Ünvan: Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Telefon: (+99871) 293 53 56 , (+99871) 293 52 89
E-mail:culcenter.az@gmail.com
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində Azərbaycan dili, rəqs və rəsm kurslarına sizləri dəvət edirik.
Аzərbаусаnın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Novruz bayramı münasibətilə “Novruz- Milli dəyərlərin və mədəni əlaqələrin bayramı” adlı konsert keçirib.
Аzərbаусаnın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə tanınmış özbək tədqiqatçı-jurnalisti Şarofiddin Tolaqanovun Daşkənddə özbək dilində çap olunmuş “Olovlar Yurti - Ozarbayjon” (Odlar Yurdu Azərbaycan) kitabının təqdimat mərasimi keçirilib.
Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının dəvəti ilə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzi Akademiyaya səfər edib.
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Özbəkistan Rəssamlıq Akademiyasının sədri Akmal Nur arasında görüş keçirilib.
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrın direktoru Əzim Mullaxanov arasında görüş keçirilib.
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanası arasında görüş keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrının direktoru Ramiz Usmanov arasında görüş olub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu arasındakı razılığa əsasən, bu İnstitutunun tələbələri Mərkəzdə akademik təcrübə keçəcəklər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rəhbərləri arasında görüş keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rəhbərliyi arasında görüş keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Yunus Rəcəbi adına Özbəkistan Milli Musiqi Sənəti İnstitutu arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
2 fevral Gənclər Günü münasibəti ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə konsert keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Yunus Rəcəbi adına Özbəkistan milli musiqi və icra sənəti İnstitutunun rektoru Eldor Shermanov arasında görüş keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli və Özbəkistan Ali Məclisi Senatının üzvü, "İshonch", "İshonch-Doverie" qəzetlərinin baş redaktoru Husan Ermatov arasında görüş keçirilib.
Azərbaycanın Özbəkistandakı səfirliyi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı anma mərasimi keçirilib.
Özbəkistan Jurnalistlər İttifaqının sədri Halmurad Salimov və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli arasında görüş keçirilib.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinovla Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yeni təyin olunmuş direktoru Akif Marifli arasında görüş keçirilib.
Akif Marifli Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə direktor vəzifəsinə təyin edilib. O bu təyinata qədər Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri vəzifəsində çalışıb.
Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Daşkənd Pedaqogika və İqtisadiyyat Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
“Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günü səbəbindən ölkəmizin Özbəkistandakı səfirliyində dövlət bayrağımız yarıya endirilib.
“Azərbaycan Hava Yolları”nın Bakı–Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Azərbaycanın Özbəkistandakı Səfirliyində yad edilib.
İtaliyanın paytaxtı Romada mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə Azərbaycanın xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin hesabat toplantısı keçirilib.
İtaliyaya səfəri çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və mədəniyyət və incəsənət nümayəndələri Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət ediblər.
İtaliyanın paytaxtı Romadakı Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Mədəniyyət Elçiləri Toplantısı keçirilib. Tədbir Azərbaycanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ölkəmizin İtaliyadakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Ulu öndərin anım günü ilə bağlı Azərbaycanın Özbəkistandakı səfirliyinin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları Daşkənddəki Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Özbəkistanda yaşayan Qərbi azərbaycanlılar tərəfindən Özbəkistandakı Azərbaycan Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin dəstəyi ilə tədbir keçirilib.
Özbəkistanın “İnkluziv hayot” Respublika Əlillər Cəmiyyəti Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Daşkənd şəhərindəki internat məktəblərində və uşaq evlərində məskunlaşan uşaqlar üçün “Inklyuziv hayot” Beynəlxalq Əlillər Gününə aid xeyriyyə aksiyası tədbiri təşkil ediblər.
Daşkənd İqtisadiyyat və Texnologiyalar Universiteti və Turan Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Türkdilli xalqların tarixi, təhsili, mədəniyyəti, dilləri və ictimai-iqtisadi həmkarlıq perspektivlər” mövzusunda elmi-praktik beynəlxalq konfrans təşkil edilib. Özbəkistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, ABŞ və s. ölkələrdən alimlərin iştirak etdiyi konfransda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də təmsil olunub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan dilinin tədrisi və təbliği” layihəsi əsasında və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin nəzdindəki Türkşünaslıq Ali Məktəbinin Azərbaycanşünaslıq Mərkəzində “Azərbaycanda Nar Festivalı” adlı tədbir keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə birlikdə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29-a həsr edilmiş ağacəkmə aksiyası keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Daşkənd Dövlət Transport Universiteti ilə birgə layihəsi ilə Azərbaycan və özbək xalqının böyük oğlu, özbək dramaturgiyasının banilərindən olan Maqsud Şeyxzadəyə həsr olunmuş “Maqsud Şeyxzadənin ədəbi yaradıcılığı və müasirlik” adlı beynəlxalq elmi-nəzəri konfrans keçirilib. Konfransda Qazaxıstan, Qırğızıstan, Türkiyə, Azərbaycan, ABŞ, Çin və s. ölkələrdən də alimlər iştirak ediblər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Daşkənddə “Türkiston” konsert sarayında Özbəkistanın dünyada tanınmış məşhur “Özbegim Yoshları” musiqi qrupunun 20 illiyi ilə əlaqədar böyük konsert proqramı keçirilib.
Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin Akademik Liseyində “Mədəniyyət günü” adlı festival keçirilib, burada tələbələrə, müəllimlərə və çoxsaylı xarici qonaqlara, ziyalılara, Özbəkistanda akkreditə olunmuş səfirliklərin nümayəndələrinə milli mətbəx nümunələri, geyimlər, kitab sərgisi və çoxsaylı ölkələrin suvenirlərinin sərgisi geniş təqdim olunub.
Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi “Wyndham Tashkent” otelində Azərbaycanın Zəfər Günü ilə bağlı qəbul keçirib.
Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycanın Zəfər Günü ilə bağlı böyük konsert tədbiri keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Özbəkistandakı H.Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən nəşr olunan Azərbaycanın Milli Qəhrəmanı İskəndər Aznaurova həsr edilmiş “Vatan uchun jon fido qilgan qahromanlar” (Vətən üçün can fəda edən qəhrəmanlar) adlı kitabın Daşkənd İqtisadiyyat və Pedaqogika İnstitutunda “Zəfər Günü” münasibətilə təqdimatı keçirilib.
Bu əlamətdar tarixlə əlaqədar cari il noyabrın 6-da Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi üzrə tədbir və konsert proqramı keçiriləcəkdir.