Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
1 2 3 4 5
html5 slider by WOWSlider.com v8.8

Azərbaycanın dostu, Özbəkistanın Xalq şairi Camal Kamal vəfat edib.


Özbəkistan ədəbiyyatına böyük itki üz verib. Azərbaycanın dostu, Özbəkistanın Xalq şairi Camal Kamal 85 yaşında dünyasını dəyişib.

Camal Kamalın əsas xidmətlərindən biri Müqəddəs “Qurani-Kərim”in özbək dilinə tərcümə etməsidir.

Tanınmış şair Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2015-ci ildən başlayaraq dünya ədəbiyyatının zirvəsi, Azərbaycan xalqının qüruru dahi Nizami Gəncəvinin “Xəmsə”sini özbək dilinə tərcüməsini başlamış, 2021-ci il “Nizami ili“ çərçivəsində onun bu tərcümə əsəri yekunlaşmışdır. Bununla da ilk dəfə olaraq dahi Nizami Gəncəvinin bütün əsərləri Özbək oxucularına öz ana dillərində təqdim edilib.

Şair bir sıra Azərbaycan şairlərinin - Məhəmməd Füzuli, Xəlil Rza, Bəxtiyar Vahabzadənin əsərlərini özbək dilinə çevirib.

Camal Kamal dünya ədəbiyyatının klassikləri Cəlaləddin Rumi, Faridəddin Əttar, Mirzə Abdulqədir Bedil, Abdürrəhman Cami, Yunus Əmrə, Vilyam Şekspir və digər şairlərin əsərlərini özbək dilinə tərcümə edib.

Özbəkistanın xalq şairi Camal Kamalın bu xidmətləri Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun əmri ilə "Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanı ilə təltif edilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın dəstəyi ilə onun 80 illik yubileyi Bakıda geniş qeyd olunub.

2021-ci ildə Bakıda keçirilən Nizami Gəncəvi beynəlxalq Forumu çərçivəsində Camal Kamalın Özbək dilinə tərcümə etdiyi Nizami Gəncəvinin “Xəmsə”sinin xüsusi nəşrinin geniş təqdimatı keçirilib.

Azərbaycan mədəniyyət günləri ilə əlaqədar 2021-ci ilin aprel ayında Özbəkistanda olan Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın rəhbərliyi ilə nümayəndə heyətimiz də Camal Kamalla görüşmüşdür. Millət vəkili Qənirə Paşayeva onun uzun illər zəhmətlə ərsəyə gətirdiyi, dahi Nizami Gəncəvinin “Xəmsə“sini Özbək dilinə çevirməklə öz adını ədəbiyyat tariximizə qızıl hərflərlə yazdığını qeyd edib.
Allah rəhmət eləsin.

27.09.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası