Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat


ULU ÖNDƏR HEYDƏR ƏLİYEV
VƏ ÖZBƏKİSTAN




  • bg1_1
  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
1_1 1 2 3 4 5 6 7 8 9 10 11 12
html5 slider by WOWSlider.com v8.8

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev daim qardaş Özbəkistanla münasibətlərə xüsusi önəm vermiş, hələ Sovetlər dövründə onun Türkdilli qardaş ölkələrə xüsusi rəğbəti olmuşdur.

Heydər Əliyev Azərbaycan SSR-nin KP-nın Mərkəzi Komitəsinin I katibi vəzifəsində işləyərkən (1969-1982) Özbəkistan SSR-nin KP-nın Mərkəzi Komitəsinin I katibi vəzifəsində çalışan Şərəf Rəşidovla sıx dostluq əlaqələri olmuşdur.

Ötən əsrin 80- ci illərin ortalarından başlanan hadisələrə nəzər salsaq, aydın görərik ki, itiffaqın “qardaşlıq ailəsinə” milli ayrı-seçkilik toxumunu səpilməsində Qarbaçov və ermənilər xüsusi canfəşanlıq göstərmişlər.

1985-ci il Alma–Ata hadisələrin yada salaq. Uzun illər Qazaxıstana uğurla rəhbərlik etmiş Sov. İKP. MK Siyasi bürosunun üzvü D. Kunayevin heç bir luzum olmadan vəzifədən çıxarılaraq yerinə Moskvadan göndərilən Kolbinin təyin edilməsi, kütləvi etiraza səbəb olmuşdur.

Onda Qarbaçov ilk dəfə ordunun qüvvəsindən istifadə edərək müsəlman ölkəsi olan Qazaxıstanda qırğınlar törətmiş, çoxlu həbslər aparmışdı. Qazaxıstan hadisələri Siyasi Büro üzvüləri arasında kəskin fikir ayrılığına səbəb olmuşdur. Buna etiraz bildirən Siyasi Büro üzvü Heydər Əliyev və Siyasi Büro üzvülüyünə namizəd Şərəf Rəşidov (Özbəkistan) arzuedilməz şəxslərə çevrilmişdilər.

Onları partiyanın mərkəzi aparatından kənarlaşdırmaq məqsədi ilə Kremlin göstərişi ilə SSRİ Prokroluğu Azərbaycan və Özbəkistan respublikalarına geniş tərkibli xüsusi istintaq qurupu göndərir. Bu arada Kreml Azərbaycan KP MK –nin birinci katib vəzifəsinə Ə. Vəzirovu göndərilir. Azərbaycanda “pambıq əməliyyatı“, Özbəkistanda “Pambıq işi” adlı istintaq aparılır. Yüzlərlə insan qərəzli itihamlar üzündan həbsxanalara atılır. Naxçıvan şəhərin mərkəzi poçtunda teleqrafçı işləyən erməninin Azərbaycanlıların adından yüzlərlə teleqram vurduğunu elə o dövürdə istintaq sübuta yetirir.

1987- ci il oktyabr ayında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdi. Tarix boyu Azərbaycan torpaqlarında gözü olan ermənilər yaranmış bu fürsətdən istifadə edərək az sonra akademik Aqanbekyanın Fransaya səfəri zamanı Dağılq Qarabağ məsələsini ilk dəfə dilə gətirdi.

1988-ci ilin fevral ayından isə erməni separatçıları Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi uğrunda açıq mübarizəyə başladılar.

Qardaş Özbəkistana rəhbərlik edən, tanınmış dövlət xadimi Şərəf Rəşidov Sovet İttifaqı respublikaları arasında Mərkəz tərəfindən həyata keçirilən ayrıseçkilik siyasəti, Türk, müsəlman respublikalarına qarşı aparılan bu haqsız təxribatlar fonunda 1983-cü ildə müəmmalı şəraitdə dünyasını dəyişdi.

Bu haqda 2019-cu ildə Azərbaycanda səfərdə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşən İlham Əliyev də öz fikirlərini bölüşüb.

Dövlətimizin başçısı sovet vaxtı Özbəkistan və Azərbaycan liderləri Şərəf Rəşidov və Heydər Əliyev arasında möhkəm dostluq əlaqələrinin olduğunu qeyd edərək, “özbək işi” adlandırılan qondarma məsələ ilə əlaqədar xəyanətkar ünsürlərin – Qdlyan və İvanov kimi erməni millətçiləri tərəfindən Şərəf Rəşidova qarşı böyük ədalətsizlik edildiyini söyləyib. “Onlar təkcə Özbəkistana deyil, bizim hamımıza çox böyük ziyan vurduğunu qeyd edən prezident İlham Əliyev bu hadisələrin Sovet İttifaqının türkdilli respublikalarına qarşı məqsədyönlü şəkildə təşkil edilmiş hücum olduğunu qeyd edib. Bu hücum Azərbaycandan da yan keçmədi”, – deyə İlham Əliyev əlavə edib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə öz çıxışında Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevlə həmişə fəxr etdiklərini söyləyib. Prezident Ş.Mirziyoyev qeyd edib ki, Özbəkistanda insanlar onu (Heydər Əliyevi) daim xatırlayır və ehtiramla yad edirlər, çünki o, həqiqətən böyük şəxsiyyət olub. Onunla yanaşı işləmiş adamlarla çox söhbət etmişəm. O, özbək xalqına həmişə hörmətlə yanaşıb. Şərəf Rəşidoviç ilə çox görüşüblər, çox çətin məsələləri həll ediblər. Onların bu gün sağ olan məsləkdaşları indiyə qədər fəxrlə deyirlər ki, Heydər Əliyev bütün hallarda Özbəkistan haqqında hörmətlə danışır, hər yerdə onu dəstəkləyirdi. Bizdə “özbək işi” qaldırılan çətin illərdə Heydər Əliyevin özbək xalqı haqqında şəxsi fikri vardı. Bu gün biz fəxr edirik ki, Heydər Əliyevin oğlu bu böyük işi davam etdirir.

Müstəqillik illərində ulu öndər Heydər Əliyev Özbəkistana yenə də mühüm önəm verir, 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.

İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Azərbaycana 26-27 may 1996-cı il tarixdə ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər ərzində iki ölkə arasında 19 sazişdən ibarət xüsusi sənəd paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb. Səfər çərçivəsində Özbəkistan Prezidenti İslam Kərimova Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim olunub.

21-22 oktyabr 1996-cı il tarixində Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Dövlətlər Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. Səfər çərçivəsində Heydər Əliyev dövlət başçılarının Forumunda çıxış edib. O bildirib ki, türkdilli dövlət başçılarının müntəzəm görüşləri bu ölkələr arasında əməkdaşlığın inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsinə, onların müstəqilliyinin möhkəmləndirilməsinə kömək edir. Azərbaycanın dövlət rəhbəri dövlət başçılarının birgə mətbuat konfransında da iştirak edib, onların şərəfinə təşkil olunmuş ziyafətdə nitq söyləyib və Özbəkistan Televiziyası müxbirinin suallarını cavablandırıb.

18-19 iyun 1997-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Özbəkistana rəsmi səfəri münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Bakıdakı kimi, Daşkənddə də 19 sənəd imzalanıb. Bu sənədlər içərisində Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə böyük əhəmiyyət kəsb edir.

Sənədlərin imzalanması mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev qeyd edib: "Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin". Özbəkistan Prezidenti isə bildirib ki, iki ölkə arasındakı münasibətlər məhz strateji əməkdaşlıq səciyyəli olacaqdır. İki ölkə prezidentinin görüşündə eləcə də tərəfləri maraqlandıran məsələlər müzakirə olunub, birgə əməkdaşlığın müxtəlif cəhətlərinə dair fikir mübadiləsi aparılıb.

19 iyun 1997-ci il tarixdə Azərbaycan Prezidenti M.Uluqbek adına Özbəkistan Milli Universitetinin fəxri doktoru diplomu təqdim olunub.
9 avqust 1998-ci il tarixində Azərbaycan Prezidenti Heydər Əliyev Yaltada Ukrayna Prezidenti L.Kuçmanın 60 illik yubileyi tədbirlərində yenidən Özbəkistan Prezidenti ilə görüşüb. Görüşdə ikitərəfli maraq doğuran məsələlər müzakirə olunub.

Ulu öndər Heydər Əliyev daim türk dünyası ölkələri arasında inteqrasiyaya çalışmış və o, türk dünyasının yazarları ilə görüşündə buna ətraflı toxunub: “...Xalqlarımızın mədəniyyəti, ədəbiyyatı, şeiri bir çox məhrumiyyətlərə, çətinliklərə məruz qalmışdır. Bu çətinliklər tarixin, ola bilər ki, bəzən çox böyük mərhələlərində mədəniyyətimizə zərbələr vurmuş, ancaq mədəniyyətimizi, ədəbiyyatımızı, şeirimizi öldürə, məhv edə, yox edə bilməmişdir. Türkdilli xalqların bütün bu çətinliklərdən, sınaqlardan keçib gəlmiş mədəniyyəti, ədəbiyyatı, şeiri indi dünyada, bəşəriyyətdə özünəməxsus görkəmli yerini tutubdur.”

Ulu öndər Heydər Əliyevin irsini və fəaliyyətini araşdırarkən bunu aydın şəkildə görmək mümkündür ki, o, istər sovet, istərsə də Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonrakı dövrdə yürütdüyü siyasət və çoxtərəfli fəaliyyəti milli maraqların müdafiəsi, öz kökünə bağlılıq, qohum xalqlarla münasibətlərin inkişafı, beynəlxalq siyasi arenada Azərbaycanın nüfuzunun artmasına xidmət etmək olmuşdur.

Heydər Əliyev dünya tarixində ən ziddiyyətli yüzilliklərdən biri olan iyirminci əsrdə müasir Azərbaycanın qurucusu zirvəsinə yüksəldi. 40 ildən artıq olan bir dövr Heydər Əliyev şəxsiyyəti ilə, onun quruculuq fəaliyyəti və ölkənin tərəqqisi naminə mübarizəsi ilə bağlıdır.

O, Azərbaycanın tarixi inkişaf prosesinin əsasını qoymuş, müstəqil Azərbaycan dövlətinin memarı kimi dövlətçiliyimizi formalaşdırmışdır.

Məhz, Özbəkistanla münasibətlərin yüksək səviyyəyə qaldırılması, ölkələrimizin strateji partnyor olması, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ölkələrimizin bir-birini bütün beynəlxalq platformalarda dəstəkləməsi onun bu dostluğumuzdakı müstəsna rolunu görmüş oluruq.

Bugün Ulu Öndər Heydər Əliyevin arzuları və ideyaları gerçəkləşmiş, müstəqil Azərbaycan dünya dövlətləri arasında inamla irəliləyir, öz kökünə, tarixi keçmişini, müstəqilliyini, zəngin mədəniyyətini qoruyaraq inkişaf etdirir.

Azərbaycan Türk ölkələri, Özbəkistanla bu tarixi dostluğu və əməkdaşlığı uğurla davam etdirir. İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasındakı münasibətlər yüksək səviyəyə ucalmışdır.



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası