Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
1 2 3
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda Azərbaycan və Türkiyə mədəniyyət sahəsində birgə layihələr həyata keçirəcəklər.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasov Türkiyə Səfirliyinin birinci katibi, diplomat Buğra Doğanla görüş keçirilib.

Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən görüşdə Samir Abbasov rəhbərlik etdiyi Mərkəzin fəaliyyəti, Azərbaycanla qardaş Türkiyə, habelə dövlət başçılarımız arasında yüksək səviyyəli əlaqələr barədə danışaraq, Türk dünyası arasında mədəni layihələr, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ölkəmizə dəyən ziyan, vandalizm, mədəni abidələrimizin dağıdılması və s. barədə öz fikirlərini bölüşüb.

Diplomat Buğra Doğan qardaş Azərbaycanla münasibətlər, tarixi əlaqələr barədə danışaraq, torpaqlarımızın işğaldan azad olunması, habelə qazanılan zəfər münasibəti ilə təbriklərini çatdırıb.

Diplomatlar ulu öndərlər Mustafa Kemal Atatürk və Heydər Əliyevin Türkiyə-Azərbaycan qardaşlığına dair sözlərini xatırladaraq, dövlətlərimiz arasında yüksək səviyyəli strateji tərəfdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Daha sonra Özbəkistanda mədəniyyət sahəsində birgə əməkdaşlıq, layihələrin həyata keçirilməsi, Türk dünyasının mədəniyyət paytaxtları sayılan Xivə, Bursa, Şuşa şəhərlərinə dair tədbirlərin, tanınmış Azərbaycan şairi Əhməd Cavadın 130 illiyi ilə əlaqədar Azərbaycan-Özbəkistan-Türkiyə konfransın və Dostluq Konsertinin təşkili, Kitabi Dədə Qorqud eposuna dair layihə, Daşkənddə “23 nisan Cocuk Bayramı”, habelə Daşkənd Türk Okulu ilə əməkdaşlıq məsələləri müzakirə olunub.

Samir Abbasov Buğra Doğana Azərbaycan Mədəniyyət Mərkəzinin gördüyü işlər, milli mədəniyyətimizə, tariximizə dair yaratdığı muzeylərlə tanış edib və bu barədə məlumat verib.

18.02.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası