VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin ayrıca stendlə təmsil olunur.
VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına Özbəkistanda da maraq böyük olmuş, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi sərgidə ayrıca stendlə təmsil olunur. Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə son 6 ildə Özbəkistanda Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatına dair Özbək dilinə tərcümə olunan və Daşkənddə çap olunan 60-dan çox sözügedən sərgi-yarmarkada sərgilənir. Onların arasında dahi Azərbaycan şairləri Nizami Gəncəvinin özbək dilinə çevrilmiş “Xəmsə”si, şairin əsərləri, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Bəxtiyar Vahabzadə, XX əsr Azərbaycan ədəbiyyatı antologiyası, Azərbaycan-Özbək, Özbək – Azərbaycan danışıq kitabçası, yeni nəşr olunmuş lüğət və s. kitablar yer alır.
27.09.2019