Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
1 2
html5 slider by WOWSlider.com v8.8

“Nizami Gəncəvi ili”nin yekunları ilə bağlı Özbəkistanın aparıcı kitabxanalarına zəngin kitab kolleksiyası hədiyyə edilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın aparıcı kitabxanaları olan Ə.Nəvai adına Özbəkistan Milli Kitabxanası, Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası, Biruni adına Şərqşünaslıq İnstitutunun Kitabxanası, M.Uluqbəy adına Özbəkistan Milli Universitetinin kitabxanası, Ə.Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin kitabxanasına Nizami Gəncəvi və Əlişir Nəvaiyə dair, habelə Azərbaycan tarixi, ədəbiyyatına dair zəngin kitab kolleksiyası hədiyyə edilib.

Sözügedən kolleksiyaya Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbək dilində nəşr olunmuş böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinin xüsusi buraxılışı, Azərbaycan və Özbək dillərində nəşr olunmuş “Əlişir Nəvainin hikmətləri”, habelə hər iki şairin irsinə dair qiymətli nəşrlər, monoqrafiyalar yer alıb.

Bundan başqa, özbək dilinə tərcümə olunmuş Azərbaycan şeriyyəti antologiyası, Azərbaycan yazıçılarının əsərləri, Azərbaycan-Özbək ədəbi əlaqələri, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Hüseyn Cavid, Anar, Yunus Oğuz, Ramiz Əskər, habelə Azərbaycan-Özbəkcə, Özbək-Azərbaycanca lüğəti, danışıq kitabçası, keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı mövzusunda nəşrlər hədiyyə olunub.

Nəşrlərin arasında Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyətinə dair kitablar da yer alıb.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Özbək dilində nəşr olunmuş böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinin xüsusi buraxılışı, habelə dahi şairə dair Özbək alimlərinin monoqrafiyaları Özbəkistanın Səmərqənd, Buxara, Cizzax, Nəvai, Nukus, Urgənc, Fərqanə, Termez dövlət universitetlərinin kitabxanalarına da hədiyyə olaraq göndəriləcəkdir.

26.01.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası