Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
1 2
html5 slider by WOWSlider.com v8.8

Azərbaycan, Türkiyə, Özbəkistan arasında mətbuat sahəsində əməkdaşlığa dair görüş keçirilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasovla Türkiyənin Özbəkistandakı Səfirliyinin mətbuat katibi Hamdi Turşuçu arasında görüş keçirilib.

Görüş Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində baş tutub. Tərəflər ikitərəfli, habelə üçtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, fəaliyyətin koordinasiyası, mətbuat sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Samir Abbasov Özbəkistan mətbuatı ilə sıx əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluğunu ifadə etmiş, hər il keçirilən müsabiqələr nəticəsində Azərbaycan, dostluğumuz, Türk dünyası ölkələri arasında həmrəyliyə dair Özbək mətbuatında yüzlərlə məqalələrin yayımlandığını, qalib jurnalistlərin isə Azərbaycana Mediaturlarının təşkil edildiyini söyləyib. Dövlət başçılarımız, dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlərin olduğunu qeyd edən diplomat Azərbaycan həqiqətlərinin, keçmiş Qarabağ münaqişəsi haqqında məlumatların Mərkəzi Asiyaya, Özbəkistan ictimaiyyətinə çatdırılması istiqamətində Özbək mətbuatının xüsusi rolunu qeyd edib.

Samir Abbasov yaxın günlərdə Özbəkistan Jurnalistlər İttifaqının sədri Alimjon Usarovla keçirdiyi görüş və onunla əməkdaşlığa dair müzakirələrə nəzər salaraq, gələcəkdə tərəflər arasında birgə layihələrin həyata keçirilməsi, Türk dövlətləri arasında mətbuat sahəsində yeni əməkdaşlıq platformalarının yaradılması işinə dair məsləhətləşmələrin aparılmasının əhəmiyyətini qeyd edib.

Türkiyənin Səfirliyinin mətbuat katibi Hamdi Turşuçu mətbuat sahəsində Türk dövlətləri çərçivəsində, habelə Özbəkistanda həyata keçirilən layihələr haqqında danışıb, bu istiqamətdə Azərbaycan tərəfi ilə əməkdaşlığın daha da genişləndirilməsi, sosial media, elektron informasiya vasitələri, televiziya proqramları sahəsində əməkdaşlığın yeni imkanlarını qeyd edib. O, mətbuat sahəsində Türkiyə-Özbəkistan-Azərbaycan, gələcəkdə isə Türk dövlətlərini əhatə edən əməkdaşlığın daha da genişləndirilməsi, yeni layihələrin həyata keçirilməsi haqqında fikirlərini bölüşüb.

Samir Abbasov Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Türk dünyasının mədəniyyət paytaxtları Xivə, Bursa və Şuşa şəhərlərinə dair birgə media layihəsinin həyata keçirilməsi, habelə Azərbaycan tərəfinin Şuşada bərpa etdiyi “Məclisi Fəramuşan” şairlər yığıncağına digər Türk dövlətlərinin qoşulmasına dair təkliflər irəli sürüb və bu istiqamətdə Türkiyə Səfirliyi ilə birgə çalışmalara dair razılıq əldə edilib.

Sonda tərəflər qarşılıqlı olaraq birgə əməkdaşlığa dair təkliflər irəli sürmüş, fikir mübadiləsi aparmışlar.

06.05.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası