbaycan, Rus, və İngilis dillərində yazıla bilər və yazılara Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yaradılmış Xüsusi Komissiya tərəfindən baxılacaqdır.
Müsabiqəyə cari ilin may ayının 20-də yekun vurulacaq, qaliblər Mədəniyyət Mərkəzinin xüsusi mükafatları və Fəxri diplomları ilə təltif olunacaqlar.
Ən yaxşı esse mükafatına layiq görülən yazı Mədəniyyət Mərkəzinin Azərbaycan tarixi muzeyindəki “Azərbaycan Xalq Respublikası”na aid guşəyə yerləşdiriləcək və daimi Muzeydə sərgilənəcəkdir.

 

 

Daşkənddə “Kəlağayı - Azərbaycan ipəyinin incisi“ adlı özbək və rus
dillərində kitab işıq üzü görüb.

(12.04.2018) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycanın zəngin mədəni irsinin, xalqımızın min illərlə yaşatdığı adət və ənənələrinin təbliği işini uğurla həyata keçirərək, növbəti layihə kimi Azərbaycan ipəyi və ipəyimizin şah əsəri, incisi sayılan Azərbaycan kəlağayılarına həsr edib.
Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Kelag‘ayi–Ozarbayjon ipagining durdonasi: Келагаи–жемчужина Азербайджанского шелка” özbək və rus dillərində hazırlanan kitab Daşkənddəki “Mashur-press” nəşriyyatında çapdan çıxıb.
Kitabın ön sözünün müəllifi Bakı Dövlət Universitetinin professoru, Baskal İpək Mərkəzinin direktoru Rəna İbrahimbəyova, tərtibçisi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.
Kitabda Azərbaycan mədəniyətinin rəmzlərindan biri olan və ən qədim sənət növlərindən sayılan kəlağayı sənəti, Azərbaycanda ipəkçiliyin tarixi, onun inkişaf mərhələləri, dünyanın tanınmış alimlərinin, səyyahlarının bu barədə fikirləri öz əksini tapıb.
Nəşrdə Azərbaycanda unikal və ənənəvi qadın baş geyimi olan Kəlağayı haqqında məlumatlar, onun hazırlanması, nəfis Azərbaycan ipəyinin üzərində vurulan füsunkar naxışlar, bu naxışların mənası, elmi açıqlaması, kəlağayının dünyaya tanıdılması, Heydər Əliyev Fondunun, Azərbaycan Respublikasının Azərbaycanın kəlağayı sənətinin 2014-ci ilin noyabrında YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi və s. barədə məlumatlar verilir.
“Kelag‘ayi - Ozarbayjon ipagining durdonasi” adlı nəşrdə qeyd olunur ki, iki min ildən tarixi olan Azərbaycan ipəyi haqqında məlumatlar orta əsrlərdə ölkəmizə gələn səyyahlar Əl İstəxri, Əl Müqəddəsi, Marko Polo, ipəkşünas alim Evliya Çələbinin əsərlərində yer almışdır.
İpəkçiliyin Azərbaycanda xalq təsərrüfatının qədim bir sahəsi sayıldığı qeyd edilən nəşrdə yazılır ki, ölkəmizə ilk dəfə olaraq ipək qurdu Böyük İpək yolunun inkişafı zamanı Çindən gətirilmiş və ticarət yollarının - Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanda bu amil ipəkçiliyin inkişafına səbəb olmuşdur.
Azərbaycanın Şamaxı, Qarabağ, Şəki, Gəncə, Naxçıvan kimi bölgələrindən xam ipəyin ixrac olunduğu, XIX əsrin 30-50-ci illərində Rusiya imperiyasında Qafqaz üzrə hazır ipək məhsullarının 85 faizinin Azərbaycan tərəfindən istehsal olunduğu nəşrdə xüsusi vurğulanır.  
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə kitabın özbəkcə işıq üzü görməsi xüsusi ilə əhəmiyyətlidir. Bu nəşr Azərbaycan ipəyi, kəlağayı sənətinin təbliği üçün yeni imkanlar açır, qeyd olunan istiqamətdə tədqiqat aparan mütəxəssislər üçün əvəzsiz informasiya mənbəyidir.  Mədəniyyət Mərkəzindən əldə etdiyimiz məlumata əsasən yaxın günlərdə kitab geniş ictimaiyyətə təqdim olunacaq, onun Özbəkistanın aparıcı kitabxanalarına, ali məktəblərinə, tədqiqat mərkəzlərinə, habelə ipəkçilik sahəsi üzrə mütəxəssislərə göndəriləcəkdir.
Qeyd edək ki, kitabda 2016-cı ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr edilən “Kəlağayı” kitabının materiallarından da istifadə edilib.

 

 

 

Özbəkistanda  31 mart azərbaycanlıların soyqırım gününə həsr olunmuş kitab sərgisi təşkil olunub.

(31.03.2018) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Soyqırımlara yox deyək” adlı kitab sərgisi təşkil olunub.
Tədbirdə Azərbaycan Səfirliyinin, Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin əməkdaşları, xarici ölkələrin diplomatları, ictimaiyyət nümayəndələri, Daşkənddəki ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.
Sərgidə Qafqazda iki əsrdir azərbaycanlılara qarşı həyata keçirilən soyqırım siyasəti, ermənilərin Azərbaycan torpaqlarının işğalı, Azərbaycan xalqına qarşı törətdikləri qanlı hadisələrə dair nəşlər nümayiş etdirilib. Sərgidə xüsusi ilə son zamanlar Özbəkistanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Türküstanda və Qafqazlarda törədilən qətliamlara dair nəşr olunmuş Şuxrat Salamovun və azərbaycanlı alim Əli Həsənovun kitabları oxuculara təqdim olunub.
Qeyd olunub ki, ötən əsrin ikinci onilliyində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı 1918-ci ilin mart ayında daha geniş miqyas alıb və amansız olub. Həmin dövrdə Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Salyanda, Göyçayda və başqa yerlərdə dəhşətli qırğınlar törədilib.
Gənclərə erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım, eləcə də Ermənistanın Azərbaycana qarşı uzun müddətdən bəri apardığı işğalçılıq siyasəti barədə ətraflı məlumat verilib və vurğulanıb ki, keçmişini unudan gələcəyini qura bilməz. Bu cür soyqırımların təkrarlanmaması üçün beynəlxalq ictimaiyyət onu törədənlərin cəzalandırılması istiqamətində səylərini gücləndirməli, soyqırım qurbanların xatirəsi daim yad edilməlidir.
Daha sonra soyqırıma həsr olunmuş sənədli film nümayiş etdirilib, məlumatlandırmalar davam etdirilib.  

 

Daşkənddə yazıçı-publisist Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” özbək dilində nəşr olunmuş kitabının təqdimatı keçirilib.



(29.04.2018) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan təqdimat mərasimində xarici ölkələrin səfirləri, diplomatlar, Özbəkistan – Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, jurnalistlər, müəllim və tələbələr, yerli azərbaycanlılar iştirak ediblər. Qeyd edək ki, kitab Azərbaycanın Özbəkistandakı Səfirliyinin və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çap olunub. İlk öncə yazıçı-publisist Elmira Axundovanın müəllifi olduğu kitabların, habelə özbək dilində nəşr olunmuş “İlhom Aliyev “Ozgarishlar jarayonidagi Prezident tasviri” kitabının sərgisi təqdim olunub. Nəşrin tərcüməçilər Özbək alimləri Usman Kuçkar və Şokir Dolimovdır və kitab Daşkənddəki “Mashur press” nəşriyyatında işıq üzü görüb.
Təqdimat mərasimini giriş sözi ilə açan Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev yazıçı-publisist, Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundovanın yaradıcılığı haqqında məlumat verib və yazıçı tərəfindən qələmə alınmış, postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri İlham Əliyev haqqında faktlar və materialları özündə əks etdirən kitabla ölkə başçısının əsl portretinin yaratdığını qeyd edib.
Səfir vurğulayıb ki, müəllif xalqının gələcəyi naminə öz üzərinə böyük məsuliyyət götürmüş və dövlət başçısının uğurlu fəaliyyətini geniş təhlil edərək Prezidentin daxili və xarici, hərbi, sənaye, mədəniyyət, idman, multikulturalizm və informasiya sahələrində siyasətinin ən müxtəlif aspektlərinə işıq salmışdır. O, kitabın Özbəkistanda da böyük maraqla qarşılandığını qeyd edib.
Daha sonra çıxış edən yazıçı-publisist, Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundova müəllifi olduğu kitab haqqında danışaraq Prezident İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində Azərbaycanda böyük inqilabi dəyişikliklərin olduğunu, ölkənin iqtisadi mənzərəsinin tamamilə dəyişdiyini və Azərbaycanın heç vaxt indiki səviyyədə olduğu kimi qüdrətli olmadığını bildirdi.
Müəllif Prezident İlham Əliyev tərəfindən elan edilən “qara qızıl”ın insan kapitalına çevrilməsi” siyasətinin Azərbaycanın Qafqazın lider dövlətinə çevirdiyini, regionda nüfuzlu ölkə olaraq qlobal əhəmiyyətli nəhəng layihələrin həyata keçirməsi dünyada ölkəmizin nüfuzunun güclənməsinə və xalqın ona olan inamını, ümidlərini doğrultdunu söylədi.  
Təqdimat mərasiminin ölkədə prezident seçkiləri ərəfəsində keçirildiyini söyləyən Elmira Axundova kitabın bu böyük işlərə kiçik bir töhvə olduğunu qeyd etdi. O, ölkəmizdə görülən işləri, qazanılan  uğurları gözardı etmək, bəzi şəxslərin öz Vətənləri əleyhinə apardıqları iyrənc kompaniyanı pisləyərək, bu cür insanların sağlam düşüncəyə söykənmədiyini və öz Vətənlərinə xəyanət etdiklərini qeyd etdi.
Çıxış edən Özbək tarixçi-araşdırmaçı Şuxrat Salamov kitabın olduqca maraqlı olduğunu və nəşrdə Azərbaycan-Özbəkistan münasibətlərinə dair İlham Əliyevin maraqlı fikirlərinin yer aldığını qeyd etdi. Prezident İlham Əliyevin Azərbaycan tarixində indiyədək görünməyən mühüm uğurlara imza atdığını vurğulayan Şuxrat Salamov  tarix boyu güclü dövlət başçılarının fəaliyyətinə, onların irsinə tez-tez müraciət olunduğunu söylədi. O, Elmira Axundovanın fikirlərinə dəstək olaraq xarici ölkələrdə anti-Azərbaycan təbliğatı aparanlara səslənərək bunun Vətənə, millətə, dövlətə xəyanət olduğunu bildirdi.
Çıxış edən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, kitabın tərcüməçisi Şokir Dolimov, tərcüməçi-alim Babaxan Şərif və başqaları nəşrdə Azərbaycan Prezidenti İlham Əliyevin portretini yaratmaq, onu öz xalqının əsl liderinə və müasir dövrün ən parlaq siyasi xadimi kimi nə çevirmiş və müəllif real fakt, hadisələrə əsaslanaraq dövlət başçısının parlaq obrazını yaratdığını vurğulamışlar.
Onlar çıxışlarında Azərbaycan Prezidentinin İlham Əliyevin İslam həmrəyliyi, mədəniyyətlərarası dialoq sahəsində təşəbbüslərini yüksək qiymətləndirərək, kitabda multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu, xalqımızın əsrlər boyu tolerantlıq, dözümlülük nümayiş etdirdiyini, digər dinlərə və mədəniyyətlərə hörmətlə yanaşıldığının real faktlarla sübuta yetirildiyini qeyd etdilər.
Tərcüməçi Şokir Dolimov İlham Əliyevin regionda Azərbaycanın müstəqil siyasət aparan dövlət olaraq nüfuzunun yüksəlməsi, ölkədə nəhəng infrastruktur layihələrinin reallaşdırılması, beynəlxalq tədbirlərə - Avropa oyunları, İslam oyunları, Qlobal forumlara ev sahibliyi etməsini ölkənin artan nüfuzunun göstəricisi olduğunu söyləyib.
O, kitabın Özbəkistan ictimaiyyəti, tədqiqatçılar üçün olduqca maraqlı bir mənbə olduğunu vurğulayaraq, müəllifə və kitabın çapına görə Azərbaycan Səfirliyinə öz təşəkkürünü bildirib.
Daha sonra müəllif “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” özbək dilində nəşr olunmuş yeni kitabları imzalayaraq oxuculara hədiyyə etdi.

 

 

Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda xalqlarımızın milli bayramı –
Novruz bayramına həsr olunmuş möhtəşəm bayram tədbiri keçirilib.

(29.03.2018) Özbəkistan Sənət və Mədəniyyət İnstitutu, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin iştirakı ilə Daşkənddə sözügedən İnstitutun həyətində açıq havada keçirilən möhtəşəm Novruz bayramı böyük maraq qazanmışdır.
Tədbirdə İnstitutun və Azərbaycan Mədəniyyət  Mərkəzinin rəhbərliyi, Özbəkistanın elm, mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində tanınmış şəxsləri, İnstitutun müəllim və tələbə heyəti iştirak ediblər.
Təşkil olunan tədbii giriş sözü ilə Özbəkistan Sənət və Mədəniyyət İnstitutunun rektoru, professor İbrahim Yuldaşev açaraq Özbək, Azərbaycan və başqa Şərq xalqları tərəfindən qeyd olunduğunu, müstəqillik əldə etdikdən sonra Özbəkistan və Azərbaycanda daha təntənəli, dövlət səviyyəsində təşkil olunduğunu qeyd edib. O, bayramın Azərbaycan tərəfi ilə birgə qeyd olunmasının əhəmiyyətini vurğulayaraq, Novruz bayramının hər iki xalqın milli dəyərlərini, zəngin keçmişini nümayiş etdirdiyini qeyd edib.  
Tədbirdə iştirak edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Novruz bayramının özündə xalqlarımızın tarixini, mədəniyyətini, adət-ənənələrini əks etdirdiyini və bu bayramın xalqlarımız arasında birləşdirici rol oynadığını qeyd etdi. Çıxışda Samir Abbasov Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Novruz bayramının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini  və ölkəmizdə Novruz adət-ənənələri, bayramın gözəl ənənələrinin icrası haqqında məlumat verib.
Bayram tədbirində hazırlanmış süfrələrdə Özbək xalqının Novruz şirniyyatları və təamları nümayiş etdirilib. Təqdim olunan süfrələrə baxış keçirilib. Hazırlanmış Azərbaycan süfrəsi qonaqların xüsusi marağına səbəb olub.
Sonra tədbir bədii proqramla davam edib. Konsert proqramında Özbək musiqiləri və əsərləri ilə yanaşı İnstitutun tələbələri tərəfindən dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərindən kompozisiyalar, habelə Azərbaycan ədəbiyyatının tanınmış söz ustadı Məhəmmədd Füzulinin qəzəlləri, milli rəqslər  ifa olunub.

 

 

 

Daşkənddə “Azərbaycanın turizm potensialı və müalicə-sağlamlıq mərkəzləri”nin
təqdimatı keçirilib.

(23.03.2018) Azərbaycanın “Travelling Lab” turizm şirkəti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) birgə təşkilatçılığı ilə “Hyatt Regency Tashkent” mehmanxanasında “Azərbaycanın turizm potensialı və müalicə-sağlamlıq mərkəzləri” adlı təqdimat keçirib.
Təqdimatda Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin rəhbərliyi, bu ölkənin 30-dan çox aparıcı turizm təşkilatlarının nümayəndələri, jurnalistlər iştirak edib.
Foyedə Mədəniyyət Mərkəzinin hazırladığı “Azərbaycan Qafqazın dürdanəsi” adlı fotosərgi, habelə milli mədəniyyətimizə dair suvenirlər, milli geyimlər nümayiş etdirilib.
Sərgidə Azərbaycanın turizm imkanları, ölkəmizdəki sanatoriyalara dair fotoşəkillər nümayiş etdirilib və bununla bağlı AMM-nin hazırladığı bukletlər paylanılıb. Hər il keçirilən “Bakı Şoping Festival”, Novruz şənlikləri, habelə regionlarda ölkəmizin turizm imkanları haqqında geniş məlumatlar verilib.
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ölkəmizdə son illər turizm sahəsində əldə olunan nailiyyətlərdən danışıb. Bildirib ki, çoxsaylı infrastruktur layihələri həyata keçirilib, nəinki Bakıda, həmçinin regionlarda müasir tələblərə cavab verən turizm mərkəzləri yaradılıb, müalicəvi turizm sahəsində Azərbaycanın imkanları daha da genişlənib. Son illər Azərbaycana gələn turistlərin sayının xeyli artdığını qeyd edən Samir Abbasov Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Özbəkistanda turizmə dair keçirilən bütün beynəlxalq sərgilərdə ölkəmizin təmsil olunduğunu söyləyib. Deyib ki, əsas məqsəd özbək turistlərinin Azərbaycana cəlb edilməsidir.
“Travel lab” şirkətinin direktoru Səbinə Məmmədova Azərbaycanın turizm imkanları, yüksək səviyyədə olan infrastrukturun və xidmət sahəsində əldə edilən nailiyyətlər haqqında məlumat verib, Naxçıvandakı Duzdağ, Şabrandakı Qalaaltı istirahət-kurort mərkəzlərinin xidmətləri və onların imkanlarından söhbət açıb. Azərbaycan-Özbəkistan arasında birbaşa reyslərin olması, vizasız rejimin mövcudluğu, habelə xalqlar arasında dil, din, mədəniyyət yaxınlığı turizm sahəsində əlaqələrin inkişafına da öz müsbət təsirini görsətdiyini bildirib.
Sonra Azərbaycan Sağlamlıq Turizm Assosiasiyasının baş əlaqələndiricisi “Qaşaltı” otelinin marketinq üzrə direktoru Mirağa Seyidov Naftalan sanatoriyasının müalicəvi xüsusiyyətləri, buradakı otellərdəki xidmətlər barədə məlumat verib. Naxçıvandakı müalicəvi turizm komplekslərinin imkanlarına dair təqdimat keçirilib.
Tədbir çərçivəsində Özbəkistanın turizm şirkətləri ilə gələcək əməkdaşlığa dair müzakirələr aparılıb, yeni əlaqələr yaradılıb.
Tədbirdə Mədəniyyət Mərkəzinin əməkdaşı Kifayət Pirməmmədova “Expo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyi irəli sürülən Bakının bu layihəyə hazırlıq prosesi ilə bağlı məlumat verib, “Baku Expo-2025” adlı xüsusi videomaterial nümayiş etdirib.
Tədbirdə Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan bədii proqramlar təqdim olunub, Azərbaycan-Özbəkistan dostluğuna dair çəkilmiş klip nümayiş etdirilib. Tanınmış özbək sənətçiləri Azərbaycan musiqilərini səsləndirib, milli rəqslərimiz nümayiş etdirilib, qonaqlara ziyafət verilib.

 

 

“Dünyanı gözəllik xilas edəcək” devizi altında Daşkənddə "Miss Union Fashion-2018"
üçüncü beynəlxalq müsabiqəsi keçirilib.

 (21.03.2018) “Dünyanı gözəllik xilas edəcək” devizi altında Daşkənddə "Miss Union Fashion-2018" üçüncü beynəlxalq müsabiqəsi keçirilib.
Tədbirdə diplomatlar, Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, modelyerlər və dizaynerlər, rəssamlar, yerli azərbaycanlılar və jurnalistlər iştirak edib.
Tanınmış Azərbaycan modelyeri, Əməkdar Mədəniyyət İşçisi Fəxriyyə Xələfova Daşkənddə keçirilən "Miss Union Fashion-2018" üçüncü beynəlxalq müsabiqəsində iştirak edib.
Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilən müsabiqəyə Avropa, Asiya və Afrika ölkələrindən dəvət olunan modelyerlər qatılıb.
Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə salonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi layihələrlə bağlı kitablar, ölkəmizin tarixi, mədəniyyəti haqqında nəşrlər,     Mədəniyyət Mərkəzinin kolleksiyasında olan Qarabağ geyimləri, milli musiqi alətləri, xalçalarımız, suvenirlər nümayiş etdirilib.
Müsabiqənin təşkilatçısı, Daşkənddəki “Gulnara Fashion” dəb evinin rəhbəri Gülnara Muxammedova qonaqları və iştirakçıları salamlayıb, bildirib ki, bu tədbir Azərbaycanın və Özbəkistanın birgə layihəsidir. O, festivalın keçirilməsində Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi rolu olduğunu bildirib, səfirə minnətdarlıq edib. Bakıda keçirilən “Miss Union Fashion–2016” müsabiqəsində Gürcüstanın təmsilçisi Mayya Amamukelinin, Avstriyada keçirilən “Miss Union Fashion–2017” müsabiqəsində Azərbaycanın nümayəndəsi Səhər Əkbərin qalib olduğunu da diqqətə çatdırıb.
Sonra festivalın münsiflər heyətinin adları açıqlanıb. Onların arasında Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova da olub.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiyanın Tatarıstan, Başqırdıstan respublikalarının nümayəndələri, Yunanıstan, İsrail və digər ölkələrdən gələn qızlar milli paltarda səhnəyə çıxıb və onlar ayrı-ayrılıqda oxumaq və oynamaq məharətlərini göstərib, müxtəlif suallara cavab verib, öz ölkələrinin mədəniyyətini, adət-ənənələrini müasir üslubda təqdim ediblər.
Ölkəmizi təmsil edən Lalə Məmmədovanın Azərbayacan musiqisinin sədaları altında gözəl rəqsi çox bəyənilib.
Qeyd edək ki, “Sarı gəlin” Azərbaycan xalq mahnısının sədaları altında Fəxriyyə Xələfovanın bu festival üçün xüsusi olaraq hazırladığı 12 milli qadın libasından ibarət kolleksiyası nümayiş etdirilib və alqışlarla qarşılanıb. Xatırladırıq ki, paltarların hazırlanmasında özbək ipəyindən də istifadə olunub.
Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansablının üzvləri Azərbaycan milli rəqslərini ifa ediblər.
Festivalın sonunda təşkilatçılar və münsiflər heyətinin üzvlərii səhnəyə dəvət edilib.
Fəxriyyə Xələfova festivalın yüksək səviyyədə hazırlandığını bildirib, bunun  üçün təşkilatçılara təşəkkürünü çatdırıb, modelyerlərin əl işlərinə böyük qiymət verib. Fəxriyyə xanım Hüseyn Quliyevə Azərbaycan və Özbəkistan bayraqları əks edilmiş tablo, Gulnara Muxammadovaya rəsm tablosu təqdim edib. Fəxriyyə Xələfova "Miss Union”un rəmzi olan xüsusi mükafata layiq görülüb, ona hədiyyələr və suvenirlər verilib.
Hüseyn Quliyev festivalı yüksək səviyyədə hazırladıqları üçün təşkilatçılara öz minnətdarlığını bildirib, tədbirin əhəmiyyətindən danışıb.
Sonra qaliblərin adları elan ediliib. Qazaxıstanın nümayəndəsi Janiya Saidjabbar “Qran pri”nin sahibi olub. Soqdiana Ramizova (Özbəkistan) birinci, Fulden Uzqucuqlu (Türkiyə) ikinci və Laura İqanomu (Yunanıstan) üçüncü yerlərə layiq görülüblər. Azərbaycan nümayənndəsi Lalə Məmmədova “Miss şarm” nominasiyasında  qalib olub. Digər iştirakçılar da müxtəlif nominasiyalarda mükafatlar alıblar.

 

 

Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində möhtəşəm Novruz şənliyi keçirilib.

(16.03.2018) Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin həyətində keçirilən tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri, yerli azərbaycanlılar və özbəklər, Daşkənddəki çoxsaylı ali məktəblərin müəllim və tələbələri, mötəbər qonaqlar iştirak ediblər.

Tədbir çərçivəsində Novruz xonçaları bəzədilib, milli musiqi altələri, bayram atributlarından ibarət kompozisiya təşkil edilib.
Bayram tədbirini giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Səfirliyin birinci katibi Samir Abbasov Azərbaycan və Özbək xalqlarının milli bayramı - Novruz bayramı haqqında danışaraq, onun tariximizi, mədəniyyətimizi, adət və ənənələrimizi özündə əks etdirən, xalqlarımızın bir-birinə yaxınlığını bir daha sübut edən el bayramı olduğunu söylədi.

Azərbaycanda, Özbəkistanda və digər Şərq ölkələrində dövlət səviyyəsində geniş qeyd olunan Novruzun Azərbaycanın təşəbbüsü ilə 2009-cü ildə YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edildiyini vurğulayan diplomat, “keçmişimizin ən dərin qatlarından gələn Novruz bayramının xalqımızın mənəviyyat dünyasının ayrılmaz hissəsi olduğunu qeyd etdi.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Özbəkistanın Sənət və Mədəniyyət İnstitutunun rektoru, professor İbrahim Yuldaşev misilsiz dəyərlərimiz sırasında Novruz bayramının xalqlarımız üçün əhəmiyyətindən danışaraq, bu xalq dəyərlərinin günümüzədək layiqincə qorunub saxlamasını xalqlarımızın bəşər mədəniyyəti qarşısında müstəsna xidmətlərindən olduğunu bildirdilər. Bu gözəl bayramın xalqlarımızı birləşdirdiyini, adət və ənənələrimizin icrası isə zəngin mədəniyyətimizin təntənəsi olduğunu qeyd etdilər və iştirakçıları bayram münasibəti ilə təbrik etdilər.

Tədbirdə qonaq qismində iştirak edən azərbaycanlı rəssam-modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova Novruz bayramı münasibəti ilə iştirakçıları təbrik etdi, Azərbaycan Mədəniyyət Mərkəzinin Muzeyinə Azərbaycanın keçmişini və müasirliyinə dair hazırladığı əl işini hədiyyə etdi.

Daha sonra Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış bədii proqram iştirakçılara təqdim edildi. Özbəkistanın tanınmış artistləri Yulduz Turdiyeva, “Fərhad və Şirin” qrupu, “Asl” qrupu və başqa tanınmış sənətçilər Azərbaycan və Özbək musiqilərini ifa ediblər. Mərkəzin nəzdindəki rəqs qrupları milli rəqslərimizi icra ediblər.

Tədbirdə Özbəkistanın “Zarqaynar” geyim evinin modelyer qızları Azərbaycan milli geyimlərini, Qarabağ geyimlərini, Novruz bayramına aid atributları nümayiş etdiriblər.
Bayram şənliyi pəhləvanların və sirk ustalarının çıxışları ilə davam edib. Novruz tonqalına od vurulub, qonaqlar Novruzun simvoluna çevrilmiş plov, milli şirniyyatlara və digər bayram süfrəsinə qonaq ediliblər.

 

 

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti  Azərbaycanda bir sıra Özbək ədəbiyyatının fəal tədqiqatçılarını fəxri diplomlarla təltif edib.

(05.03.2018) Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şavkat Şaripov Azərbaycanda Özbək ədəbiyyatının bir sıra tədqiqatçılarını, iki xalq arasında dostluq münasibətlərinin, mədəni-ədəbi əlaqələrin möhkəmlənməsi sahəsində müstəsna xidmətlərinə görə Cəmiyyətin Fəxri diplomları ilə təltif edib.

Sözügedən mükafatla Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor, tərcüməçi Ramiz Əskər, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan üzrə ədəbi əlaqələr şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətova, filologiya elmləri doktoru, professor Elman Quliyev, Bakı Avrasiya Universitetinin kafedra müdiri, dosent Elmira Məmmədova, Filologiya elmləri üzrə fəlsəfə doktoru Təranə Həşimova, dosent, ədəbiyyatşünas Səadət Şıxıyeva, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları - tərcüməçi alimlər Yaşar Qasımov, Akif Bağırov, İsmixan Osmanlı təltif ediliblər.

Fəxri Diplomda qeyd olunur ki, ədəbiyyat sahəsində xüsusi istedadları, Özbəkistan-Azərbaycan: qardaş xalqların mədəni-ədəbi əlaqələrinin möhkəmlənməsində müstəsna xidmətlərinə görə azərbaycanlı ədəbiyyatşünaslar Dostluq Cəmiyyətinin xüsusi mükafatına layiq görülür.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti  Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin bazasında yaradılıb, Universitetin rektoru eyni zamanda Dostluq Cəmiyyətinin rəhbəri vəzifəsini həyata keçirir. Qeyd edək ki, mükafatlandırma Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə həyata keçirilib. Layihənin əsas məqsədinin elmi-ədəbi əlaqələrin inkişafına dəstək olmaq, bu istiqamətdə çalışan alimlərin, tərcüməçilərin əməyinin stimullaşdırılması, ədəbi əlaqələrə yeni – yeni töhvələr verməkdir.

Azərbaycan tərəfi də ötən ilin dekabr ayında Özbəkistanda Azərbaycan ədəbiyyatının fəal tədqiqatçılarını mükafatlandırıb. AMEA-nın vitze prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin imzaladığı Fəxri Fərmanlarla iki ölkə arasında elmi-ədəbi əlaqələrin inkişafında xidmətlərinə görə tanınmış özbək ədəbiyyatşünas alimləri, tərcüməçiləri Azərbaycan tərəfinin xüsusi diplomları ilə təltif ediliblər.

 

 

 

Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda Qara Qarayev adına
Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzinin açılışı olub.

(01.03.2018) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda “Azərbaycan mədəniyyət günü” keçirilmiş və bununla əlaqədar bütöv bir gün Azərbaycan mədəniyyətinə həsr olunmuşdur.
Öncə Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin adını daşıyan Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzinin açılış lenti kəsilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə yaradılan zal ölkəmizin tarixi, mədəniyyəti, musiqisi, incəsənətinə dair çoxsaylı kitablar, disklər, not nəşrləri, bədii filmlər, milli geyimlər və milli musiqi alətlərimiz hədiyyə edilib.
Azərbaycan mədəniyədinə dair suvenirlər, rəsmlər, habelə tanınmış musiqiçilərimizin portretləri, dahi bəstəkar Qara Qarayevin yaradıcılığına dair banerlər zalda yerləşdirilib.
Qonaqlara məlumat verildi ki, Mərkəz qardaş ölkədə Azərbaycan mədəniyyətini, musiqi sənətini geniş təbliğ edəcək və xalqlarımız arasında dostluq körpüsü rolunu oynayacaqdır. Qeyd edək ki, Mərkəzdə mədəniyyətin müxtəlif sahələrinə dair açıq dərslər keçiriləcək, tələbələr üçün Azərbaycan bədii filmləri, milli mədəniyyətimiz, musiqimizə dair görüşlər və tədbirlər keçiriləcəkdir.
“Azərbaycan mədəniyyət günü” çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistan Sənət və Mədəniyyət İnstitutu arasında əməkdaşlığa dair Memorandum imzalandı. Memoranduma əsasən tərəflər mədəniyyətin müxtəlif sahələrinə dair əməkdaşlıq edəcək, ölkələr arasında təcrübə mübadiləsini həyata keçirəcəklər.
Daha sonra İnstitutun zalında “Azərbaycan mədəniyyət günü”nün rəsmi açılışı oldu.
İnstitutun prorektoru, dosent Davlat Mullacanov Şərqin ən zəngin mədəniyyətinə malik dost Azərbaycan xalqının mədəniyyəti ilə yaxından tanış olmaq imkanını yaratdığı üçün Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirdi. O, İnstitutlarında ilk hadisədir ki, xarici bir məmələkətin mədəniyyət günü keçirildiyini və zəngin Azərbaycan mədəniyyətini özündə əks etdirən Mərkəzin açılışının iki ölkə arasında mədəni əlaqələr istiqamətində yeni imkanlar açacağını bildirdi.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək “Azərbaycan mədəniyyət günü” tədbirlərinin qardaş ölkənin Daşkənd və Səmərqənd şəhərlərində dəfələrlə keçirildiyini və əsas məqsədin milli mədəniyyətimizin təbliğ olduğunu qeyd etdi. Samir Abbasov son zamanlar Azərbaycanın böyük uğurlar əldə etdiyini, ölkə rəhbərliyinin uğurlu siyasəti nəticəsində hər bir sahədə olduğu kimi, mədəniyyət, turizm sahəsində də ölkəmizin intibah dövrünü yaşadığını qeyd etdi. O, Bakının mədəni həyatının olduqca zəngin olduğunu, gün ərzində mədəniyyət sahəsində çoxsaylı və olduqca rəngarəng tədbirlərin keçirildiyini, Azərbaycanın mədəniyyətlər və sivilizasiyalar arasında dialoq məkanına çevrildiyini vurğuladı. O, erməni işğalı nəticəsində Azərbaycan mədəniyyətinə dəyən ziyan, milli mədəni irsimizin dağıdılması haqqında məlumat verib.
Daha sonra diplomat iki ölkə arasında elmi-mədəni əlaqələrin inkişafında xidmətlərinə görə İnstitutun rektoru, professor İbrahim Yuldaşova Mədəniyyət Mərkəzinin Fəxri diplomunu və öz unikallığı ilə seçilən Azərbaycan xalça sənətini özündə əks etdirən “İrəvan xalçaları” kitabını hədiyyə edib.
Tədbirdə Azərbaycan-Özbəkistan dostluğuna dair klip, milli mədəni irsimiz, habelə Azərbaycanın Qarabağ bölgəsində və digər işğal olunmuş torpaqlarında tarixi abidələrə dair sənədli film nümayiş etdirilib.
Bədii hissədə Özbəkistanın Mədəniyyət və Sənət İnstitutunun tələbələri Azərbaycanın Qarabağ diyarının milli geyimlərini nümayiş etdirilib. Qeyd edək ki, Qarabağ şikəstəsinin sədaları altında nümayiş etdirilən geyimlər Azərbaycan Mədəniyyət Mərkəzinin kolleksiyasına aiddir.

 

 

 

Daşkənddə Xocalı faciəsinin 26-cı ildönümü yad edilib və
“Sonsuz  dəhliz” sənədli filmi nümayiş etdirilib.

(22.02.2018) Azərbaycanın Özbəkistandakı səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı Daşkənddə Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı anma mərasimi keçirib.
Tədbirdə Özbəkistandakı xarici ölkələrin səfirləri, diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri, yerli azərbaycanlılar, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak edib.
İştirakçılar əvvəl Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində Özbək dilində “Xocalı soyqırımına ədalət” kompaniyası çərçivəsində soyqırımın dəhşətlərini özündə əksə etdirən fotosərgi, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitab sərgisi iştirakçılara təqdim edilib.
İştirakçılara Xocalı soyqırımı, Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən işğal və etnik təmizləmə siyasətinin ağır nəticələri barədə məlumat verilib.
Xocalıda və Dağlıq Qarabağda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Qulıliyev Xocalı faciəsi haqqında ətraflı məlumat verib.
Səfir deyib ki, 26 il əvvəl fevralın 25-dən 26-na keçən gecə erməni silahlıları sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri mühasirəyə alınıb. O vaxt şəhərdə könüllülər, qocalar, qadınlar, uşaqlar olub. O zaman Qırmızı Xaç və başqa beynəlxalq təşkilatlar vasitəsi ilə razılıq əldə edilmişdi ki, dinc əhali üçün sülh dəhlizi açılsın və onlar mühasirədən çıxa bilsinlər. Lakin ermənilər dinc əhaliyə bu dəhlizdən istifadə etməyə imkan vermədilər. Erməni silahlıları soyuqqanlıqla qocaları, qadınları, uşaqları atəşə tutdular.
Sonra diplomat Xocalıda qəddarlıqal öldürülən, yaralanan və itkin düşənlər haqqında məlumat verib.
Hüseyn Quliyev deyib ki, İngiltərə jurnalisti Tomas de Valın “Xocalıda nə baş verib” sualına Ermənistan prezidenti Serj Sarkisyan lovğalıqla cavab verib:”Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, arxayın idilər ki, ermənilər dinc əhaliyə əl qaldırmaz. Lakin biz bu steorotipi sındırmağı bacardıq. Bax orada bu baş verib”.
Səfir qeyd edib ki, 57 dövləti birləşdirən İslam Əməkdaşlıq Təşkilatı 2012-ci il yanvarın 30-da Xocalı soyqırımını rəsmi şəkildə tanıyıb və faciəni 20-ci əsrin dəhşətli cinayətləri olan Xatın, Xirosima, Naqasaki, Sonqmi və Xolokost soyqırımları ilə bir sıraya qoyub. Hazırda 12 dövlət və Amerika Birləşmiş Ştatlarının 21 ştatı Xocalı soyqırımını tanıyıb.
Sonra Litvalı  rejissor Aleksandris Broksun Xocalı faciəsindən bəhs edən “Sonsuz  dəhliz” sənədli filmi nümayiş etdirilib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun vitze prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə çəkilən filmdə Ermənistan silahlı qüvvələrinin törətdikləri Xocalı soyqırımının şahidləri olan xarici jurnalistlərin faciədən 20 il sonra Azərbaycana gələrək, qətliamdan xilas olmuş şəxslər ilə görüşlərində lentə aldıqları xatirələrdən bəhs edilir.

 

 

Özbəkistanda Beynəlxalq  Ana dili günü ilə bağlı keçirilən tədbirdə  Azərbaycan təmsil olunub.

(21.02.2018) Banqladeşin Özbəkistandakı Səfirliyi və YUNESKO-nun Özbəkistan təmsilçiliyinin təşkilatçılığı ilə “Beynəlxalq  Ana dili günü”nə həsr olunmuş  və Daşkənddə keçirilən beynəlxalq tədbirə Özbəkistandakı bütün xarici ölkələrin səfirlikləri, mədəniyyət mərkəzləri qoşulmuşlar.
Qeyd edək ki, Banqladeşin Özbəkistandakı Səfirliyində təşkil olunan tədbirdə  iştirakçılar üçün əsas şərt öz ana dillərində bir şeir oxumaq və həmin şeirin ingilis dilində tərcüməsini Təşkilat Komitəsinə təqdim etmək olmuşdur.  
Tədbiri giriş sözü ilə açan Banqladeşin Özbəkistandakı Səfiri Mosud Mannan “Sülh üçün şeir” adlı layihə haqqında danışaraq, YUNESKO-nun dəstəyi ilə həyata keçirilən Beynəlxalq Ana dili günü və bununla bağlı keçirilən tədbirlər barədə məlumat verib.
YUNESKO-nun Daşkənd ofisinin rəhbəri Dendev Badarç çıxış edərək 1999-cu il 17 noyabr tarixində təşkilatın baş konfransında Banqladeşin təklifi ilə hər il fevralın 21-nin “Beynəlxalq ana dili günü” kimi qeyd olunması və layihənin əhəmiyyətindən danışdı.
Tədbirdə müxtəlif ölkələrin səfirləri və diplomatları ana dili haqqında öz fikirlərini bildirdi və onlar öz dillərində şeirlər səsləndirdilər.
Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan dili və onun zənginliyi barədə danışaraq, dahi Azərbaycan şairi Bəxtiyar Vahabzadənin “Ana dili” şeirini söyləyib.  Çıxış alqışlarla qarşılanıb.
Qeyd edək ki,  YUNESKO-nun Özbəkistan təmsilçiliyi və Banqladeşin Özbəkistandakı Səfirliyinin layihəsi ilə çap olunmuş kitabda digər ölkələrinin şairlərinin şeirləri ilə yanaşı, Azərbaycan bölməsində Bəxtiyar Vahabzadənin “Ana dili:  “Mother tongue” şeiri Daşkənddə çap olunub.

 

 

 

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru Samir Abbasovla
professor Ramiz Əskər arasında görüş keçirilib.


(11.02.2018) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bu ölkədə səfərdə olan Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri,  professor, Ramiz Əskəri qəbul edib və tərəflər arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Samir Abbasov Ramiz Əskəri uzun illər türk xalqlarının ədəbiyyatını fəal tədqiq və təbliğ etdiyi üçün Nəvai şəhərinin fəxri vətəndaşı adına layiq görülməsi münasibətilə təbrik edib.  Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələr, Özbəkistanda Özbək dilində Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı sahəsində nəşr olunan kitablar barədə danışaraq, iki xalq arasında dostluq əlaqələrinin dərinləşdirilməsində ədəbiyyatın, ədəbiyyatşünasların, tərcüməçilərin rolunu xüsusi qeyd etdi.
Ramiz Əskər Azərbaycan Mədəniyyət Mərkəzinin iki xalq arasında mədəniyyət, ədəbiyyat sahəsində çoxsaylı layihələrin həyata keçirilməsinə görə öz minnətdarlığını bildirdi və qeyd etdi ki, görülən bu işlər öz nəticəsini göstərməkdədir.
Daha sonra tərəflər birgə əməkdaşlıq əlaqələri və gələcək planlara dair fikir mübadiləsi apardılar.
Samir Abbasov 2018-ci ilin Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Respublikası ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzinin bir sıra layihələr həyata keçirdiyini vurğuladı. Söhbət zamanı birgə layihə ilə “ADR dövrü və müstəqil Azərbaycan ədəbiyyatı” adlı nəşrin Özbək dilinə tərcüməsi və Özbəkistanda nəşri barədə razılıq əldə olundu.
Daha sonra cari il iyun ayında Bakıda təşkil olunacaq Azərbaycan Xalk Cümhuriyətinin 100,  Qafqaz İslam Ordusunun 100 illiyinə həsr olunmuş elmi simpoziumda Özbəkistanın aparıcı Universitetlərinin rəhbərlərinin iştirakı məsələləri müzakirə olundu və sözügedən tədbirdə Özbək tərəfinin iştirakına dair bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi məsələləri, habelə il ərzində Ramiz Əskərin Özbəkistanla bağlı tərcümələrinin Daşkənddə təqdimatının keçirilməsi razılaşdırıldı.

 

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində professor
Ramiz Əskərlə görüş keçirilib, alimə Mədəniyyət Mərkəzinin Fəxri diplomu təqdim edilib
.

(10.02.2018) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində  Bakı Dövlət Universiteti türkologiya kafedrasının müdiri,  professor, Ramiz Əskərlə görüş keçirilib.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin, Daşkənddəki Əlişir Nəvai adına Özbəkistan Dil və Ədəbiyyat Universitetinin, Nizami Gəncəvi adına Dövlət Pedoqoji Unuversitetinin türkoloq alimləri, ədəbiyyatçılar, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar iştirak ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ramiz Əskərin türkoloq alim kimi yaradıcılığı haqqında məlumat verib, özbək ədəbiyyatı ilə bağlı tədqiqat aparan bir alim kimi təqdim edib. O vurğulayıb ki, Ramiz Əskər indiyədək özbək ədəbiyyatı ilə bağlı 13 kitab, 98 məqalə yazıb.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov giriş sözü ilə çıxış edərək alim Ramiz Əskərin fəaliyyəti haqqında danışmış, onun çoxsaylı təcrümələrini qeyd edərək, bu əsərlərin digər türkdilli xalqların ədəbiyyatlarının xalqımıza çatdırılmasında xüsusi əhəmiyyətini qeyd edib. Natiq Ramiz Əskərin “XX əsr özbək şeiri antologiyası”, Zəhirəddin Məhəmməd Baburun “Seçilmiş əsərləri”, “Baburnamə”, Sultan Hüseyn Bayqaranın “Divanı”, Yusif Balasaqunlunun “Qutadqu bilik” və digər kitablarının Azərbaycan dilinə məhz alim Ramiz Əskər tərəfindən tərcümə olunduğunu və bu nəşrlərin ölkəmizdə populyarlıq qazandığını vurğulayıb.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami Gəncəvi adına Dövlət Pedoqoji Unuversitetinin professoru Erkin Nuriddinov qeyd edib ki, Ramiz Əskər kimi alimlər ədəbiyyatımızı tədqiq etməklə yanaşı xalqlarımızı daha da yaxınıaşdırır, beləliklə də dostluq və qardaşlıq ənənələrimizi davam edir.
Çıxış edən digər alimlər türk xalqlarının ortaq ədəbiyyatı, qədimdən əbəbiyyatlarımızın, şair və yazıçılarımızın dostluğu haqqında söhbət açaraq, belə görüşlərin səmərəli olduğunu vurğulayıblar. Onlar Azərbaycan oxucularına Özbək ədəbiyyatına aid əsərlərin çatdırılmasında bu cür alimlərin, tərcüməçilərin müstəsna xidmətlərini qeyd ediblər.
Tədbirdə Ramiz Əskər bu sahədəki fəaliyyəti haqqında danışıb, Azərbaycan Mədəniyyət Mərkəzinə öz minnətdarlığını bildirib, özbək ədəbiyyatına dair yazdığı kitabların bir neçəsini Nizami Gəncəvi adına Dövlət Pedoqoji Unuversitetinə təqdim edib.
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanla Özbəkistan arasında ədəbi əlaqələrin inkişafında müstəsna xidmətlərinə, türkdilli xalqlarının ortaq tarixi və ədəbiyatını fəal təbliğ etdiyinə görə alimə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Fəxri diplomunu təqdim edib.
Tədbirin sonunda Azərbaycan-Özbəkistan dostluğuna dair Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan  film nümayiş etdirilib. 

 

 

 

Daşkənddə “Əlişir Nəvai və XXI əsr” adlı beynəlxalq konfransda
Azərbaycan təmsil olunub.

(08.02.2018) Daşkənddəki Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetində “Əlişir Nəvai və XXI  əsr” adlı elmi-praktik konfrans keçirilib.
Tədbirdə Özbəkistanda fəaliyyət göstərən səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, bu ali məktəbin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Konfransda ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Bakı Dövlət Universitetinin professoru Ramiz Əskər təmsil edib.
Konfransı universitetin rektoru, profesor Şuxrat Sirojiddinov açaraq böyük özbək şairi Əlişir Nəvainin həyat və yaradıcılığı haqqında məlumat verib, onun Şərq ədəbiyyatındakı yeri və mövqeyindən danışıb.
Səfirlər və beynəlxalq təşkilatların nümayəndələri öz çıxışlarında Əlişiir Nəvaini dünya şöhrətli bir söz ustadı kimi xarakterizə ediblər.
Özbəkistanın ali və orta təhsil üzrə naziri Inomjon Macidov,  ÖzbəkistanYazıçılar Birliyinin sərdi Muhammad Ali, YUNESKO-nun Özbəkistandakı missiyasının rəhbəri Dendev Badark, Qazaxıstanın Özbəkistandakı səfiri Yerik Utembaev çıxış edərək Özbək ədəbiyyatının böyük siması, söz mülkünün sultanı, dövlət xadimi dahi Nəvainin xidmətlərindən danışaraq, onun yaşadığı Herat şəhərini dövrün ən böyük mədəniyyət mərkəzinə çevirdiyini qeyd etdilər və vurğuladılar ki, Nəvai yalnız elm və sənət ardınca deyil, ölkənin mədəni hala gəlməsində, sənətkarlığın və iqtisadiyyatının inkişafında   böyük xidmətləri olmuşdur.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dahi şairin əsas böyük xidmətinin "Türkçülük" və "Türk dilçiliyi" sahəsində olduğunu, Şərq ədəbiyyatında türkdilli ədəbiyyatın əsasçısı olan Nəvainin  Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Nizami Gəncəviyə böyük rəğbət göstərdiyini və onu öz ustadı adlandırdığı qeyd etdi. Nizami – Nəvai arasında bu ədəbi əlaqələrin xalqlarımız arasında dostluq körpüsünə çevrildiyini deyən Samir Abbasov  2011-ci ildə Bakıda Əlişir Nəvainin heykəlinin açılışı olduğunu, habelə Nəvai yaradıcılığına dair  Azərbaycanda çoxsaylı tədqiqat işlərinin aparıldığını qeyd etdi.
Tədbirdə fəxri qonaq kimi çıxış edən Bakı Dövlət Universitetinin professoru, türkoloq, alim Ramiz Əskərin Nəvainin Azərbaycanda öyrənilməsi, nəşri və tədrisi məsələləri ilə bağlı məruzəsi maraqla qarşılanıb. O bildirib ki, Əlişir Nəvai dünya ədəbiyyatı tarixinə türk dilində “Xəmsə” yazan şair kimi düşüb. Ramiz Əskər  Azərbaycan dilinə tərcümə etdiyi  türk dünyasının ilk ensiklopedik əsəri  olan Mahmud Kaşğarlının məşhur "Divani lüğat-it türk" əsərini Nəvai dına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin rektoru Şuxrat Sirojiddinova hədiyyə edib.
Tədbirdə çıxışçılar qeyd edib ki, Əlişir Nəvainin yaradıcılığı ondan sonra gələn Azərbaycan şairləri - Kişvəri, Xətai, Füzuli və başqalarının yaradıcılığına müsbət təsir edib.
Sonra tədbirin bədii hissəsi təqdim olunub. Özbəkistanın xalq artisti, muğam ustası Münacat Yolçuyevanın Əlişir Nəvaiyə dair musiqisi, Daşkənd Dövlət Dram Teatrının hazırladığı səhnəciklər təqdim olunub.

    


Özbəkistanda 20 yanvar şəhidləri anıldı.

(18.01.2018) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 yanvar şəhidlərinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin, Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin əməkdaşları, yerli azərbaycanlılar və özbəklər, məktəblilər, jurnalistlər iştirak ediblər.
Tədbir çərçivəsində Mərkəzinin foyesində Mədəniyyət Mərkəzinin nəzdindəki rəsm dərnəyinin istedadlı uşaqlarının 20 yanvar faciəsinə dair çəkdikəri rəsmlər, habelə fotoşəkillərdən ibarət sərgi təqdim edilib. İştirakçılara 20 yanvar faciəsi, şəhidlər,  Azərbaycanın müstəqilliyinə aparan yol və bu hadisələr haqqında məlumat verilib.
Tədbirdə öncə faciə qurbanlarının əziz xatirəsi anılıb, şamlardan “Şəhidlər unudulmadı” adlı yazı kompozisiyası hazırlanıb.
Çıxış edən Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev 20 yanvar faciəsi haqqında danışaraq, bu hadisələrin Azərbaycanın istiqlalı yolunda çətin sınaq olduğunu və Azərbaycan xalqının qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdiyini  qeyd edib. O, Ulu Öndər Heydər Əliyevin xalqımıza qarşı törədilmiş bu qanlı hadisələrə öz qiymətini verməsi, Azərbaycanın müstəqilliyinə qovuşması, bu hadisələrə dövlətimiz tərəfindən siyasi qiymət verilməsi və s. barədə danışaraq, müstəqil Azərbaycanın şəhidlərin əziz xatirəsinə ən yaxşı töhvə olduğunu söyləyib.
Daha sonra Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndəsi, dosent Gülbahar Aşurova çıxış edərək Azərbaycan xalqının bu hüzn günündə bütün soydaşlarımıza başsağlığı verərək, şəhidlərin qanının yerdə qalmadığını, Azərbaycan öz istiqlalını əldə etdiyini bildirdi. Gülbahar Aşurova Özbəkistanın xalq şairi Camal Kamalın Azərbaycan şeirini söylədi.
Daha sonra Mədəniyyət Mərkəzinin nəzdindəki Azərbaycan dili kurslarının uşaqları 20 yanvar şəhidlərinə dair şeirlər oxuyublar.
Anım tədbirində faciə qurbanlarına həsr olunmuş rekviem iştirakçılara təqdim edilib. Daşkənddəki Nizami adına Dövlət Pedaqoji Universitetinin xalq sənəti bölməsinin dosenti Davron Kadirovun rəhbərliyi ilə ansambl Özbək məqamlarını, ağılarını, Özbəkistan Dövlət Konservatoriyasının vokalisti Şaxistə Pirnazarova qəmli xalq türkülərini ifa ediblər.
Mərasim iştirakçıları 20 Yanvar faciəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitab sərgisi nümayiş etdirilib.
Tanınmış Özbək tarixçisi Şuxrat Salamovun Türküstan və Qafqazlarda erməni daşnaklarının  həyata keçirdiyi qətliamlara həsr olunmuş və Daşkənddə yeni çapdan çıxmış “Müharibələr ideyası” kitabının imzaatma mərasimi olub, kitablar paylanılıb.

 

 

Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru
Samir Abbasov TÜRKSOY təşkilatının xüsusi medalı ilə təltif olunub.

(15.01.2018) Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov TÜRKSOY təşkilatının xüsusi medalı ilə təltif olunub.

Bildiyimiz kimi, Azərbaycanın dahi şairi Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar TÜRKSOY- Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı 2017-ci ilin “Molla Pənah Vaqif ili” elan olunması barədə Sərəncam imzalayıb.

Bununla əlaqədar TÜRKSOY təşkilatı tərəfindən çoxsaylı tədbirlər, bir sıra layihələr həyata keçirilib.

Həyata keçirilən unikal layihə kimi Molla Pənah Vaqifin seçilmiş əsərləri dünya dillərində kitabı toplu halında çap edilib.

Topluda şeirlər 12 dildə, o cümlədən Azərbaycan, türk, özbək, qazax, qırğız, türkmən, başqırd, tatar, habelə ingilis, italyan, rus və Ukrayna dillərində verilib.

