Özbəkistanda “Tasanno-2018” adlı milli mətbəx festivalı keçirilib.
Daşkənddəki “Tashkent palase lotte” otelində Özbəkistanın dövlət müstəqilliyinin əldə olunmasının 27-ci ildönümü ilə əlaqədar “Tasanno-2018” adlı milli mətbəx festivalı keçirilib.
Özbəkistanda fəaliyyət göstərən səfirliklər, mədəniyyət mərkəzləri festivalda öz xalqlarının adət-ənənələrini nümayiş etdirib, qonaqlara milli yeməklərini və şirniyyatlarını təqdim ediblər. Festivalda Azərbaycan, Çin, Rusiya Federasiyası, Macarıstan, İndoneziya, Qazaxıstan, Latviya, Banqladeş, Tacikistan, Türkmənistan və s. ölkələr iştirak ediblər.
14.09.2018