Kitabda Özbək dilində bölmənin hazırlanması, layihənin həyata keçirilməsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi dəstəyini nəzərə alan TÜRKSOY təşkilatının baş katibi Düsen Kaseinov  Mədəniyyət Mərkəzinin direktoru S.Abbasovu medalla təltif edib.

Qeyd edək ki, 2016-cı ildə TÜRKSOY təşkilatının layihəsi ilə “Bəxtiyar Vahabzadə türk dillərində” kitabının Özbək dili versiyasının hazırlanmasına görə S.Abbasova təşəkkür elan edilib.

 

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi xeyriyyə tədbiri keçirib.

(13.01.2018) Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Yeni il münasibətilə Daşkənd vilayətinin Buka şəhərindəki 15 nömrəli uşaq evində xeyriyyə tədbiri keçirib.
Daşkənd vilayəti Həmkarlar Birliyinin şöbə rəisi Şaxnoza Odilxanova səfirlik və mədəniyyət mərkəzləri ilə belə tədbirlərin tez-tez keçirildiyini deyib. Başqa xalqların mədəniyyətlərini öyrənmək baxımından belə tədbirlərin rolu əvəzsizdir.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynalov Yeni il münasibətilə uşaqları təbrik edib, Azərbaycan ilə Özbəkistan arasında mədəni-ədəbi sahədə olan dostluqdan danışıb, onlara yaxşı oxumağı və Özbəkistanın layiqli övladları olmağı arzulayıb. O, xeyriyyə tədbirinə dəstək üçün Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib.
Sonra “Azərbaycan haqqında nə bilirsiniz” mövzusunda viktorina keçirilib və şagirdlər müxtəlif mövzularda suallara cavab veriblər, mükafatlar alıblar.
Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
Sonra uşaqlar plova və müxtəlif çeşiddə şirniyyat və digər təamlara qonaq ediliblər.

 

 

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Özbəkistan Mədəniyyət və Sənət İnstitutunun rektoru İbrahim Yuldaşev arasında görüş keçirilmişdir.


(11.01.2018) Görüşdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Mədəniyyət və Sənət İnstitutu arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair Memorandumun imzalanması, gələcəkdə Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin yaradılmasına dair müzakirələr aparılıb.
İ.Yuldaşev son zamanlar Özbəkistanda ölkə rəhbərliyi tərəfindən böyük islahatların,  layihələrin həyata keçirildiyini qeyd edərək, ali məktəblərin də qarşısına mühüm vəzifələrin qoyulduğunu qeyd edib. O, xarici ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsi və tətbiqinə dair ölkə rəhbərliyinin göstərişinə uyğun olaraq təhsildə Azərbaycan təcrübəsinin öyrənilməsinin onlar üçün  maraqlı və faydalı olduğunu bildirdi.
Daha sonra rektor İ.Yuldaşev rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verərək, İnstitutda fəaliyyət göstərən teatr, kino, televiziya və radio sənəti, rejissorluq, folklor, çalğı alətləri, etnoqrafiya, kitabxanaşünaslıq-informasiya, aşıq sənəti və rəqs üzrə fakültələr barədə məlumat verdi.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanda dövlətin qayğısı nəticəsində ali məktəblərin, hər bir sahədə olduğu kimi mədəniyyət sahəsinin böyük intibah dövrünü yaşadığını qeyd etdi, həyata keçirilən işlər barədə məlumat verdi. O, rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında danışaraq, son zamanlar Azərbaycan-Özbəkistan arasında mədəniyyət, təhsil sahəsində əlaqələrin inkişaf etdiyini, iki ölkənin müəssisələri arasında əməkdaşlığa dair Memorandumların imzalandığını vurğuladı. Ötən müddət ərzində ilk dəfə olaraq tərəflər arasında tələbə mübadiləsinin həyata keçirildiyini, Azərbaycana dair özbək dilində çoxsaylı nəşrlərin Özbəkistanda çap olunduğunu qeyd etdi.
Diplomat 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, habelə bu il Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin 100 illik, şair və dramaturqu Hüseyn Cavidin 135 illik yubileylərinin qeyd olunmasına dair Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq sərəncamların imzalandığını vurğulayaraq Özbəkistan Mədəniyyət və Sənət İnstitutunda Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi”nin yaradılmasını təklif etdi. O, sözügedən Mərkəzə Azərbaycan tərəfindən müvafiq nəşrlərin, milli suvenirlərin, bədii və sənədli filmlərin, milli musiqimizə dair disklərin, foto və rəsmlərin hədiyyə olunacağını qeyd etdi.  
Bundan başqa, İnstitutun nəzdindəki ali atestasiya komitəsində rəsmi qeydiyyatdan keçmiş Elmi Jurnalda mədəniyyət, kitabxana-informasiya sahəsi üzrə azərbaycanlı mütəxəssislərin elmi məqalələrinin Azərbaycan və rus dillərində  dərc olunması məsələsi tərəflər arasında razılaşdırıldı.
Daha sonra Özbəkistan Mədəniyyət və Sənət İnstitutunda fəaliyyət göstərən teatr, kino, televiziya və radio sənəti, rejissorluq, folklor, çalğı alətləri, etnoqrafiya, kitabxanaşünaslıq-informasiya, aşıq sənəti və rəqs üzrə fakültələr üçün azərbaycanlı alimlər, mütəxəssislər tərəfindən master-klasların təşkili, qarşılıqlı səfərlərin reallaşdırılması, təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edildi, konkret təkliflər irəli sürüldü.  
Rektor İbrahim Yuldaşev Özbək və Azərbaycan xalqının milli bayramı – Novruz bayramının rəhbərlik etdiyi İnstititutda Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə qeyd olunması, bu məqsədlə açıq havada milli mədəni irsimizə dair sərgilərin, səhnəciklərin təşkili, habelə kitabxana-informasiya sahəsində Azərbaycan-Özbək terminlər lüğətinin hazırlanması təklifi ilə çıxış edib.
S.Abbasov Azərbaycan və Özbək xalqlarının milli mədəni irsi olan muğam və aşıq sənətinə dair birgə layihələrin həyata keçirilməsi, cari ilin mart ayında İnstitututda bir günün Azərbaycan mədəniyyətinə həsr edilməsi və bu məqsədlə İnstitutda “Azərbaycan Mədəniyyət günü”nün keçirilməsi təklifi ilə çıxış etdi və təklif razılaşdırıldı.
Qeyd edək ki, sözügedən tədbirlər çərçivəsində Özbəkistan Mədəniyyət və Sənət İnstitutunun kitabxanasına Azərbaycana  dair zəngin kitab kolleksiyasının hədiyyə olunması və kitabxanada Azərbaycan guşəsinin yaradılması və nəzərdə tutulub.
Sonda İnstitutun binasına, müxtəlif fakültələrə baxış keçirildi, İnstitutun nəzdindəki rəqs, teatr məşğələləri auditoriyasına, habelə televiziya və radio sənəti mütəxəssisləri üçün laborotoriya ilə tanışlıq oldu. İnstitutdakı pantomima teatrının gənc istedadlı uşaqları çıxış etdilər.

 

Odlar yurdu Azərbaycan
Azərbaycan xalqının
ümummilli lideri
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
$('#s3').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
$('#s4').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -2000});

 

Özbəkistanda tanınmış azərbaycanlılar
Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı
$('#s6').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });

 

Azərbaycan mədəni irsi
Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi
$('#s7').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -3000});
 
Azərbaycanda turizm
 


Azərbaycana virtual tur

 

Azərbaycanda təhsil

Azərbaycanda təhsil
 
Özbəkistanda Azərbaycan
diaspora təşkilatı
 
Ermənistanın Azərbaycana təcavüzü
Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü
$('#s5').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Genesis Studiyası